Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək


qəbuletmə(recognation) siyasətləri



Yüklə 1,26 Mb.
səhifə37/43
tarix01.01.2022
ölçüsü1,26 Mb.
#104852
1   ...   33   34   35   36   37   38   39   40   ...   43
qəbuletmə(recognation) siyasətləri -bu siyasətlərin məqsədi cəmiyyətdə ödənişsiz qayğı və ev işlərinin önəmini diqqətə gətirmək və bu fəaliyyətlərlə məşğul şəxslərin işinin cəmiyyət tərəfindən ciddi qəbul edilməsinə nail olmaqdır. Buraya ödənilməyən qayğı və ev işlərinin miqyasları, bu yükün ayrı-ayrı şəxslər, icmalar və digər qurumlar arasında necə bölünməsi, bunun cəmiyyət üçün fəsadları haqqında kəmiyyət və keyfiyyət məlumatlarının toplanması aiddir. Belə məlumatlar proqramların və layihələrin işlənilməsi zamanı siyasətçilər, sivil cəmiyyət təşkilatları və donorlar tərəfindən istifadə olunur. Belə siyasətlər aşağıdakıları əhatə edə bilər:

  • ödənişsiz qayğı və ev işlərinin miqdarı (cins, yaş və başqa sosial-iqtisadi xarakteristikalar üzrə bölünməklə) haqqında statistik məlumat bazasının toplanması mexanizmlərinin işlənilməsi və tətbiqi;

  • ödənişsiz qayğı və ev işlərinin kəmiyyətinin azaldılması üzrə göstəricilərin əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlik dövlət proqramlarının nəticələrinin qiymətləndirilməsi üzrə indikatorların sırasına daxil edilməsi (məsələn, dövlət proqramı üzrə uşaq bağçası yaxud qocalar evi ilə təminat ərazidə olan qadınları ödənişsiz işlərə sərf etdiyi vaxta nə qədər qənaət etməyə imkan verəcək və s. kimi);

  • ödənişsiz işlərin dəyərinin qiymətləndirilməsi və ÜDM-ə nəzərən miqyaslarının müəyyən olunmasına cəhd edilməsi;

  • ödənişsiz qayğı və işlərin miqyasının ixtisar edilməsinə yönəlik investisiyaların potensial faydalarının qiymətləndirilməsi (məsələn, şagirdlərin gün ərzində məktəblərdə qalması və məktəbdə yeməklə təmin edilməsi nəticəsində qadınların əldə etdikləri vaxt qənaəti hesabına onların ödənişli əməklə yaratdıqları yeni dəyərin ölçülməsi və s.);

  • gender həssaslı büdcə işinin təşkili mexanizmlərinin büdcə proseslərində tətbiqi və s.;


  1. Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin