Qanli-qadali iLLƏRİn dəYƏRLİ abiDƏSİ


ERMƏNİLƏRİN PAXILLIĞI VƏ HİYLƏSİ



Yüklə 0,62 Mb.
səhifə52/56
tarix07.01.2022
ölçüsü0,62 Mb.
#83260
1   ...   48   49   50   51   52   53   54   55   56
ERMƏNİLƏRİN PAXILLIĞI VƏ HİYLƏSİ
Yuxarıda göstərildiyi kimi, kazakların Qarabağda ermənilərin başına gətirdiyi müsibətlər, müsəlmanlara qarşı isə hörmətlə yanaşmaları erməniləri çox narahat edirdi. Odur ki, ermənilər paxıllıqdan rahat ola bilmir, onların başlarına gətirilmiş müsibətlərə müsəlmanların da düçar olması və kazaklar yanında hörmətlərini itirməsi üçün tədbirlər tökürdülər. Neçə-neçə erməni qımdatları yığışıb bu fikir ətrafında baş partladırdılar. Xankəndində ermənilər iki rus kişisinə və övrətlərinə üç yüz manat pul verərək onlardan xahiş etdilər ki, müsəlmanların da dövlət yanında müqəssir olmaları üçün bir tədbir görsünlər, kazaklar bizim kimi onların da mal-dövlətini qarət etsin və qadınlarının ismətlərinə toxunsunlar.

Ruslar bu təklifi qəbul edərək ermənilərin məqsədini həyata keçirmək üçün övrətləri ilə arabaya minib Ağdama yola düşdülər. Onlar iki bağın arasından keçən yola çatanda birdən dad-fəryad çəkdilər:

- Ay gəlin, müsəlmanlar bizi soydular, əynimizdə, əlimizdə hər nə var idi, aldılar! Bizi lüt etdilər!

Bu qərarla Ağdam hakiminin yanına gəldilər. O, rus idi. Hakim gördü ki, bu dörd nəfəri elə soyublar ki, əyinlərində alt paltardan başqa bir şey qalmayıb. Hamısı soyuqdan tir-tir əsir. Hakim qəzəblənərək əhvalatı dərhal generala yazmaq və müsəlmanları tənbeh etmək istədi. Bu zaman müsəlman olan yasavul osetin hakimin yanına daxil olaraq, rusların gəldiyi arabada axtarış aparmaq üçün icazə istədi. Osetin hakimdən razılıq əldə etdikdən sonra gəlib arabanın içindəki otu o tərəfə-bu tərəfə çəkib yoxlayanda gördü ki, ruslar və onların övrətlərinin bütün paltarları və çəkmələri otun altındadır. Əhvalatdan xəbərdar olan hakim qeyzlənərək həmin rusların və arabaçının döyülməsi haqqında əmr verdi. Övrətlərə isə dedi ki, bu saat doğrusunu deyin görüm bu nə işdir, yoxsa sizi həbsxanaya göndərəcəyəm. Matuşkalar dedilər ki, bizi nə döyün, nə də həbsxanaya göndərin, əhvalat belədir: Qımdatlar bizə üç yüz manat pul verərək bu hiyləyə təhrik etdilər ki, biz müsəlmanları belə bir əməllə günahlandıraq və bunun nəticəsində onları cəzalandırsınlar. Biz də bunu edə bilmədik. Hiyləmizin üstü açıldı.

Müsəlmanlar onlara qarşı yönəldilmiş bu hiylənin üstünü açdığına görə xeyli pul yığıb həmin osetinə verdilər və böyük təşəkkürlərini bildirdilər. Beləliklə, ermənilərin növbəti hiyləsi baş tutmadı və onlar rusvay oldular. Ona görə də atalar deyib ki, başqalarına quyu qazanın özü düşər. Yaxud, hər nə əkərsən, onu da bicərsən.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin