Qaqauzlar arasinda


Volkaneşt rayonu, Tülüküy (iyul



Yüklə 216,67 Kb.
səhifə2/2
tarix06.01.2022
ölçüsü216,67 Kb.
#111976
1   2
Volkaneşt rayonu, Tülüküy (iyul2003)

ziklərini, sırğalarını, qızıl xaçlarını və digər əşyalarını taxır, bəziləri ikonanm üstünə təzə dəsmal, şal, yaylıq salır, önünə pul qoyurdular. Ikonanı öpdükdən sonra qaqauzlar iməkləyə-iməkləyə iko-nanın altmdan keçərək alınlarına fırça vasitəsilə müqəddəs su ilə xaç çəksin deyə, popaza (keşişə) yaxınlaşır, daha sonra da xaçı


Azərbaycan Arxeologiyası 2003

Azerbaijan Archeology Vol.: 5 Num.: 1-4


öpərək gözlərində inam yerlərini başqalarına verirdilər. Gələnlərin çoxu xəstələr və ya xəstə yiyələri idi.




X ristian qaqauzların ikonanın şəfaverici özəlliyinə inam-larmdan doğan mərasim Azərbaycanda və digər müsəlman türklər yaşayan ölkələrdə də geniş yayılmışdır. Bizlərdə də pirlərə, ocaqlara inamla gedib qızıl əşyalar, pul verərək niyyət tutmaq, dilək diləmək, qurbanlar kəsmək geniş yayılmışdır.

Bir çox tarixçilərin diqqətini çəkən, yaşının çoxluğu ilə də digər məzarhqlardan seçilən Etuliya məzarlığı xristianlığın müxtəlif ünsürlərini öz üzərində bu günə qədər qoruyub saxlayan məzar daşlan ilə zəngindir.

lyirmi gün evində qaldığım Tülüköylü «okuyucu» Tasma Lyənadan lentə aldığım «nazar için okumak»da deyilir:

Hadi Allaım, Panaciim, bojiciim,

Yardım edesin bu insana imdat olsun

Eer erkek nazarladıysa, aybı patlasın.

Eer кап nazarladıysa, güüsü çatlasın.

Gakteri, makteri, çıkolatı pat

Altın yer рак olsun, gümüş yer рак olsun,

Valyanın gözleri aydınnansın

Valyanın nazarı, yer bir acıları

Daalara, taşlara,

Uzaklara, Balkannara. «Nazar için» oxunan sözləri doqquz dəfə təkrar edən Lyəna bulü oxuduqca əlini yüngülcə «охипашп», yəni göz dəydiyi düşünülən şəxsin başma, alnına, sinəsinə toxundumr, ara bir ağzma yığılan köpüyü yerə tüpürür, əgər doğrudan da «охипапа» göz dəyibsə, tez-tez əsnəyir.




« Охита» vaxtı oturan oxunan ayaqlarını və əllərini çarpazlamamalıdır. «Oxu-уиси» bəd nəzəri yuxarıdan aşağıya «sıvayaraq» ayaqdan çıxarır. Oxuma bitən kimi oxunan şəxs yerini dəyişməlidir ki, canından çıxarılan şər qüvvə yenidən onun bədəninə hopmasın. Oxuyucu Tas­ma Lyənanın dediyinə görə, kimin «ayozu» (o, bunu deyərkən, bar-mağı ilə iki qaşının arasından azca yuxarmı göstərir - G.Y.) zəifdirsə, ona tez göz dəyir. Belə adamlar, adətən, baş ağrılarından əziyyət çəkirlər. Kimin «ayozu» möhkəm-dirsə, ona gec göz dəyir və ya heç dəymir. Qaqauz dilində «ayoz» mələk, müqəddəs, «ayozlu yer» isə «müqəddəs yer» deməkdir. Bunu xristianlıq və şamanizm qarışığı kimi diqqətə alsaq, məlum olur ki, hər bir şəxsin qoruyucu, hami ruhu, mələyi (xristianlıqda «anqel») var. Ancaq bu ruhlar, mələklər də müxtəlif gücə sahibdirlər. Onlarm güclərinin azlığı və ya çoxluğu qoruduqlan adamm nəzərə və digər kənar zərərverici amillərə müqavimət dərəcəsini müəyyənləşdirir.

Qaqauzlar, adətən, körpə olan evdən qonşuya od verməzdilər. Inama görə, od verilən evə şər qüvvələr, yaman ruhlar gəlirlər. Uşağa və anaya zərər yetirəcək əsas mifık qüvvə ağ paltarlı qadın (luşnitsa, lufusnitsa, urisnitsa, bet karısı) hesab olunurdu. Əgər Azərbaycanda qırxıncı gün qırxaçan camı ilə uşağm başına su tökərək qırx suyunun tökülməsi mərasimi keçirilirsə, qaqauzlarda qırx gündən sonra qadm uşaqla bir yerdə kilsəyə gedir, astanada dizi üstə durur, popaz isə onlara xaç çəkir, dua oxuyur, uşağı qucağına alaraq, oğlandırsa, altarm ətrafında dolandırır, Ay Dumiyə götürür, qızdırsa, yalnız ikonalara yaxınlaşdırır. S.Kuroqloya görə, «bu təmizlənmə» mərasimi qadmı alçaldan xristian adətlərindən biridir. Hələ kilsədə ikən körpə xristian dini tərəfmdən qız olduğuna görə, təhqirə məruz qalır. Lyəna bulünün dediyinə görə, oğlan olanda, dörd divar gülür. Qız olanda, dörd divar tərləyir, ağlayır. Hər uşağın nunası olur. Nuna onu yerdən qaldırır və uşağa öz admı verir. Onlarm xaç atası və ya xaç anası da olur. Qızlarınkma naşa, oğlanlarınkına isə saadıç deyirlər. Saadıç və naşa vatiz zamanı kilsə xərclərini də ödəyir.

Müsəlman türklər arasında şamanizmin mistik Islam şəklində yaşamasmm əsas səbəblərindən biri də şamanların öz ayinləri zamanı «Quran-i Kərim»dən geniş istifadə etmələridir. Onların əksəriyyəti ayinlərini «Rəhman və Rəhim Allahm adı ilə» formulu ilə başlayır, peyğəmbərin, imamların adlarmı çəkir, təsbeh (təsbehdən şamanizmdə və buddizmdə də istifadə olunur) və s. kimi əşyalara geniş yer verirlər...

Istər kəndin ziyalıları, istər Qaqauz Yeri Muxtar bölgəsinin paytaxtı Komratdakı, istərsə də Moldova Respublikasınm paytaxtı Kişinyovdakı rumm və qaqauz ziyalılan ilə görüşlərim zamanı söhbətimiz istər-istəməz respublikadakı siyasi duruma da yönəlirdi. Qeyd edim ki, həm Moldovanın, həm də onun tərkibindəki Qaqauz Yeri Muxtar bölgəsinin başında kommunistlər dururlar. Komratda diqqətimi çəkən V. Lenin, K. Marks adma küçə adları, dirəklərə yapışdırılmış kommunist partiyasmı təbliğ edən plakatlar və, daha betəri, düz prezident binasının önündə Leninin irəliyə can atan nəhəng heykəli oldu. Sanki XX əsrin 70-ci illərinə dönmüşdüm. Bu da təəccüblü deyil. Moldova Respublikasına Moskvanm əli ilə rus komministi Voronin gəldikdən sonra Qaqauz Yeri Muxtar Respublikasmm da başına ikinci dəfə əski və bugünkü komminist Georgiy Tabunşik. oturduldu. Qaqauz ziyalıları ilə görüşüm göstərdi ki, bu günkü komminist üsul-idarəsi Sovetlər Birliyindəkindən az fərqlənir. Fərqli cəhətlər odur ki, bu gün qaqauz qadınlarmın 70-80%-i Türkiyədə evlərdə çalışır, əhali bir parça çörək üçün İtaliyaya, Ispaniyaya, Almaniyaya və digər ölkələrə gedir, ailələr dağılır, küçələrdə yıxılıb qalan «alkaşlarm» sayı günü-gündən artır. Çoxlarmm ümid etdikləri kommunistlər son dövrün iqtisadi çətinliyini aradan qaldırmaq əvəzinə öz rifahları üçün daha çpx çalışır, onsuz da acınacaqlı vəziyyətdə olan xalqı talayırlar. Kişinyov ətrafmda nəhəng villaların qalxması göstərir ki, burada kommunistlərin vəd etdikləri bərabərlikdən söhbət gedə bilməz. Bütün bunlar azmış kimi, komministlərin totalitar rejiminin hər sahədə hiss olunan basqısı ölkədə XX əsrin 80-ci illərində baş qaldıran demokratik qüvvələrin susmasına səbəb olmuşdu. Öz fəallığı ilə tanınan qaqauz ziyalılarından biri respublikadakı xoşagəl-məz məqamlardan danışarkən söhbətarası qeyd etdi: «Çalışın adımızı verməyin. Siz çıxıb gedəcəksiniz, biz isə hələ burada, bu rejimdə yaşayınq». Qaqauz Yerinin prezidenti G.Tabunşik, əsasən, Kişinyovda oturur, Komrata az-az gəlir, qəbuluna düşmək çpx çətindir. Haqqında mənim də sevinə-sevinə yazdığım Qaqauz Milli Universiteti qapadılmışdır. Cəmi bir il fəaliyyət göstərən Milli Universitetin tələbələrini artıq on ildən çox bir müddətdə rusca fəaliyyət göstərən Komrat Dövlət Universitetinə verdilər. Qeyd edim ki, iki il öncə bu Universitetin rusca təhsil verməsindən narahat olan bir qrup qaqauz ziyalısı başda da Leonid (Arslan) Dobrov olmaqla qaqauzca təhsil verən Qaqauz Milli Universitetini açmışdılar. Lakin yerli manqurdların da səyi ilə Kişinyovdakı kommunistlər və ruspərəst qüvvələr lisenziya verməyərək yeni yaranan bu təhsil ocağmı beşiyindəcə boğmağa çalışırlar. Bu da təəccüblü deyil. lyunun sonunda Bolqarıstanın Moldovadakı səfıri Yevgeniy Yekov Qaqauz Yerinə gəlmişdir. Onunla görüşən G.Tabunşik deyir: «Qaqauzlar, bəzi məktəbləri qaqauzca tədrisə keçirmək cəhdinə baxmayaraq bu ideyadan imtina etdilər. Uşağm hansı dildə təhsil alması haqqı valideynə aiddir. Valideynlər isə rusca təhsilə səs verdilər. Bu da aydındır - böyük xalqın dili olmadan böyük mədəniyyətə, ədəbiyyata və hətta texnikaya ulaşmaq mümkün deyil». Qaqauz Yerinin preziden-tinin dediklərinin nə dərəcədə əsası olub olmadığını öyrənmək məqsədilə bəzi qaqauzlara üz tutduq. Məlum oldu ki, doğrudan da, onların bir çoxu rusca təhsilə daha çox üstünlük verir, nəinki ana dilinə. Bildiyimiz kimi, qaqauzlar Moldova dövləti içərisində yaşayırlar. Bununla belə, onlar bu dövlətin rəsmi dilinə də о qədər maraq göstərmir, daha çox ruslara və Rusiyaya meyl göstərməklə Moldova rumınlarmın haqlı narazılığına səbəb olurlar. Söhbət etdiyim Moldova rummları qaqauzların öz ana dillərində deyil, rusca danışmalarından narahatlıqlarmı bildirdilər. Bu məsələ məni də çox narahat edir. 1990-cı illərin əvvəllərində milli mücadiləyə qoşulan ziyalılar arasmda da parçalanmalar, kommunistlərlə hesablaşanlar, əl buyruqçuları, bir də bütün bunlara baxmayaraq öz mücadiləsini davam etdirənlər də var. Kommunist rejiminin «qanunlarmı» nəzərə alaraq dostlarımın, mənimlə açıq söhbət edən ziyalıların adlarmı vermirəm. Kommunistlərin qolları uzundur. Bu yerdə bizim respublikamızda bu gün yaşayıb əski Sovetlər Birliyinin xiffətini çəkənlərə demək istəyirəm ki, əzizlərim, heç də düşünməyin ki, kommunistlər gəlsə, hər şey düzələcək. Indi dünyanın düzəni dəyişib, ox yayından çıxıb, gedəni geri qaytarmaq mümkün deyil. Cəmi bir il öncə mən əski «Sovetlər Birliyindəydim», yəni elə bir yerdəydim ki, orada komministlər hakimiyyətdədirlər, yenə də küçələr əski bolşeviklərin adını daşıyır, yenə də Lenin əlini irəliyə uzadır, xalqı kommunizmə səsləyir, yenə də insanlar həqiqəti söyləməkdən, adlarının çəkilməsindən qorxurlar. Ancaq işsizlik, insanların çətin iqtisadi durumu, parasızlıq ucundan xarici ölkələrə axın (əski Sovetlərdə sərhədlər bağlı idi), ailələrin dağılması, dinin geniş yayılması, popazların daha çox dinlənilməsi (əski Sovetlərdə ateizm idi), kilsələrin tikilməsi, kəndlərin başında da, ayağında da lisus Xristosun çarmıxa çəkilmiş vəziyyətdə fıqurları, müxtəlif xristian təriqətlərinin xarici təşkilatların dəstəyilə xalqın arasında iş aparması, müəllimlərin çoxunun işdən çıxaraq Türkiyədə uşağa baxmaları, resto­

ranlarda qab yumaları, evlərdə qulluqçuluq etmələri, bəzi yerlərdə antitürk siya-sətinin ucunun görünməsi (çar Rusiyasının və onun sələfı olan Sovetlər Birliyinin çox sevdiyi siyasət) və s. göstərir ki, artıq kommunistlər əvvəlki kimi idarə edə bilmirlər, edə bilməzlər də. Bir sözlə burada kommunistlərin ideologiyası ilə uzlaş-mayan çox şey var. Kornmunistlər yalnız bir şeyə sadiq qala, nail ola bilmişlər. О da xalqla hesablaşmamaq, insanları qorxu altında saxlamaq, rejimə uyğun görmədik-lərini tutmaqdır. Beləliklə, prezidentliyə namizəd I.Burgucunu da həbs etdilər. L.Dobrov mənə bir məktubun surətini verdi. Məktub Moldova Respublikasmın prezidenti Voroninə ünvanlanmışdır. Hər şeyi göz önünə alan L.Dobrov tələb edir ki, onu da həbs edib l.Burgucunun yanına salsmlar. Qaqauz Milli Universitetinə lisenziya verilənə və I.Burgucu azad edilənə qədər о da burada qalsm. Yoxsa о, Qaqauz Yeri Muxtar Respublikasmın yerinə Qaqauz Yeri Muxtar Zindani elan edəcək, başma da I.Burgucunu qoyacaq. Qaqauzlara xas olmayan Kamil və Oğlan adlı iki oğlu, bir qızı olan L.Dobrov rejimlə bu cür savaşır.

Rusiyamn Azərbaycanla Ukrayna arasındakı bölgələrində, Ukraynanın Xarkov, Odessa şəhərlərində, Bolqrad rayonunda, Moldova Qaqauz Yerində gördüklə-rimdən sonra Azərbaycanımız həm iqtisadi, həm insanlarm mədəni səviyyəsi, həm elm və texnikanm son nailiyyətləri, siyasi şüurun formalaşması, özəlləşdirmə, xarici kapitalın qoyuluşu, şəhərlərdə yeni üslubda tikililərin olması və s. baxımdan xeyli irəlidə olmasından bir daha qürur duydum. Atalar yaxşı deyiblər: «Pisi görməyən, yaxşının qədrini bilməz». Hər səfərdən sonra istər-istəməz dilimə bu sözlər gəlir:
«Gəzdim Irani, Turanı, Cənnət gördüm buranı».

P.S. Tanmmış qaqauz etnoqrafı, yaxın dostum t.e.n. Mariya Maruneviç bu yaxmlarda dünyasmı dəyişmişdir. Allah rəhmət eləsin!
Yüklə 216,67 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin