Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək



Yüklə 1,26 Mb.
səhifə36/43
tarix01.01.2022
ölçüsü1,26 Mb.
#104852
1   ...   32   33   34   35   36   37   38   39   ...   43
Yaponiya

Yaponiyada hər bir doğulan uşağa görə 420 min yen ödənilir. Üç yaşınadək uşağa qulluğa görə müavinət isə 15 min yen , üç yaşından ibtidai məktəbi bitirənədək (birinci və ikinci uşaq üçün) – ayda 10 min yen, üçüncü və daha sonrakı uşaqlar üçün isə - 15 yen təşkil edir. Lakin bu müavinəti almaq üçün şərt vardır – valideynlərin məcmu gəliri yaşayış minimumundan çox olmamalıdır. Bu müavinəti almaq bir o qədər də asan deyildir, bunun üçün hər iki valideyn məzuniyyətədək işə düzəlmiş olmalıdırlar...


Sinqapur

Kiçik Sinqapurda sosial müavinətlərin məbləği kifayət qədər yüksəkdir. Belə ki, məsələn, vətəndaşlar uşağın doğulmasına görə bir neçə növ müavinət alırlar: birinci, ikinci uşağa görə 8 min dollar ( 13600 manat) məbləğində, daha sonrakı uşaqlar üçün isə 10 min dollaradək (1700 manat) Babybonuscashgift, uşağın inkişaf hesabı – CDA 3 mindən 15 min dollarədək (5100 manatdan 25500 manatadək) və Medisave hesabı – 4 min dollar (6800 manat).

Babybonuscashgift dövlət tərəfindən birdəfəlik ödənilmir, ödəmə məbləği bir neçə hissəyə bölünür və valideynlər onu qeydiyyatdan 7-10 gün sonra uşağın 6 ayı, 12 ayı, 15 ayı və 18 ayı tamam olduqca alırlar.

Medisave ödəməsi də, öz növbəsində, uşağın tibbi sığortasının və klinikada mümkün hospitalizasiya xərclərinin ödənilməsi üçün hesabı özündə əks etdirir...

Dünyanın 10 müxtəlif ölkəsində, o cümlədən Azərbaycanda sosial müavinətlərin təhlili göstərir ki, ölkəmizdə müavinətlərin məbləği digər dövlətlərdən əhəmiyyətli dərəcədə fərqlənir (Sinqapur hesaba alınmamışdır, çünki ölkədə müavinət yaşyarımaqədərki dövr ərzində ödənilir).

Hazırda Azərbaycanda müavinətlərin, o cümlədən çoxuşaqlı analar və aztəminatlı ailədən olan uşaqlar üçün müavinətlərlə bağlı məsələlər fəal surətdə müzakirə olunur. Problemin həlli yollarından biri kimi regionlarda iqtisadi vəziyyətin möhkəmləndirilməsi, o cümlədən yeni iş yerlərinin yaradılması, habelə həm dövlət, həm də biznes sektorunda əməyin ödənilməsinə yenidən baxılması göstərilir.

Azərbaycanda uşağı olan vətəndaşlar, o cümlədən çoxuşaqlı analar üçün mənzil problemi kəskin xarakter daşıyır.

Uşaqlara görə valideynlər məsuliyyət daşımalıdırlar. Uşaq vaxtından müəyyən vərdiş və bacarıqlar aşılamaq, uşaqları keyfiyyətlə tərbiyə etmək lazımdır. Məsələn, məktəbdə yalnız oxumaq, yazmaq, hesablamaq öyrədilir, lakin bunlardan başqa uşaq digər tərbiyə vasitələri ilə də məşğul olmalıdır, fortepianoya, futbola, şahmata getməlidir. Bunları ödəmək üçün isə valideynlərin heç də hər zaman pulları kifayət etmir. Məhz bu məsələdə dövlət yardım etməli idmanın, mədəniyyətin, əlavə təhsilin inkişafına, infrastrukturun saxlanmasına və yaradılmasına ayrılan büdcələri elə yönləndirməlidir ki, bütün bunlar addımbaaddım uşaqlar üçün əlçatan olsun”.



Uşaqlar gələcəyə qoyulmuş investisiyadır. Uşaqlara və gənclərə pul xərcləməklə, keyfiyyətli insan kapitalının inkişafına start verməklə dövlət böyük səmərə əldə edilir.

Tövsiyyələr
Beynəlxalq təşkilatlar, xüsusilə OECD ödənizsiz qayğı və ev işlərinə münasibətdə siyasətlərin hazırlanması və icrası zamanı 3R strategiyasının (Recognition, Reduction and Redistribution – qəbuletmə, ixtisaretmə və yenidən bölüşdürmə) həyata keçirilməsini zəruri hesab edirlər53. Bu strategiya çərçivəsində 3 istiqamətdə siyasətlər həyata keçirilir:


  1. Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin