MÜVƏFFƏQİYYƏT QAZANMIŞ QADIN KİMDİR?
QƏRARLI, ÜNSİYYƏTCİL, İDDİALI, ÖZÜNDƏN ƏMİN...
Ətrafınızda həyatın demək olar ki hər sahəsində müvəffəqiyyətli olan qadınlara rast gəlirsiniz. Onlar, hər vaxt "Nə etdiyimi bilirəm." imicini sərgiləyirlər. Dinamik və məmnun bir havaları vardır. Tam zamanlı iş templəriylə bərabər zamanlı olaraq ailə həyatlarını idarə edərkən sakit və xoşbəxtdirlər.
Qərarlı: Qadınlar üçün sahib olunacaq ən əhəmiyyətli xüsusiyyətlərdən biri qərarlı olmaqdır. Bu qadınlar, ilk səfərdə nəticə ala bilməsə də yenidən sınağa istəkli olmağı bacarırlar. "Risk yoxsa qazanc yox." cümləsini qərarlı qadınlardan tez-tez eşidərsiniz. Təyin etdikləri yoldan gözlərini ayırmazlar motivasiyalarının qırılmasına icazə verməzlər.
Ünsiyyətcil: Olduqları mühitdəki insanlarla tez qaynaşarlar. Adamları dinləməyi və anlamağı bacarırlar və özlərini açıq və asan aydın olar bir şəkildə ifadə edərlər. Müvəffəqiyyətli hər qadının ünsiyyətçi bir tərəfi mövcuddur. Bu xüsusiyyət maraq oyandırmasının yanında insan əlaqələrini uzun vəd edə və müsbət yöndə icra edə bilmək üçün əhəmiyyətli bir rol oynayır. Bu sayədə, ünsiyyətcil qadınlar iş yerində və evlərində yaxaladıqları müvəffəqiyyətə və dincliyə daha uzun nəfəsli sahib olurlar.
İddialı: Nə həddindən artıq ehtiras sahibidirlər nə də həyatı mümkünlüyünə buraxarlar. Müvəffəqiyyətli qadınlar öz həyatlarına hökm edəcək qədər iddialı və hədəflərinə mərkəzlənəcək qədər məqsədlidirlər. Balanslı yanaşmaları vardır. Əsla dağıdıcı deyildirlər. Bunun yerinə məqsədlərini reallaşdırmaq uğruna əmək verməyi gözə alarlar və uyğun ölçüdəki avtoritar strukturlarıyla duruş sahibidirlər.
Özündən əmin: Güvən bir qadının üstünə yaraşan ən gözəl xüsusiyyətdir. Özünə inancı olmayan bir qadın, hər nə qədər məlumatlı və bacarıqlı da olsa mənəvi olaraq müvəffəqiyyəti ümid edə bilməz. Şans qapılarını çaldığında əsla hazır deyildirlər.
Digər tərəfdən özünə inamı olan , özünə inancı olan qadınlar digərlərinə də ilham verir. Xüsusilə, cəmiyyətdə özünə güvənən qadın olmaq, tortun üzərindəki krem kimi müvəffəqiyyətin ləzzətini tamamlayır!
Rus yazarı Çernışevski demişdir: “Qadın təbiətən nə qədər sadiq, güclü zəkalı olmuşdur. Lakin cəmiyyət bu zəkadan istifadə etmir,onu rədd edir,onu boğur, halbuki, bu zəka rədd edilməsəydi, əzilməsəydi, fəaliyyət göstərərdi.Bəşər tarixi onda qat-qat artıq sürətlə inkişaf edərdi”. Yaxşı ki, cəmiyyətimizdə belə məntiqli, geniş düşüncəli insanlar olub və mərhələ-mərhələ qadına qarşı baxışlar, düşüncələr dəyişib. Müasir dövrdə qadınlar ana olmaları ilə yanaşı, yazıçıdırlar, şairdirlər, həkimdirlər, jurnalistdirlər, ən nəhayət, xalqı təmsil edən millət vəkilidirlər. Hətta məktəbdə müəllimlərin çoxu da qadınlardır! Vaxtı ilə zəif hesab olunan qadın indi məhkəmə salonlarında hakimlik edir və qanunlar qəbul edir. Güclü nəslin nümayəndəsi olan bəzi kişilər həyatın keşməkeşli yollarında zəiflik və acizlik göstərib, cinayətkarlığa əl atır. Bax, onda qadın ona hökm oxuyur. Bu, böyük qələbə, dirçəliş deyilmi?
Dostları ilə paylaş: |