Qan haqqında nə bilirik?



Yüklə 0,64 Mb.
səhifə4/4
tarix02.02.2022
ölçüsü0,64 Mb.
#114082
1   2   3   4
Trombositlər

Trombositlər qana laxtalanma zamanı yardım edirlər. Nə üçün və ya nə vaxt qanın laxtalanması lazım olur?

İnsanda yara olduğunda, yaradan qan gəlir. Qanın dayandırılması vacibdir. Çoxlu miqdarda qanın axması insanı çox zəiflədir. Həkimlər bu zaman çalışırlar ki, yaraya basmaqla və ya onu sarımaqla qanın axmasını dayandırsınlar. Hərçənd qanın laxtalanmasında ən çox trombositlər iştirak edirlər.

Y aranın yaxınlığındakı trombositlər dərhal başqa trombositləri köməyə çağırır və hamısı birlikdə qanaxmanı saxlamağa çalışırlar. Trombositlər arasında zülal sapları bərkidilir və tromb yaranır. Tromb laxtalanmış qan dəstəsidir. O, qanaxmanı dayandırır. Tromb sonralar quruyur və yaradan qopur.


Plazma

Plazma da qanın tərkib hissəsidir. O, sarımtıl rəngli mayedir. Plazmada çoxlu faydalı maddələr var. Bu maddələr insan həyatı üçün çox vacibdir.


Qan qrupları

Siz artıq bilirsiniz ki, qan nədən ibarətdir və necə yaranır. Fikirləşə bilərsiniz ki, bütün insanların eyni qanları var. Amma bu, belə deyil! Bütün insanların qanı eyni deyil.

Alimlər qanı dörd qrupa bölürlər, bunlardır: A qrupu, B qrupu, AB qrupu və 0 qrupu.

Onlar bir-birindən nə ilə fərqlənirlər?

Artıq bildiyimiz kimi, qanda anticisimlər vardır. Onları leykositlər yaradırlar. Məhz anticisimlər qruplarına əsasən qan qruplarını fərqləndirirlər.

İ nsanların iki tip anticisimləri var: A və B. A tipli anticisimləri olanların qan qrupları A-dır, kimin B tipli anticisimləri var – B qrupunun qan qrupları var. Bəzi insanların hər iki tip anticisimləri ola bilər. Belə bir insanların AB qrupunda qanları var. Bəzi insanların qanlarında ümumiyyətlə anticisimlər olmur. Belə bir insanların 0 qan qrupları var.

Qan qrupunu bilmək nə üçün lazımdır? İnsan xəstə olanda və çoxlu miqdarda qan itirəndə, ona tez-tez qan köçürmək lazım olur. Qan köçürülməsi asanlıqla baş vermir. Əvvəlcə yaxşıca ayırd edilməlidir ki, insanın hansı qrup qanı var və bundan sonra ona qan köçürülməlidir. Ona başqa qrupun qanı köçürülərsə, insan ölə bilər. Məhz bunun üçün insanlara qan analizini edirlər. Analizlə məlum olur ki,onun hansı qan qrupu vardır.

Qan qrupundan başqa, eləcə də insanın qan rezusunu bilmək lazımdır. Qan qrupunu və rezusunu qanın analizi ilə eyni zamanda müəyyənləşdirirlər. Rezus zülal maddəsidir. O, insanın qanında olur. Rezusa əsasən, insanları bir-birindən fərqləndirirlər. Bu maddə hər bir insanın qanında olmur. Bu cür insan mənfi rezuslu qanı olan adlandırılır. Kimin qanında rezus vardır, bu onu bildirir ki, onu müsbət rezuslu qanı olan adlandırırlar.




Bilirsinizmi ki.....

  1. Kişilərin daha çox qanları var, nəinki qadınların?! Sən demə, kişilərin 5 litr yarım qanları var, qadınların isə - 3 litr yarım.

  2. İnsan orqanizmində bir saniyədə 17 milyon qırmızı rəngli qan hüceyrələri yaranır.

  3. Təxminən 20-dən 60 saniyəyə qədər qanın ürəkdən bütün bədənə hərəkəti davam edir və sonra yenə də geri ürəyə qayıdır.

  4. Qanların hamısı qırmızı deyil! Qurdların və zəlilərin qanları yaşıl rəngdədir, xərçənglərin qanları isə göy rəngdədir.







Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin