Qanlı-qadalı illərin dəyərli abidəsi



Yüklə 0,63 Mb.
səhifə27/52
tarix11.01.2022
ölçüsü0,63 Mb.
#110982
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

Qala əhvalatı


Şəvval ayının 9-cu günündə ermənilər yenə Yel dəyirmanı adlanan qayanın üstündən aşağı enib, aşağıda qayaların arxasında gizlənirlər. Bu zaman üç nəfər müsəlman qabaqlarında da odun yüklənmiş ulaqları danışa-danışa oradan keçərkən həmin qayaların arxasında gizlənən ermənilər daşların arxasından çıxıb onları gülləyə tutdular. Məmiş adlı qalalıya güllə dəyən kimi həlak oldu. O birisi isə qolundan yaralandı. Üçüncü odunçu isə salamat, erməniləri söyə-söyə qaçıb Qalaya xəbər gətirdi. Xalq gedib həmin yaralını gətirib xəstəxanaya qoydular. Həlak olanı isə dəfn etdilər. Bundan sonra baş vermiş əhvalat haqqında divana xəbər verdilər. Həmin gün müsəlmanlar da enib yolda dörd nəfər erməni öldürdülər. Onlardan biri Daşaltı, üçü isə Şuşakənddən idi.

Bu vaxt xəbər gətirdilər ki, aşağı Bağlarda səkkiz yüz müsəlman atlısı cəm olmuşdur. Lakin onların məqsədləri heç kəsə məlum deyildi. Heç kəs bilmirdi ki, onlar Qalaya gələcəklər, yoxsa erməni kəndlərinə hücum edəcəklər.

Qaladakı erməni tayfası bu xəbəri eşidən kimi təşvişə düşdülər və vəhşətlə divan böyüklərini görüb xahiş etdilər ki, gərək biz müsəlmanlarla yenidən sülh bağlayaq. Bundan sonra divan böyükləri bir dəstə rus əsgəri götürüb musiqi çala-çala erməni nümayəndələri və keşişləri ilə müsəlman bazarına gəldilər. Cənab qazi və cənab Əbdürrəhman ağa da xeyli müsəlmanlarla onların yanına gəldilər. Həsənəli bəy orada iki xalq arasında əmin-amanlığın qorunub-saxlanması naminə bir nitq söylədi. Erməni keşişi də çıxış etdikdən sonra hər iki xalqın nümayəndələri divan böyükləri ilə birlikdə erməni bazarına gəldilər. Erməni bazarındakı toplantıda isə keşiş və Haşım bəy nitq söylədilər. Haşım bəy ermənilərə xitab edərək dedi:

- Ey camaat, bu nə fitnə-fəsaddır salmısınız iki millət arasında? Bu qədər məxluqatın dincliyini kəsmişsiniz. Əgər bu işlərlə məqsədiniz sosialistlikdirsə, onların qaydaları belə deyil. Bir məqsəd və səbəb olmaya-olmaya nə üçün bu qədər nahaq qanlara bais olub, uşaqları yetim, övrətləri dul, gözü yaşlı qoyursunuz. Onların ah-naləsinin göyə yüksəlməsinə razı olursunuz? Əgər könlünüz dava istəyirsə və özünüzü igid hesab edirsinizsə, onda gərək övrətlər kimi daşların dalında və evlərdə gizlənib qəflətən yolla gəlib-gedəni namərdcəsinə vurmayasınız və sinənizə döyüb özünüzü qəhrəman kimi aparmayasınız. Davanın qaydası belədir ki, siz də, müsəlmanlar da çıxalar bir düz yerə, üzbəüz tüfənglə, yaxud qılıncla, yaxud xəncərlə mərd-mərdanə bir-birinizlə vuruşasınız. Ya siz müsəlmanlara qalib gələrsiz, ya da müsəlmanlar sizin nəslinizi bu şəhərdən yox edər. Bununla da bütün məxluqatın canı dincələr. Məgər Xudavənd-aləmdən qorxmursunuz, adlarını qımdat qoymuş bir neçə erməni quldurları həftədə bir çaxırın kefi başlarına vurarkən iki millət arasına fitnə-fəsad salıb, nahaq qanlara bais olurlar. Sizlər də onların sözlərinə baxıb, özünüzü təhlükəyə salırsınız. Bunun nəticəsində də nə qədər adamlarınız və mallarınız tələf olur, mülkləriniz yandırılıb xarabalığa çevrilir. Özünüz görürsünüz ki, dava vaxtı 10 nəfər müsəlmandan öləndə min nəfər sizdən tələf olur. Quldurların sözünə qulaq asmayın. Allah-təalanın yoluna qayıdın.

Haşım bəydən sonra cənab Əbdürrəhman ağa və cənab qazi xütbələrdə fatihə oxudular.

Bu barışıq günü günü yuxarıda haqqında danışdığımız əhvalat zamanı öldürülmüş müsəlmanların qatilini gətirib divana təhvil verdilər. Onlar iki nəfər idilər. Onlardan biri Qaybalı kındlisi erməni dəmirçi Mirzə idi. Divan hər ikisini həbsxanaya göndərdi.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin