Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək


Ödənişsiz işlərin ölçülməsi və qiymətləndirilməsi üsulları



Yüklə 1,26 Mb.
səhifə6/43
tarix01.01.2022
ölçüsü1,26 Mb.
#104852
1   2   3   4   5   6   7   8   9   ...   43
Ödənişsiz işlərin ölçülməsi və qiymətləndirilməsi üsulları
Prinsipcə, ödənişsiz işlərin ölçüməsinin və qiymətləndirilməsinin 2 üsulu var: xərclər (input) üsulu və istehsal (output) üsulu19.

Xərclər üsulu”nun tətbiqi zamanı ödənişsiz işlərə sərf olunan vaxt hesablanır və əmək haqqının müvafiq stavkası (dərəcəsi) istifadə olunmaqla qiymət müəyyən edilir (sərf olunan vaxt x qiymət). Bu zaman ödənişsiz işlərə sərf olunan müddət vaxtın müayinəsi əsasında müəyyən edilir. Qiyməti isə müxtəlif üsullarla müəyyən etmək olar:



  1. alternativ xərclər üsulu – bu halda insanın ödənişsiz iş vaxtı onun əmək bazarında əldə edə biləcəyi əmək haqqının stavkası (saatlıq tarifi) üzrə qiymətləndirilir;

  2. bazar dəyəri üsulu – bu halda ödənilməyən xidmətlərin dəyəri həmin xidmətlərin mövcud bazar dəyəri əsasında qiymətləndirilir. Ev işlərinin yaxud ev istehsalının tərkibəndən asılı olaraq onların bazar dəyərinin müəyyən edilməsinin də iki alternativ variantı ola bilər:

  1. birinci variantda bütün ev işlərinin bir nəfər (qulluqçu yaxud köməkçi) tərəfindən yerinə yetirilməsi halı nəzərə alınır. Bu halda ev işlərinin qiyməti həmin şəxsin orta əmək haqqısı əsasında müəyyən edilir;

  2. bunun alternativi kimi çıxış edən ikinci variantda isə ev işlərinin hər biri (məsələn, yemək bişirilməsi, təmizlik işləri, uşağa qulluq, həyət-bağça işləri və s.) peşə-ixtisas səviyyəsi və hazırlığı fərqli olan ayrı-ayrı “ixtisaslaşmış şəxslər” tərəfindən (məsələn, aşpaz, təmizləyici, dayə, bağban və s.) həyata keçirilir. Bu halda onların hər birinin işinin bazar dəyəri (əmək haqqı dərəcəsi) əsas götürülərək ev işlərinin dəyəri hesablanır.

Lakin praktik baxımdan daha əlverişli olan birinci variant tədqiqatlarda daha çox istifadə olunur.

İstehsal üsulu”nun tətbiqi zamanı istehsal olunan mal və xidmətlərin həcminə qiymət qoymaqla ödənişsiz işin nəticələrinin ölçülməsinə cəhd edilir. Nəzəri baxımdan bu üsul daha yaxşı hesab olunur, lakin bu üsul istehsal olunan mal və xidmətlərin kəmiyyət və keyfiyyətinin təyin edilməsi çətinliyi ilə üzləşir20.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin