Qafqaz Tədqiqat Resurs Mərkəzi Azərbaycan Sosial və Siyasi elmlər yönümlu Qrantlar



Yüklə 49,72 Kb.
tarix21.10.2017
ölçüsü49,72 Kb.
#8520




Qafqaz Tədqiqat Resurs Mərkəzi

Azərbaycan

______________________________________________

Sosial və Siyasi elmlər yönümlu Qrantlar

2006 Qrant Müsabiqəsinin

Təqaüd Ərizələrinə olan Tələblər

Qafqaz Tədqiqat Resurs Mərkəzi – Azərbaycan

67, Füzuli küç., 6-cı mərtəbə, Bakı AZ 1014
Tel: (994 12) 498 20 81, 493 66 18, 493 53 21
Fax: (994 12) 498 54 29
E-mail: crrc@crrc.az

URL: www.crrc.az







Avrasiya Fondu (EF) və Nyu-Yorkun Karneqi Korporasiyasının müştərək layihəsi





Download APPLICATION FORM (*.doc file)

Qafqaz Tədqiqat Resurs Mərkəzinin

2006 Təqaüd Ərizələrinə olan Tələblər
Qafqaz Tədqiqat Resurs Mərkəzi –Azərbaycan (QTRM Azərbaycan) Cənubi Qafqaz regionundan olan şəxslərə və ya kiçik Tədqiqatçı qruplara sosial elmlər sahəsində tədqiqat aparmaq üçün tədqiqat qrantları təklif edir.
Ərizə proseduru və programın detalları aşağıda göstərilib.

QTRM haqqında
Qafqaz Tədqiqat Resurs Mərkəzləri (QTRM) Cənubi Qafqazda sosial elmlər sahəsində tədqiqat və sosial-siyasi təhlilləri gücləndirmək məqsədi ilə Azərbaycan, Ermənistan və Gürcüstanın paytaxt şəhərlərində yaradılmış resurs və təlim mərkəzlər şəbəkəsidir.
Nyu-Yorkun Karneqi Korporasiyası, Avrasiya Fondu və yerli universitetlərlə əməkdaşlıq etməklə QTRM şəbəkəsi regionda alim və praktikantlara hərtərəfli tədqiqat, təhsil və əməkdaşlıq üçün stabil imkanlar təklif edir. Məkəzlər yerli tədqiqatın güclənməsinə, tədqiqat və siyasət arasında daha sıx əlaqənin qurulmasına və Cənubi Qafqazda qaydalar çərçivəsində aktual məsələlərin əsas müzakirə mövzusuna çevrilməsinə xidmət edir.
QTRM haqqında əlavə məlumatı bu ünvandan almaq olar: www.crrc.az

QTRM Təqaüd Proqramı
QTRM milli və ya regional əhəmiyyətli olmaqla sosial elmlər və sosial siyasət arasındakı əlaqənin dissiplinlərarası araşdırılmasını nəzərdə tutur. QTRM-nin bu məqsədlə görəcəyi əsas iş Təqaüd proqramının tətbiqi olacaq. Təqaüdlər müsabiqə əsasında təyin olunacaq.
QTRM Təqaüd proqramının əsas məqsədi Cənubi Qafqaz ölkələrində tədqiqatçılara maddi dəstək olmaqla, onları nəzərdə tutduqları mühim sosial və siyasi əhəmiyyət kəsb edən tədqiqat layihələrini həyata keçirməyə həvəsləndirməkdir.


Təqaüd qrantlarının növləri və tədqiqat mövzuları

QTRM Təqaüd proqramı iki növ tədqiqat qrantı təklif edir:



  1. QTRM Məlumat Təşəbbüsü qrantı: təqaüdçülər öz tədqiqat və təhlillərini təşəbbüs dövründə QTRM tərəfindən - hər üç Cənubi Qafqaz ölkəsindən toplanmış məlumatlar üzərində quracaqlar.




  1. QTRM Tədqiqat Qrantı: təqaüdçülər öz tədqiqat və təhlillərini yeni və ya QTRM məlumat toplusuna daxil olmayan digər məlumatlar üzərində quracaqlar.

Tədqiqat layihəsi hər hansı bir Cənubi Qafqaz ölkəsi daxilində tədqiqat və təhlil və ya QTRM-nin regionda digər ofislərindəki məlumatların müqayisəli təhlili əsasında qurula bilər.


Layihələr aşağıda göstərilən mövzular üzrə olmaqla sosial elmlər sahəsində tədqiqatlara əsaslanmalıdır.
Təqaüd qrantları fərdi işləyən və ya hər hansı bir tədqiqat qrupunun üzvü olan tədqiqatçılara bir il müddətinə veriləcək. 2006 QTRM təqaüd proqramı çərçivəsində hər mərkəzdə yeddi (7) qrant veriləcək. Qrantlar seçilmiş ərizəçilərin sayından və seçilmiş ərizələrin büdcə tələbindən asılı olaraq maksimal 3,500 ABŞ dolları məbləğində veriləcək.

Tədqiqat Mövzuları

2006 Təqaüd Proqramı tədqiqat mövzuları aşağıda göstərilib.

QTRM iqtisadiyyat, sosiologiya, demoqrafiya və ictimai siyasətlə əlaqədar tədqiqat ərizələrini də dəstəkləyir.

Hər bir ərizədə tədqiqatın hansı mövzuya aid olduğu aydın göstərilməlidir.





  1. Təhsil: mümkün təhsil; təhsilin keyfiyyəti; təhsil islahatı; korrupsiya və təhsil; işlə təmin olunmada təhsilin rolu.




  1. Miqrasiya: işçi qüvvəsinin miqrasiyası; qadağan olunmuş məhsulların ticarəti; yerli təşkilatlara yardım.




  1. Sağlamlıq: mümkün səhiyyə; səhiyyənin keyfiyyəti; səhiyyədə islahat; korrupsiya və səhiyyə; tibbi təhsil (məlumatlandırma).




  1. Sosial iqtisadiyyat: ailə gəlirinin strukturu; iqtisadi davranış; müasir və ənənəvi ev təsərrüfatı davranışı; həyat səviyyəsi.

 

  1. Siyasi fəaliyyət: vətəndaşın siyasi qurumlara qarşı davranışı; siyasi dayanıqlılıq/zəiflik.




  1. Gender: Gender və siyasət; gender və təhsil; gender bərabərliyi; qadına qarşı davranış.



Biliyin ötürülməsi
Qalib təqaüdçülərdən öz tədqiqatlarına əsaslanan ən azı iki resurs və yerli qərar-icraçılarına təqdim olunacaq bir qanun təklifləri icmalı tələb olunacaq. Bu resurslar kağız üzərində hesabat, təlimatlar və ya qısaca məzmun ola bilər ki, bu məlumatlardan da internetdə təmənnasız ümumi istifadə mümkün olacaq. Ərizəçi istifadə olunacaq forma, tərkib və mənbələrin adlarını qeyd etməlidir.
Təqaüdçülərdən həmçinin işin axırında təqdimat və QTRM tərəfindən təşkil ediləcək dəyirmi stol görüşlərində iştirak etmək tələb olunacaq.
Təqaüdçülər tərəfindən hazırlanmış bütün vəsaitlər ictimaiyyətə çatdırılacaq və QTRM-nin maraqlı tərəflərinə paylanacaq (və QTRM-nin internet saytında yerləşdiriləcək). QTRM təqaüdçüləri həmçinin beynəlxalq tədqiqat şəbəkələri ilə əlaqələndiriləcəklər. Təqaüdçülərin tədqiqatları QTRM-nin Siyahı Xidməti vasitəsi ilə əldə oluna biləcək.
Nəhayət, QTRM təqaüdçülərindən QTRM-də mühazirə demək və ya təlim kursları aparmaq tələb olunacaq və öz tədqiqat biliklərini digər QTRM maraqlı şəxslərinin istifadəsi üçün yenidən tədqiq etməli olacaqlar.


Yararlılıq
Ərizəçilər Azərbaycan vətəndaşı və ya Azərbaycanın daimi sakini olmalıdırlar.
Ərizələr fərdi sosial və humanitar elmlər sahəsində tədqiqatçılar, və ya akademik institutlar, tədqiqat institutları, qeyri-hökumət təşkilatları (QHT), məlumat bankları, beynəlxalq təşkilatlar və ictimai təşkilatlarla əlaqəsi olan tədqiqatçılar tərəfindən təqdim edilə bilər.
Təqaüd ərizələri fərdi tədqiqatçılar və ya kiçik qruplar tərəfindən təqdim edilə bilər.Əgər təqaüd qrantına kiçik qrup ərizə verirsə, ərizədə qrantı idarə edəcək əsas tədqiqatçının adı qeyd olunmalıdır və o tədqiqat proyekti üçün əsas əlaqələndirici rol oynayacaq. Tədqiqat qruplarında ölkə vətəndaşı olmayan iştirakçılar ola bilər, ancaq onlar əsas tədqiqatçı rolunda ola bilməz.
Ərizəçılər hər müsabiqə dövründə fərdi və ya hər hansı bir qrupun üzvü olmaqla yalnız bir təqaüd ərizəsi təqdim edə bilərlər.
Cari olaraq QTRM və ya Avrasiya Fondu tərəfindən layihələri maliyyələşdirilən tədqiqatçılar onlara verilən qrantın bağlanmasından altı ay keçməmiş və proyektin hesabat və təqdimatı edilməmiş ərizə verə bilməz.
Magistr və Bakalavr dərəcəsində olan tələbələrdən ərizə qəbul edilmir.

Ərizə proseduru
QTRM Təqaüd Ərizə Forması www.crrc.az saytından (yüklənə) ya da bizim ofisdən əldə oluna bilər. Ərizə Formasının bütün bəndləri doldurulmalıdır.
Ərizələr İngilis və ya Azərbaycan dilində qəbul olunacaq.
Ərizələr bizim ofisə Cümə axşamı, 23 Fevral 2006-cı il saat 17:00-dan gec olmayaraq çatdırılmalıdır.
Ərizələr email, poçt və ya kuryer vasitəsilə göndərilə bilər. Qeyd edirik ki, faksla göndərilmiş ərizələr qəbul olunmayacaq.
Son tarixdən sonra çatdırılan ərizələr qəbul olunmayacaq.
Natamam ərizələr nəzərə alınmayacaq.
Email ilə ərizələr bu ünvana göndərilməlidir: crrc@crrc.az
Email və kuryerlə göndərilən və ya əllə çatdıırılan ərizələr aşağıdakılardan ibarət olmalıdır:

  • Ərizənin iki surəti.

  • Tədqiqat qrupunun hər bir üzvü üçün CV-nin iki surəti.

  • Ərizə paketinin elektron surəti (yəni, ərizə forması və CV-lər) CD və ya diskettdə.

Bütün bu adları çəkilənlər bir zərfə qoyulmalı və aşağıdakı ünvana göndərilməlidir:


Qafqaz Tədqiqat Resurs Mərkəzi – Azərbaycan

67, Füzuli küç., 6-cı mərtəbə, Bakı AZ1014 .


Ərizənin doldurulması üzrə Giriş Təlimi

Marağı olan bütün ərizəçilər ərizənin doldurulmasının əsas prinsipləri, ərizə forması və ümumiyyətlə Təqaüd Proqramı ilə bağlı sualların ünvanlanmasına kömək məqsədilə Təqaüd Proqramı üzrə Giriş Təlimində iştirak etməyə dəvət olunurlar. Bu təlim marağı olan ərizəçilərin ərizə formasını effektli doldurmasına kömək edəcək. Təlim iki (2) hissədən ibarət olacaq: birinci hissə 25 yanvar 2006-cı il, ikinci hissə 15 fevral 2006-cı il tarixində QTRM-də olacaq. Təlimlə bağlı daha ətraflı məlumat üçün QTRM ilə aşağıdakı telefonlarla əlaqə saxlaya bilərsiniz: (994 12) 498 20 81, 493 66 18, 4935321.

Qiymətləndirmə və Seçim Prosesi

QTRM heyəti ilkin olaraq ərizələrin nəzərdən keçirilməsini təşkil edəcək. 20 ərizəçi qiymətləndirmə meyarlarına uyğun olaraq seçiləcəkdir (aşağıda qeyd olunan meyarlara əsasən). Seçilmiş olan həmin ərizə sahibləri daha sonra QTRM Təqaüdçü Seçmə Komitəsi tərəfindən yenidən nəzərdən keçiriləcək və qiymətləndiriləcək. 

Ərizəçilər bu meyarlar üzrə qiymətləndiriləcək:


  1. nəzərdə tutulan tədqiqatın QTRM mövzularına aidiyyat dərəcəsi;

  2. tədqiqat metodunun uyğunluğu və keyfiyyəti;

  3. nəzərdə tutulan tədqiqat suallarının aydınlığı və orijinallığı;

  4. layihənin həyata keçməsinin mümkünlüyü;

  5. nəzərdə tutulan tədqiqat nəticələrinin keyfiyyəti, əlaqədarlığı və faydalılığı;

  6. tədqiqatçının tədqiqatı apara bilmək bacarığı;

  7. real, inandırıcı səslənən iş planı;

  8. real, inandırıcı səslənən büdcə;

  9. qanun təkliflərinin aydınlığı və keyfiyyəti.

