Qadin menecerliYİ stereotiPLƏRDƏ Ağıllı bir qadın xəzinədir. Gözəl və ağıllı bir qadın isə gücdür. George Meredith


QADIN MENECERLƏR HAQQINDA FORMALAŞMIŞ BAŞQA BİR STEREOTİP



Yüklə 18,59 Kb.
səhifə4/4
tarix04.01.2022
ölçüsü18,59 Kb.
#113672
1   2   3   4
QADIN MENECERLIYI STEREOTIPLRD (2)

QADIN MENECERLƏR HAQQINDA FORMALAŞMIŞ BAŞQA BİR STEREOTİP isə ondan ibarətdir ki, zərif cinsin nümayəndələri qərarların qəbulu zamanı yumşaq xarakter, anlayış və sevgi nümayiş etdirirlər. Qadınların rəhbərliyi altında işləyən kişilər arasında aparılan sorğunun nəticələri göstərib ki, onların 50 faizi rəhbərliyin dəyişməsinin tərəfdarı deyillər. Rəyi soruşulan kişilərin 40 faizi hesab edir ki, onların rəhbərlərində yeri gələndə yumruğunu stola çırpmaq, qəddarlıq çatışmır.

Psixtoloqların fikrincə, qadın menecerlər biznes tərəfdaşları ilə ehtiyatlı davranır, həddən artıq riskli strategiyalardan qaçırlar. Ancaq tədqiqatlar göstərib ki, qadın və kişi rəhbərlərin riskli qərarlar qəbul etmək qabiliyyəti təxminən eynidir. Stereotiplərin əksinə olaraq təcrübə sübut edir ki, qadın rəhbərlər kişilərdən fərqli olaraq məsələnin həlli xatirinə münasibətləri korlamaqdan çəkinmirlər. Əksər qadın menecerlər bunu belə izah edirlər ki, uğur münasibətdən vacibdir, münasibətləri isə hər zaman qaydasına salmaq olar. Əgər qarşıya məqsəd qoyulubsa, ona çatmaq üçün işçilərə münasibətdə müxtəlif motivasiyalardan istifadə etmək olar. Bəzilərini mükafatlandırmaq, bəzilərini isə cəzalandırmaq işin xeyrinə ola bilər. Yeri gəlmişkən, elə işçilər var ki, onların faydalı iş əmsalının yüksəlməsi üçün stress vəziyyəti yaratmaq lazım gəlir. Ona görə də menecer məqsədə çatmaq üçün hər kəs üçün uyğun gələn şəraiti formalaşdırmalıdır.

Daha bir geniş yayılmış stereotip: İndiki dövrdə yalnız aqressiv, təşəbbüskar, rəqabət qabiliyyətli rəhbərlər, yəni kişi xarakterinə malik olanlar uğur qazana bilərlər. Ona görə də qadın rəhbərlər kişilərin davranışını imitasiya etməlidirlər, özlərini kişi kimi ciddi, qəddar aparmalıdırlar. Əslində isə, buna ehtiyac yoxdur. Əgər qadın təbiətcə bu kişi keyfiyyətlərinə malikdirsə, bu, ona biznesdə uğur qazanmağa kömək edəcək. Yox, əgər belə keyfiyyətlərdən uqzaqdırsa, onu əxz eləməyə nə hacət, təbiətcə necədirsə, elə də qalsın və bu keyfiyyətlərindən maksimum yararlansın.

Marina Svetayevanın gözəl bir sözü var: «Uğur vaxt tapmaqdır, çatdırmaqdır». Razılaşın ki, yerində deyilib. Əgər bu keyfiyyət məsuliyyətlə, öz ideyalarını həyata keçirmək, prioritetləri düzgün seçmək və həmfikirlərindən ibarət komanda yaratmaq qabiliyyətilə birləşərsə, onda uğurun qazanılması ehtimalı da artar.



Bir də ki, qələbəni sonda nə kişi, nə də qadın qazanır. Qələbə peşəkarların qismətinə yazılıb!
Yüklə 18,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin