Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək



Yüklə 1,26 Mb.
səhifə24/43
tarix01.01.2022
ölçüsü1,26 Mb.
#104852
1   ...   20   21   22   23   24   25   26   27   ...   43
Pensiyanım təyin edilməsi üçün «Əmək pen­si­ya­ları haq­qın­da» qa­nu­na görə sosial sığorta stajı tələb edilir. Həmin Qanunun 1.0.2-ci maddəsi ilə sığorta stajına pensiya hü­­­­ququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Fonda məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sı­ğorta stajına daxil edilən digər dövrlərin məcmusu kimi anlayış verilmişdir. Sığorta stajı bütün növ pensiyaların, əmək qabliy­yətinin müvəqqəti itiril­mə­sinə görə müavinətin təyin edilməsi və ödənilməsi üzrə, həmçi­nin sosial təminat üzrə digər hüquq münasibətlərinin yaran­ması­na və ya dəyişməsinə səbəb olan mü­rəkkəb tərkibli hüquqi fakt­dır. Sı­ğor­ta sta­jı­nın tər­ki­binə şəx­sin məc­buri döv­lət sosial sı­ğor­ta haq­qı ödə­mək­lə əmək fəa­liy­yəti ilə məş­ğul ol­duğu dövr da­xil­dir. «Əmək pen­si­ya­ları haq­qın­da» qa­nu­nun 21-ci mad­də­sin­də bu dövr belə müəy­yən edi­lib: məc­buri döv­lət sosial sı­ğor­ta haq­la­rı­nın ödə­nil­məsi şər­tilə mül­kiy­yət for­ma­sın­dan, əmək fəa­liy­yə­ti­nin xa­rak­te­rin­dən və müd­də­tin­dən asılı ol­ma­ya­raq müəs­sisə, idarə və təş­ki­lat­lar­da əmək mü­qa­vi­ləsi əsa­sın­da iş­lə­yən­lə­rin, hər­bi qul­luq­çu­la­rın, eləcə də hü­quqi şəxs ya­rat­ma­dan sa­hib­kar­lıq fəa­liy­yəti ilə məş­ğul olan fi­ziki şəxs­lə­rin, və­zi­fəyə se­çil­miş və ya tə­yin edil­miş şəxs­lə­rin iş, hər­bi xid­mət və ya di­gər fəa­liy­yət müd­dət­ləri.

İşləməyən qadınlar yalnız sığortaolunan şəxs kimi tanındığı halda aşağıdakı dövrlər ümumi sı­ğor­ta sta­jı­nın tər­ki­binə da­xil edilir və işləməyən qadına pensiya təyinatı aparılır:



  • mü­va­fiq icra ha­ki­miy­yəti or­qa­nı­nın müəy­yən et­diyi qay­dada he­sab­la­nan I qrup əlilə və ya 16 ya­şı­na­dək əlil uşağa, ha­belə 70 ya­şına çat­mış qo­ca­lara qul­luq edil­məsi müd­dəti;

  • iş­siz­lik müa­vi­nə­ti­nin ve­ril­diyi müd­dət, ya­xud iş­si­zin ye­ni­dən peşə ha­zır­lığı keç­diyi və ya təh­sil al­dığı müd­dət;

  • əmək və­zi­fə­lə­rini ye­rinə ye­ti­rər­kən xə­sa­rət alıb şi­kəst ol­muş və bu sə­bəb­dən, eləcə də peşə xəs­tə­liyi nə­ti­cə­sin­də iş­lə­mə­yən I və II qrup əlil­lə­rin yaşa görə pen­siya hü­ququ ça­ta­na­dək pen­si­yada ol­duq­ları müd­dət;

  • za­bit he­yəti, gizir, miç­man və müd­də­tin­dən ar­tıq qul­luq­da olan hər­bi qul­luq­çu­la­rın ar­vad­la­rı­nın öz ix­ti­sası üzrə işə dü­zəl­mək im­kanı ol­ma­dığı yer­lər­də ər­ləri ilə ya­şa­dıq­ları müd­dət;

  • şəx­sin qa­nun­suz tu­tul­ma, həbs­də olma və cə­za­çək­mə müd­dət­ləri, eləcə də qeyri-qa­nuni ola­raq iş­dən (və­zi­fə­dən) kə­nar­laş­dı­rıl­ması ilə əla­qə­dar iş­lə­mə­diyi müd­dət;

  • əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qəti iti­ril­məsi müd­dəti ər­zin­də həm işə­gö­tü­rə­nin vəsai­ti, həm də məc­buri döv­lət sosial sı­ğor­tası vəsait­ləri he­sa­bına müa­vi­nət alın­dığı müd­dət;

  • mül­kiy­yə­tin­də kənd tə­sər­rü­fa­tına ya­rar­lı tor­paq sa­həsi olan şəxs­lə­rin hə­min tor­paq sa­hə­sinə görə qa­nun­ve­ri­ci­lik­lə müəy­yən olun­muş qay­dada məc­buri döv­lət sosial sı­ğor­ta haq­ları ödə­diyi müd­dət.

«Əmək pen­si­ya­ları haq­qın­da» Qanunun 8.1-ci maddəsi ilə beş və daha çox uşaq doğub on­ları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə pen­siya təyin olunmasında bir sıra güzəştlər nəzərdə tutulmuşdur. Qeyd etmək istərdik ki, keçmiş SSRİ məkanında çoxuşaqlı analara yaşa görə pensiya təminatında güzəştlər ilk dəfə “Dövlət pensiyaları haqqında” 14 iyul 1956-cı il tarixli keçmiş SSRİ Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara ümumi əsaslarla yaşa görə pensiya təminatından fərq­­li olaraq beş il güzəşt tətbiq edilirdi.

Hazırda keçmiş SSRİ məkanına daxil olan dövlətlərin bə­zi­lərinin qanunvericiliyində bu güzəştlərdən tamamilə imtina edilmiş, bəzilərinin qanunvericiliyində isə bu və ya digər for­mada həmin güzəştlər saxlanılmışdır. Məsələn, istər “Dövlət pensiyaları haqqında” Gürcüstan Respublikasının, istərsə də “Pen­siya təminatı haqqında” Qazaxıstan Respublikasının Qa­nunlarında çoxuşaqlı analara yaşa görə pensiya təminatında hər hansı güzəşt nəzərdə tutulmamışdır.




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin