Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək



Yüklə 1,26 Mb.
səhifə16/43
tarix01.01.2022
ölçüsü1,26 Mb.
#104852
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
Sorğunun təşkili metodologiyası
Yuxarıda qeyd olunduğu kimi, layihə məqsədləri üçün Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan və hazırda ödənişli əmək fəaliyyəti ilə məşğul olmayan 400 evdar qadın arasında anket sorğusu təşkil olunub.
Seçmə
Seçmə bazasının formalaşdırılması üçün ümumi baza haqqında hər hansı etibarlı statsitik göstəricilərin mövcud olmadığını nəzərə alaraq, bu tədqiqat üçün respondetlərin müəyyənləşdirlməsi ilə bağlı “qartopu” seçmə metodologiyasından istifadə edilməsi qərara alımmışdır. Sahə işlərinin başlamasında öncə sahə işçiləri tərəfindən hər bir sorğu ərazisində meyarlara cavab verən bir neçə “başlanğıc nöqtə” (respondent) müəyyən edilmişdir. Onlarla sorğu keçirildikdən sonra onlardan digər tanıdığı uyğun şəxslərlə müsahibəçiləri əlaqələndirmələri xahiş edilmişdir.

Müəyyən suallara ev təsərrüfatı başçısı olan kişilərin münasibətlərini öyrənmək məqsədilə sorğu keçirilmiş ailələrin 40%-də (155 ailədə) kişilərlə də müsahibələr keçirilmişdir.



İlkin olaraq tədqiqat həyata keçiriləcək 4 rayonda ümumi əhali sayının müxtəlif olmasına baxmayaraq bu rayönlarda bərabər sayda respondentlərin seçilərək sorğuya cəlb olunması qərara alınmışdır. Bununla yanaşı, tədqiqatın mövzusunu nəzərə alaraq, rayon mərkəzlərində, habelə, kəndlərdə də bu sorğuların keçirilməsi nəzərdə tutulmuşdur. Bunun üçün hər bir tədqiqat rayonunda kəndlər müxtəlif meyarlara əsasən qruplaşdırılmış (əhali sayina görə: böyük, orta və kiçik; rayon mərkəzindən uzaqlığına görə: yaxın və uzaq; coğrafi yerləşmə relyefinə görə: yüksək dağlıq, dağlıq və düzən) və zəruri sayda respondentin yaşadığı kəndlər bu qrupların daxilindən təsadüfi yolla seçilmişdir.
Cədvəl 3. Seçə toplusunun tədqiqat rayonları üzrə paylanması (ilkin)





Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin