Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək



Yüklə 1,26 Mb.
səhifə38/43
tarix01.01.2022
ölçüsü1,26 Mb.
#104852
1   ...   35   36   37   38   39   40   41   42   43
ixtisaretmə (reductiona) siyasətləri – belə siyasətlərin məqsədi qadın və qızların ödənişsiz qayğı və ev işlərinə sərf etdiklərin vaxtın azaldılması hesabına onların təhsillə, formal (ödənişli) işlərlə və/və yaxud sosial və siyasi fəaliyyətlə məşğul olmaları üçün əlavə vaxt əldə etmələrinə imkan yaratmaqdır. Bu zaman qadınların bəzi ödənişsiz qayğı və ev işlərinin ixtisar edilməsindən əldə etdikləri vaxtın başqa ödənişsiz işlərə sərf edilməsinə yol verilməməsi diqqətdə saxlanılmalıdır. Belə siyasətlərə aşağıdakılar aid edilə bilər:

  • ərazinin və əhalinin (ailələrin) zəruri sosial infrastruktur elementlərin (içməli su, elektrik, təbii qaz, rabitə, yollar, ictimai nəqliyyat və s.) ilə təmin edilməsi və bunların qiymətlərinin əlçatanlığı;

  • sosial xidmət infrastrukturunun qurulması və xidmətlərin əlçatanlığının təmin edilməsi (baza tibbi xidmətlərə əlçatımlılığının təmin edilməsi; məktəbəqədər təhsil xidmətləri (bağçalar və s.), məktəb və təhsil xidmətləri, şagirdlərin günərzi məktəbdə qalması və onların yeməklə təmin edilməsi, qocalara və yaşlılara sosial qayğı xidməti müəssisələrinin təşkili;

  • ödənişsiz qayğı və ev işlərini kommersiya prinsipi əsasında göstərən qurumların mövcudluğu;

  • ərazidə ödənişli iş yerlərinin yaradılmasının təmin edilməsi və s.;


  1. Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin