Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılmasına dəstək


Ödənişsiz qayğı və ev işlərinə münasibətdə siyasətlər



Yüklə 1,26 Mb.
səhifə8/43
tarix01.01.2022
ölçüsü1,26 Mb.
#104852
1   ...   4   5   6   7   8   9   10   11   ...   43
Ödənişsiz qayğı və ev işlərinə münasibətdə siyasətlər
Beləliklə, ödənişsiz qayğı və ev işləri tədqiqatçılar tərəfindən eyni zamanda həm iqtisadi fəaliyyətin mühün aspekti, həm də insanların, onların ailələrinin və cəmiyyətin rifah səviyyəsinə xidmət edən əvəzsiz amil kimi qiymətləndirilir. Kişilərlə müqayisədə qadınlar ödənişsiz işlərə dəfələrlə çox vaxt və enerji sərf edirlər. Ödənişsiz qayğı və ev işlərinin əsasən məhz qadınların müstəsna vəzifəsi olması ilə bağlı cəmiyyətdə formalaşmış ənənəvi gender əsaslı sosial normalarla əlaqədar olaraq dünyanın müxtəlif regionlarından, ölkələrindən, mədəniyyətlərindən və sosial-iqtisadi təbəqələrindən olan qadınlar gündəlik vaxtın əhəmiyyətli hissəsini ev işlərinə və reproduktiv funksiyaların yerinə yetirilməsinə sərf edirlər. Hətta ödənişli əmək fəaliyyəti və işlərlə məşğul olan qadınlar da kişilərlə müqayisədə ödənişsiz işlərə daha çox zaman və enerji sərf edirlər ki, bu da ödənişli işlərdə çalışan qadınların “ikiqat yüklənməsinə” gətirib çıxarır. Buna görə də ödənişsiz qayğı və ev işlərinə aid məsələlərin həllinə münasibətdə cəmiyyətin və siyasətçilərin yanaşma tərzi gender bərabərliyinə nail olunmasına həlledici təsir göstərir: onlar ya həm kişilərin, həm də qadınların imkanlarını və seçimlərini genişləndirə bilər, ya da qadınları ənənəvi qadın və ana rollarının icrası ilə məhdudlaşdıra bilərlər35.

Ödənişsiz qayğı və işlərə daxil olan fəaliyyətlərin cəmiyyətdə səmərəli və gender bərabərliyi gözlənilməklə, qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi məsələləri nəzərə alınmaqla həllinə yönəlik sosial və iqtisadi siyasətin hazırlanması zamanı belə işlərin hansı hissəsinin dövlət xidmətləri və kommersiya prinsipləri əsasında təqdim edilməsi imkanlarına aydınlıq gətirilməlidir. Yəni insanların bu və digər xidmətə olan ehtiyaclarının ödənişsiz işlə yox, müvafiq dövlət xidmətləri yaxud bazarda satılıb-alınan mal və xidmətlərlə ödənilməsi imkanları aydınlaşdırılmalıdır36.

İnsanların müvafiq xidmətləri əldə etmələri zamanı ödənişsiz iş, dövlət və ya bazar xidmətləri arasında seçim etməsinə aşağıdakı amillər təsir göstərə bilər:


  • sosail amillər - cəmiyyətdə formalaşmış və oturuşmuş mədəniyyət normaları, cəmiyyətin və icmaların adət və ənənələrə bağlılığı, cəmiyyətin sosial strukturu, insanların mədəni səviyyəsi və zövqləri, cəmiyyətdə və ailədə qarşılıqlı sosial etmad və etibarın səviyyəsi və s.;

  • iqtisadi amillər – cəmiyyətin ümumi həyat səviyyəsi, ailələrin gəlirlərinin səviyyəsi, vaxt sərfinin alternativ dəyəri, müvafiq xidmətlərin qiyməti və s.;

  • siyasi amillər - dövlət xidmətlərinin keyfiyyəti və əlçatanlıq səviyyəsi, infrastrukturun qurulması, iqtisadi artım və inkişafın stimullaşdırılması, biznes mühiti, peşə təhsilinin təşkili, qiymətlərin tənzimlənməsi, vergitutma, subsidiyalaşdırma və sair məsələlərə münasibətdə hökumətin siyasəti və s.

J.Swiebel ödənizsiz qayğı və işlərdə gender bərabərliyinin təmin edilməsi, qadınların sosial-iqtisadi hüquqlarının bərpa edilməsinə yönəlik siyasətləri iki qrupa bölür:


  1. Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin