Qan insana nə üçün lazım olur?
B əs qanın insan bədənində daim hərəkəti nə üçün lazımdır? Qan damarları qanla birlikdə insana oksigen və başqa lazımi maddələri çatdırırlar. Bu maddələr insanın həyatı üçün lazımidir. Məsələn, insanın beyninə oksigen çatdırılmasa, o işini dayandırar. Qana daxil olan bütün hüceyrələr xüsusi tapşırıqları yerinə yetirirlər.
Eritrositlər
Eritrositlər qırmızı rəngli hüceyrələrdir. Onlar bir tərəfi deşilmiş toplara bənzəyirlər. Qana qırmızı rəngi məhzi eritrositlər verirlər. Onların özləri isə qırmızı rəngi başqa maddələrdən alırlar. Bu maddə hemoqlobindir. Bir sözlə, oksigeni insan bədəninə məhz hemoqlobin keçirir.
Hemoqlobin qana daxil olan mühüm maddələrdən biridir. O, oksigeni insan bədəninin bütün hissələrinə k eçirir, oradan isə pis maddələri – karbon qazını çıxarır. Karbon hemoqlobini ağciyərlərə aparır. Ağciyərlər tənəffüs şəklində karbon qazını çıxarır və qanı yenidən oksigenlə doldururlar.
Dostları ilə paylaş: |