Sosial İş üzrə Mütəxəssis, Corc Braun Uoren Sosial İş məktəbinin məzunu
Aytekin Huseynli, Sosial İş sahəsində Magist dərəcəsi almış
Tərəfindən aparılacaq
aytakinh@yahoo.com “Sosial İşin Nəzəriyyəsi və Praktikası” üzrə dərsdə iştirak etməyə dəvət edirik Tarix:26 noyabr, 2005
Müddət: Hər şənbə olmaqla, 6 həftə (həftədə bir dəfə)
Saat:12:30—14:00
Dərslərin keçiriləcəyi ünvan:QTRM- Azərbaycan, Bakı Aşağıdakı mövzuları əhatə edəcək:
Sosial işin yaranma tarixi. Fərdlər, ailələr və qruplarla sosial işin həyata keçirilməsində böyük tarixi trendlər.
Müasir Sosial İş təcrübəsində istifadə olunan nəzərəriyyələr haqqında biliklər.
Sosial iş təcrübəsində əsas götürülən dəyərlər və etik qaydalar haqqında biliklər.
Fərdlər, ailələr və qruplarla sosial iş ilə əlaqəli sosial ədalətin əlaqələnfirilməsi haqqında biliklər.
Fərdlər, ailələr və qruplarla işləyərkən lazım olan qiymətləndimə haqqinda məlumat və bacarıqlar.
Fərdlər, ailələr və qruplarla işləyərkən tələb olunan ilkin interviyu bacarıqları, fərdi-iş səviyyəli vəkillik, məlumat, əlaqələndirmə və sənədləşdirmə işləri.
Fərdlər, ailələr və qruplarla işləyərkən onların problemlərini həll etmək üçün onlar və onların yaşadığı mühitə tətbiq olunan müdaxilər.
Müdaxilə prosesini və onun nəticəsini qiymətləndirilməsində ortaya çıxan böyük məsələlər.
Dərsin məqsədi: İştirakçılar sosial işin inkişaf istiqamətləri, müasir sosial işdə istifadə olunan nəzəriyyələri,dəyərləri və etik normaları, sosial ədalətlilik haqqında məlumatlandırılacaqlar. Bundan başqa, iştirakçılar dərslərdə qiymətləndirmənin necə aparılması və fərdlər, qruplar,ailələrlə işləyərkən müdaxilələrin necə seçilməsi haqqında əsas biliklərlə tanış olacaqlar. Dərsin məqsədi fərdlər, ailələr və qruplar ilə işləmək üçün sosial işin müasir ilkin bilik və bacarıqlarını öyrətməkdən ibarətdir. Bundan başqa, dərs müddəti ərzində Sosial İşin bütün digər sahələri əhatə olunacaq.
Dərslər Azərbaycan dilində aparılacaq.
Dərsdə iştirak pulsuzdur.
Dərsdə iştirak etmək arzusunda olan şəxslər noyabr ayının 26-na kimi öz peşəkar təcrübələrini göstərən sənədi/CV aşağıda göstərilən ünvana göndərə bilərlər: afag@crrc.az. Dərs iştirakçılarının sayı məhduddur. Dərsdə iştirak etmək üçün ən güclü namizədlər seçiləcək.
Hörmətlə,