Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə105/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   101   102   103   104   105   106   107   108   ...   228
III mətn

Xıdır Nəvidə o qədər xaşıl pişirirdih. Çömçəni də çölə qoyur­dular ki, pişih gəlsin yalasın. Suafdı. Fevralda keçirilirdi.

Böyük çillə dekabrın iyirmi ikisi girir. Balacasının ömrü kəsilsin, on günün kəsif verillər böyüyə. Deyif ki:

Ömrüm az olmeyeydi,

Qavağım yaz olmeyeydi.

Maydan atdara qulun saldırardım,

Gəlinnərin əlni un çuvalında dondurardım.
IV mətn

Xıdırnan Nəvi iki qardaş oluf. Ravayatdə belə danışılır. Guya bınnar da peyğəmbər olufdu. Həə, bax o yeyilən ki, dediyim kimi həylə o ərzaklar-zad hazırrıyırdılar, onnarın adıynan bağlı olufdu bı.

Xıdır Nəvi, Xıdır Elyas,

Gəldi çiçəh, gəldi yaz.

Mən Xıdırın quluyam,

Boz atının nalıyam.


V mətn

Xıdır Nəvini bizim öz kəndimizdə nətəər keçirirdih? Balaca uşağıdıx, mənim qoca nənəm, belə nətəər deyim saa, okqədər nura­ni arvadıdı, adı da Giləxanımıdı. Deyirdi ki, balama qurvan olum, Xıdır Nəviyə hazırrıx görejem mən. Xıdır Nəvidə xaşıl pişirərdilər. Kömbə bişirillər – sajaltı. Olanda qoyun quyruğu qatırdı. Əyər qoyun quyruğu da eləməsə, soğança eliyirdilər qəşəh, xamıra qatır­dılar. Sajın altında, belə orta baja olurdu, ojağı orda qalıyırdılar. Ya­dımdadı, böyünkü kimi yadımdadı. Onun közün, külün oana eli­yir­dilər, altı tərtəmiz olurdu, kömbəni salırdılar orıya. Yayırdılar, ba belə, ba bı boyda, bı boyda, bax bax bı boyda (stolun üstündəki qabı göstərir – top.). Kömbəni. Sajı da qaytarıv onun üsdünə çəvi­rir­dilər bax belə, üsdündə ojağı qalıyırdılar, altı altdan pişirdi, üsdü də üsdən pişirdi. De gəl indi onu yeməhdən həzz alırdıx. Kömbəsi belə olurdu. Bir də kötüh kəsdirirdilər bizə, palıd ağacınnan. Belə dayrəsi bınnan birəz yoğun deyəh da, bax belə. Bir neçə dənə belə zoğu olurdu. O ağaş kəsiləndə ordan zoğ bıraxır, bir neçə yerdən. Aparırdığ ojağın üsdə qoyurdux, camışdar sağılan vaxdı, doğanda, belə deyəh ki. Onun kətəməz deyirdilər – bılama. Onu pişirəndə altında qoyurdular, birəz yanırdı onda guya bərəkətdi olur, yaxşı olur. O kətəməzi Xıdır Nəbidə eliyirdilər? Yox, o gamış doğan vax­dı, inəh doğan vaxdı. Nə vax doğur-doğsun. Onu bururdux, qoyur­dux bir yerdə dururdu. Həmən kötüyü. Hə, qoja nənəm deyirdi ki, onu saxla. Mallar, gamışdar doğanda, onun bılamasını, kətəməzini pişirəndə isdifadə eləsən, onda bərəkətdi olur. Adətə bax ha! Həmən kötühdə bişirirdi? Yox, ojaxda pişirirdih, o kötühdən də birəz yanırdı da. Tüsdüsü ona qarışırdı. Bax bı minvalla. Qourğa qovururdular, qax, qoz... Bunu Xıdır Nəbidə eliyirdilər, baba? Elə Xıdır Nəvidə də, axır çərçənbədə də. Kosa, gəlin... Kosa-gəlin qayırırdıx, uşağıdıx. Pay yığırdıx. Axırında da gedif otururdux böyüh ev damları varıdı, orda. Yığılırdığ orıya. O yığdığımız payı – yumurta da verirdilər, yağ da verirdilər, un da verirdilər, pul da verirdilər. Məzə çıxardırdıx da. Balaca uşaxlarıdıx. Mənim yadımdadı. Ama indi helə şey yoxdu. Oğ­lan uşaxlarınnan biri də gəlin olurdu. Gəlini də oğlan uşağınnan təşgil eliyirdih. Balaca-balaca oğlannardı. Biri kosa olurdu, biri də gəlini. Hə, hansının ki, səsi bir azca belə zəyifidi, o, elə bil ki, gəlin səsi verirdi da, belə deyəh ki, qız uşağı səsi. Deyirdilər, qodu qoduya pay verər, pay verməsən, nə verər? Bax belə bir şey danışırdılar.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin