Azərbaycanda qadınların ödənişsiz qayğı və ev işlərində iştirakı
Azərbaycanda qadınların ödənişsiz qayğı və ev işlərində iştirakı səviyyəsinin qiymətləndirilməsi üzrə statistik məlumatlar məhduddur, məxsusi olaraq bu mövzunun araşdırılmasına həsr edilmiş tədqiqatlar isə demək olar yoxdur.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) məlumat bazasında (saytında) əhalinin gündəlik vaxt sərfinin strukturu ilə bağlı təqdim olunan məlumatlar “2008-ci ildə Azərbaycanda əhalinin vaxt büdcəsindən istifadəsi üzrə" sorğunun nəticələrinə əsaslanır. Həmin məlumata əsasən Azərbaycanda haqqı ödənilməyən işlərə qadınlar həftə ərzində orta hesabla hər gün 6 saat 06 dəqiqə, kişilər isə 2 saat 08 dəqiqə vaxt sərf edirlər37. Yəni qadınlar ödənişsiz işlərə kişilərin sərf etdiyi vaxtdan orta hesabla üç dəfə daha çox vaxt sərf edirlər. Həftənin iş günləri (I- V günlər) üzrə bu nisbət 4 dəfəyə çatır (5:59/1:50), həftəsonu günlərdə (şənbə və bazar günləri) isə bir qədər azalır (6:24/2:52).
Dostları ilə paylaş: |