Nəzərə alın ki, yuxarıdakılardan əlavə üstünlük tədqiqat metodologiyasının keyfiyyətinə və uyğunluğuna veriləcək.

Bütün ərizə verənlər QTRM tərəfindən öz nəticələri barədə 2006-cı ilin Aprel ayında məlumatlandırılacaqlar.



Təqaüd Qrantlarının Şərtləri və Məruzə Tələbləri
Təqaüd Qrantlarının Şərtləri
Seçilmiş ərizəçilər Avrasiya Fondu ilə qrant sövdələşməsi imzalamalı olacaqlar ki, bu da özündə qrantın alınması şərtlərini, hər iki tərəfin hüquq və öhdəliklərini, tədqiqatın gözlənilən nəticələrini, layihənin qiymətləndirilməsi meyarını, müddəti və detallı büdcəni özündə əks etdirir. Qrant şəxsə razılaşmaya uyğun olaraq veriləcəkdir.
Qrant sövdələşməsinə uyğun olaraq, seçilmiş təqaüdçülərdən:


  • Tələb edilən məbləğ, fond tədqiqatçıya veriləndən sonra bir həftə ərzində tədqiqata başlamaq;

  • Təqaüd qrantını layihəyə birbaşa aidiyyatı olan tədqiqat işlərinə yönəltmək;

  • QTRM-ni kontraktla nəzərdə tutulduğu kimi tədqiqatla tam və ya qismən əlaqəsi olan nəşrlərin surəti və tədqiqat nəticəsində toplanmış məlumatla təmin etmək;

  • Bütün nəşr və təqdimatlarda maliyyə mənbəyinin adını vurğulamaq(QTRM), və QTRM maliyyəsinin elmi kəşflərə sahib çıxması demək olmadığını bildirmək;

  • QTRM-nə social elmlər sahəsində tədqiqat cəmiyyətlərinə təqdim etməsi üçün kağızda işlənmiş hesabat, göstərişlər, təqdimat, qısa məzmun və digər informasiya resurslarından ibarət toplunu təqdim etmək;

  • qanun təklifləri icmalını hazırlamaq və QTRM-nin təqaüdçülərinin icmalı göndərəcəyi qərar-icraçılarını müəyyənləşdirmək.

  • Proyektin son iki ayında materialın təhlili və redaktəsi məqsədi ilə QTRM ilə işləmək tələb olunur.



Hesabat Tələbləri
QTRM Təqaüd Qrantı sahibindən öz tədqiqat fəaliyyəti və xərcləri barədə tədqiqat qrantı müddətində iki dəfə hesabat tələb olunur. Hər hesabatın son on beş günü ərzində tədqiqatçı xərc çekləri ilə müşayət olunan Fəaliyyət Hesabatı və Xərc hesabatı təqdim etməlidir.

a) Fəaliyyət Hesabatı
Hər hesabat dövrünün axırında grant sahibi bu dövr ərzində aparılan tədqiqat işləri və onların nəticələri barədə qısa (2-3 səhifə) hesabat edir. Bu hesabatda hər bir çətinlik və nəaliyyəti göstərməli, və nəzərdə tutulmuş tədqiqat metodu və/və ya fəaliyyətindən uzaqlaşmanı izah etməlidir.
b) Xərc Hesabatı

Qrant sahiblərindən hər hesabat dövrünün son on beş günü ərzində yazılı xərc hesabatı tələb olunur.Xərc hesabatı əvvəlki hesabat dövründə cəkilmiş xərclər barədə məlumatı, xərcləri aydınlaşdıran məcmunu, hər hansı gözlənilməz xərclərin qeydiyyatını, büdcəyə daxil edilə biləcək yeni xərcləri özündə əks etdirir. Hər bir xərc müvafiq sənədlə təsdiqlənməlidir. Fakturalar sənəd kimi qəbul edilmir.


c) Yekun Hesabat və Tədqiqatın Nəticələri

Tədqiqat layihəsinin sonunda təqaüdçü maliyyə uçotu, məlumat toplusu və tədqiqat nəticələrindən ibarət olan Yekun hesabat təqdim edir.


Növbəli Qrant ödəmələri YALNIZ Fəaliyyət və Yekun hesabatları (və son nəticələr) alınıb QTRM Təqaüdçü Seçimi Komitəsi tərəfindən təsdiq olunduqdan sonra ödənilir.



Yüklə 49,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin