Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə10/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   6   7   8   9   10   11   12   13   ...   228
VIII mətn

Bax hal tutma söypəti bizim kətdə də oluf. Güllər addı bir qarı vardı bizim kətdə, mənim qoja nənəmin – atamın anasının əmisi qızıydı. Onnar o vaxları İraxdan gəlifdilər. Dayan görüm onnara nə deyirmişdər, ay Allah? İndi ağlıma düşəjəhdi, dayan. Hə, o vaxdan gəlmişimişdər. Cini tutmaxdan ötürü tas quranda o arvadı oturdur­muşdar. O arvat mənim yadıma gəlir. Cannı-cantarax bir arvadıdı, nur tökülürdü üzünnən. Onnara Zilan deyirdilər. İndi Zilan hardan gəlmədi, nətəərdi, nejədi, daa orasın bilmirəm. Bu kadınnarın (ta məni bağışda da, siz də mənim balam, nəvəm) hamilə olan vaxdı ürəyi gedir. Deyillər ki, bını hal apardı. Mis qazan döyərmişdər gejə vaxdı. Tas qurullar, bı Güllər qarı dediyim həmən tasda oturur, bayax sana dedim ki, axunt belə bir iş görür, onun atası – Molla Mirzə kişi rəhmətdih, cini qamışa tutuf yığırmış. Quran möcüzə­siynən ha. Əliynən yox. Tas qurur, arvat da tası döyür: “Gəlin, gə­lin!” Cinnəri və yaxut da o halı zornan gətirt­di­rir­miş. Həə, hal gəldi, hal gəldi. Ta məni bağışda, deyir, döş sallanır bırıya, arvat danışır­mış. Mana yox ha, mənim nənəmgilə, babam­gilə danışırmış ki, halın döşdəri o qədər yekəydi ki, dizinə tökü­lür­dü. Döşün birin bu çiyninə, birin o çiyninə atırmış. Orda ona tova­lat­ma vermişdər ki, sənin bın­nan işin olmasın. Ba belə də eşitmişəm.



IX mətn

Bunnan əvvəl çuxa toxuyardılar. Çox nazih sap əyirərmiş cəh­­rədə Saray nənəm, əyiriv onu hanada toxuyurmuş. Anamın baba­sı kətdə seçilən, sayılan bəylərdən biriymiş. Bu çəkilir meşiyə. Tatar kəndində bir alaçıx qurur, sora ev tikir, burda məskən salır. Bu, bir gün harasa gedir. Arvadının da adı Nənəxanımmış, həmi­ləy­­miş. Elə olur ku, bunun əri gedən gejəsi zahı yatır təh. Özü təhcə zahı yatır. Nəysə, bı uşağı rahlıyır, göbəyin kəsir, qoyur. Bı eşidifdi ki, zahı yatan adamın üsdünü hal alır. Ojağı qalıyır, maşanı möh­kəm qızdırır, qoyur böyrünə. Dünya görmüş arvadımış. Bu bilif ki, hal gələjəh. Maşanı möhkəm qızdırır, görür kü, çağrıllar orta baja­dan. Ev damının üsdən bajası olurdu. O vaxtdarı baja deerdilər. Görür kü, çağrıllar: “Nənəpəri xala, susamışam, maa bir su ver”. Deer ki, yaxşı, əyil aşağı, verim. Birəz da əyil, birəz də əyil, birəz də əyil. Bı əyiləndə bının boynunda boyunbağı olur. Deer qaran­nıxdı, ojağın isdisi vırıfdı, muncuxlar par-par yanır. Hərəsi bir irəh çalır. Birəz də əyil, birəz də əyil, ojaxda qızmış maşanı ilişdirir, bının muncuxları qırılır, dağılır, tökülür ev damıynan bir olur. Deer, səhər işıxlaşana qədər evin üsdündə təpih döydü kü, ver muncuğu­mu, yan­dım, öldüm. Nəysə, bu axdarır, durur evi-eşiyi tökür. Bu­nun mun­cux­ların bir-bir tapır tofluyur, bağlıyır bir şeyə, verir. Ba­xır ordan deer, biri qalıfdı, taf ver. Evi ələy-vələy eliyir, tapa bil­mir. Deer, sa­bax işıxlaşana qədər deef: “Öldüm, ver muncuğumu, tap ver mun­cuğu”. Nəysə, ona tobalatma verir. Axır görür kü, işıx­laşır. İt hürür, irağ üzünnən, pişih çıxdı, mal-heyvan... Bu aralaşır, çıxır gedir.


X mətn

Bir dəfə də genə anamın babası gedir suyun üsdünə. Görür kü, bir hal var, ciyarı suya çəkir. Halı tutur. Deer, bu ciyar kimin ci­ya­rıdı? Deer ki, Səmərqət şəərində filan evdə bir zahı yatmışdı, onun ciyarıdı, uje day gejdi. Bunu suya çəhmişəm, day gejdi, müm­kün deel. Axırı anamın babası bını tutur aparır özünə ayilə kimi. Üs­dünə iynə-sancax taxanda tilsimi sınır, olur adi bizim kimi adam. Əlini iyniyə vuruf götürə bilməz, gərəh onu kimsə çəhsin. Onun canı, tilsimi o iynədədi elə bil. Aparır bını bir ayilə kimi saxlıyır. Bınnan bir oğlu olur. Oğlu yekəlir, altı-yeddi yaşına çatır. Bir gün bu sənəyi götürür. Kişi evdə yoxumuş, uşağı da alır yanına deer, gə gedəh suya. Gedir, suyun üsdündə oğluna deer ki, oğlum, bı iynəni cəh, oğlum, o iynəni cəh. Uşax nə qanır ki... Bir-bir iynələri çəkir. Ama tobalatma verdirir babam onu tutanda. Deef ki, filankəs (adıy­nan deef ey, yadımnan çıxıf), yeddi arxa dönəninə toxummuyajam. Yani ki, sənin yeddi arxa dönənin zahı yatar, toxunulmazdı. Yanı bizim nəsil-nacabatımız tööbəlidi. Uşağa deer, bu iynəni cəh. Uşağ o iynəni çəkənnən soora o uşağ olur onun gözün­də heş nə. Bir əya­ğın qoyur əyağının altına, bir əyağın alır əlinə. Uşağı iki şakqa eli­yir, atır suyun üsdünə, çıxır gedir. O gedən gedir. Anamın babası gözdüyür, görür gəlif çıxmadı. Gedir suyun üsdə. Görür sənəyi orda, uşağı da öldürüf çıxıf gedif.


XI mətn

Bizim atamızın xalası nağıl eliyirdi. Mən də balaca uşa­ğıy­dım onda. Hardasa bu sözü atmışıncı illərdə eşitmişəm. Deyir­di ki, gəlin təzə qutarmışdı (sən Allah, bağışdıyın məni), getmişdim yeməy ha­zır­ramağa da, quymax. O arvad and içirdi, gözümnən gör­müşəm. Gül­şən addı qoca arvadıydı. Deyir, gördüm kü, bax özün pəncə­rədən salıb, ayıb olmasın, bax belə salıp pəncərədən ağappax pal­tarda. Döşdər sallanıp yerə. Əl atdım deyir, dəhrəni götüdüm, de­dim, “sənin xalaan qulağın”, deyir, götürüldü. Onnan sora deyir, gə­li­nin başına qəzil, çatı doladım, vsyo. Onu mən belə eşitmişəm.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin