Qazaxstan
Qazaxstan Respublikasında cari ildə uşaqlı ailələrə kömək üçün 365 milyard tenge (1 manat 229 tengedir) vəsait ayrılmışdır. Ölkədə sosial təmina sistemi beş kateqoriya ailəni, o cümlədən bir yaşınacan uşağı olan ailələri əhatə edir.
Belə ki, bir çox ölkədə o cümlədən Qazaxstanda uşaq doğularkən onun üçün ilkin tələbat mallarının alınması üçün birdəfəlik müavinət ödənilir.
Qazaxstanda birinci, ikinci və üçüncü uşağın doğulmasın zamanı dövlət şərti maliyyə vahidinin minimum 38 misli miqdarında müavinat ödəyir. 2019-cu ildı (şmv – 2525 tengidir) birdəfəlik müavinətin məbləği 96 min tenge təşkil etmişdir. Ailədə dğrdüncü uşaq doğulduğu halda isə müavinətin məbləği 159,1 min tengeyə qədər artır.
Ana dekretə çıxdıqdan əvvəlki 12 ay ərzində işlədiyi halda isə birdəfəlik müavinətdən başqa, Dövlət Sosial Sığorta Fondundan hamiləliyə və doğuşa görə müavinət də ala bilər. Həmin məbləğ sosial haqqlardan asılı olaraq uşaq doğulaba qədər ödənilir.
2019-cu ildə uşaq doğulduqdan sonra bir yaşına qədər dövlətin ona qulluğa görə müavinət ödəmək vəzifəsi yaranır. Ana işləmədiyi və dövlət sosial slğorta funduna haqq ödəmədiyi halda belə müavinətin məbləği birinci uşağa qulluğa görə 14,5 min tenge, dörd və daha çox uşağa görə isə 22,5 min tenge təşkil etmişdi.
Ana rəsmi işlədiyi halda isə son 24 ay üçün orta aylıq əmək haqqının 40%-i məblığində aylıq müavinət almaq hüququna malikdir.
İşləyən analar üçün müsbət məqamlardan biri də odur ki, dövlət onlara məcburi pensiya ödəmələri üçün il ərzində orta aylıq əmək haqqının 10% məbləğində subsidiya ayırır, bu da sosial ödəmələr zamanı nəzərə alınır.
Qadın hamiləliyin 12 həftəsinə qədər məsləhətxanada uçota durduğu halda ona 3,7 min tenge məbləğində birdəfəlik müavinət ödənilir. İşləyən qadınlara doğuşun ağırlıöından asılı olaraq hamiləliyə görə müavinət ödənilir. Müavinətin məbləği son iki ildə orta günlük əmək haaqından asılı olaraq hesablanır. Belə ki, hamiləlik normal keçdiyi halda standart 140 günlük məzuniyyət zamanı əmək qabiliyyətli ana 294,9 min tengedən 1,7 milyon tengeyə qədər müavinət alır. Hamiləlik ağır keçdiyi və daha çox uşaq doğulduğu halda isə bu məblığ 2,4 milyon tengeyə çata bilər.
Uşaq doğulduqda hər kəsə işləyib-işləməməsindən asılı olaraq 99,3 min tenge vəsait ödənir. İkinci uşaq doğulduqda həm də analıq kapitalı və ya 1 yanvar 2007-ci ildən tətbiq edilən ailəyə birdəgəlik dövlət dəstəyi vəsaiti ödənilir. 2019-cu ildə bu kapitalın məbləği 2,57 milyon tenge təşkil edib. Həmin kapitalı valideynlər yaşayış yeri əldə edilmsinə və ya tikintisinə, yaşayış evinin yenidən qurulmasına, uşaqların təhsilinə (anadan olma və ya övladlığa götürmə ardıcıllığından asılı olmayaraq), ananın pensiya yığımının artırılmasına, əlil uşaqların sosial adaptasiyasına və ya bağ evi tikintisinə xərcləyə bilərlər.
Qazaxstandan fərqli olaraq Rusiyada uşağa qulluğa görə müavinət yaş yarıma qədər ödənilir. Əmək qabiliyyətsiz analar və ya altı ayadək işləyənlər üçün müavinətin məbləği birinci uşağa görə 3,3 min rubl, iki və daha çox uşağa görə isə 6,6 min rubl təşkil edir. İşləyən analar üçün isə aylıq ödənişlərin məbləği son iki il üçün orta aylıq əmək haqqının 40%-ni, lakin birinci uşaq üçün 4,5 min manat, ikinci və sonrakı uşaqlar üçün isə 6,6 min manat təşkil edir.
Dostları ilə paylaş: |