Qanlı-qadalı illərin dəyərli abidəsi


Ayrı-ayrı kəndlərdə baş vermiş münaqişələr



Yüklə 0,63 Mb.
səhifə39/52
tarix11.01.2022
ölçüsü0,63 Mb.
#110982
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

Ayrı-ayrı kəndlərdə baş vermiş münaqişələr

(1323-cü ilin zilqədə ayı)


Bu tarixdə müsəlmanların Sərv kəndində ermənilərlə bərk toqquşması oldu. Müsəlmanların bir parası bu toqquşmaya hazır olmadığından əvvəlcə onlardan iyirmi nəfər şəhid oldu. Bundan qeyzlənən müsəlman silahlıları “Ya Allah!” deyərək erməniləri mühasirəyə alıb gülləbaran etdilər. Ermənilərdən 50 nəfərdən çox adam öldürüldü, o qədər də yaralandı. Bundan sonra ermənilər qayıdıb səngərlərə girdilər. Müsəlmanlar da öz yerlərinə qayıtdılar.

Həmin tarixdə Cavanşir müsəlmanları dəstə bağlayıb Çaylı kəndinə hücum etdilər. Bu hücumda on iki nəfər erməni öldürüldükdən və iyirmiyə qədəri yaralandıqdan sonra qalanları qaçmağa başladılar. Kənd tamamilə boşaldı və müsəlmanların əlinə keçdi. Qaçan ermənilər bütün kəndlərə səpələnərək baş vermiş hadisə haqqında onları xəbərdar etdilər. Bir neçə kənddən ermənilər toplaşaraq Dəmirli adlı müsəlman kəndinə hücum etdilər. Kəndin əhalisi uzaqgörənlik edib qabaqcadan əşya və azuqələrini başqa yerə aparmışdılar. Odur ki, bu balaca kəndə hücum nəticəsində o qədər də zərər dəyməmişdi. Kəndin əhalisi isə qonşu kəndlərə qaçmışdılar.

Əhvalatdan xəbərdar olan Cavanşir igidləri bir neçə dəstə döyuşçü ilə Canyataq və Gülyataq kəndlərinin üzərinə yerimişlər. Onlar kəndləri hər tərəfdən mühasirə etsələr də iki yerdən qaçmağa fürsət var idi.

Atı və ulağı olanlar öz övrət-uşaqlarını və azuqələrini götürüb həmin yerlərdən çıxıb qaçdılar. Kəndlərdə qalanlardan yüz nəfərə qədəri öldürüldü, yüzdən artığı da yaralandı. Kəndlərdə qalan ermənilərin yaxşı sursat ehtiyatları olduğundan səngərlərə girib atışırdılar.



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin