Qafqaz haqqında Əfsanə



Yüklə 8,47 Kb.
tarix06.06.2018
ölçüsü8,47 Kb.
#52863




AEGEE - Association des Etats Généraux des Etudiants de l'Europe
European Students Forum Baku Public Union

Qafqaz haqqında Əfsanə” Yay Universiteti



21-28 avqust 2007-ci il

Bakı, Azərbyacan
21-28 avqust 2007-ci il tarixlərində AEGEE-Baki İctimai Birliyi Gəncliyə Yardım Fondu ilə birgə “Qafqaz haqqında Əfsanə” Yay Universiteti təşkil etmişdir. Bu tədbir AEGEE-Avropa Baş Təşkilatının Avropalı gəncləri və tələbələri inteqrasiya etdirən, icəsənət, tarix, dil, təbiət və idman mövzuları üzrə Yay Universiteti layihəsi əsasında həyata keçirilir. Tədbirdə Avropanın bir neçə ölkəsindən (İspaniya, Belorus, Malta, Hollandiya, Polşa, İtaliya, Sloveniya, Fransa, Belçika, Almaniya və s.) 22 könüllü gənc iştirak edir.
Bu Yay Universitetində Avropadan olan gənc iştirakçılara Azərbaycanın milli dəyərlərinin, mədəniyyətinin, dilinin və tarixinin öyrədilməsi üçün AEGEE-Baki üzvlərindən ibarət könüllü və fəal tələbələrdən ibarət qrup tədris edəcəkdir. Bütün bunlardan əlavə Azərbaycan xalq musiqisi və milli rəqsləri, milli mətbəximizə aid xörəkləri tərənnüm edən mərasimlər də təşkil ediləcəkdir. Həmçinin lahiyə daxilində Bakı şəhərinin muzeyləri və kinoteatrlari ilə tanışlıq, maraqli çimərlik partisi, Xəzər dənizin sahilində günəş vannası qəbulu və dənizdə üzmək, şəhərimizin ən səs-küylü yerlərində, insanların, xüsusilə də gənclərin toplaşdığı yerlərdə maraqlı və macəralı gəzintilər və s. daxildir.
AEGEE-Baki Azərbaycan mədəniyyəti və təbiəti ilə tanışlıq mövzusunda isə Şəki və Quba rayonlarına səfərlər və tarixi yerlərə ekskursiya təşkil edəcək.
AEGEE (Association des Etats Generaux des Etudiants de l’Europe), yəni Avropa Tələbələri Forumu Avropada ən böyük nizam-intizama malik tələbə assosiasiyasıdır; təşkilat Avropanın 40 ölkəsinin 241 şəhərindən olan 15.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır.
Avropa Tələbələri Forumu Bakı İctimai Birliyi AEGEE-Avropa şəbəkəsinin yerli antennasıdır. 2003-cü ildə bir neçə Avropa inteqrasiyası ideyalı azərbaycanlı gənclər yerli antennanın açılması təşəbbüsü ilə çıxış etmiş və artıq 2004-ci ildə Avropa komandası ilə birgə bir neçə kiçik həcmli tədbir həyata keçirmişlər.
Proqram haqqında əlavə məlumatları aşağıdakı şəxslərdən ala bilərsiniz:
Aynura Məhərrəmova, AEGEE-Baki PR Manager

E-mail: aynura_ms@yahoo.com, pr@aegee-baki.org, Mob: 070 221 61 14

Orxan Əliyev, AEGEE-Baki Gənclər Mübadiləsi üzrə Koordinator



E-mail: orkhan.aliyev@gmail.com, exchages@aegee-baki.org, Mob: 050 393 97 79

Web-səhifə: www.aegee-baki.org
Yüklə 8,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin