Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə109/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   105   106   107   108   109   110   111   112   ...   228
XII mətn

Bayram vaxdı qulançax qururdux. Alma yığırdıx. On qız, beş qız bir yerdə. Qarmon çalanımız da vardı. Çalırdığ, oynuyurdux. Yeməh bişirirdih, cərgəynən sırfa salırdıx. Əlinə çuvux alırdı, de­yir­­di, nişannıyın adını de. Vırırdı əyağna. Kimin xoşuna gəlirdi, de­yirdi, filankəsə gedəjəm. Əyağnan altına tökürdülər ki, nişan­nıyın adını de. Biz bilmirih, adını deməlisən. Vurduxca deyirdi, filankəsə gedəjəm.


XIII mətn

Yelləncəhdə yellənirsən. İndi yelləncəh tanıyan yoxdu. Arvat­dar qış uzunu yaxşı sijim toxuyardılar. Sijimləri verərdilər ki, hün­dür ağaca bağlıyın, yelləncəh asın, sijim də çəkip bərkisin. Pam­bıxdan əyirirdilər, keçi qəzilinnən əyirirdilər. Onnardan sijim­nər toxuyurdular. Keçi qəzilinnən ən möhkəm sijimlər olurdu. Yellən­cəhdə yellənəndə qızdar deyirdi:

Baxdım açıl, yelləncəh …

Om beş qız burda komalaşanda om beş qızın içində bir oğlan nə baş çıxartsın (söyləyici bir oğlan deyəndə özünü nəzərdə tutur – top.).
XIV mətn

Ağaşdar başını ilin hansı vaxı yerə vurur? İlin axır çərşən­bə­sində qızıl söyüt başını yerə qoyur. Deyir, gedib otururmuşdar onun divində. Deyir, gedif oturuv orda, deyif ki, Allah, ərimi qızıl elə. Əri qızıl olub. Qalıb orda. Bir barmağını da kəsib aparıb satıb. Gə­lən il həmən vaxdı gözdüyüb. Gözdüyüb, həmən söyüd bir də ba­şını yerə qoyanda deyib, ay Allah, ərim ər olsun, cəhrəm qızıl ol­sun. Gedib görüb ki, cəhrəsi qızıldı, əri də ayılıb, əlinin də bar­mağında biri yoxdu.


XV mətn

Bular cavan gəliniydi, mən də uşağıydım da. Yadımdadı. Bi­zim bağlarda çoxlu şeytan29 olurdu. Şeytannarı deşif sapa düzürdü­lər, geyirdilər əyinnərinə. Oğlannar gecə geyirdilər bunu. Qızdar da yığı­lıf bir evə, oyun çıxardırdılar da. Olar (qızdar) yığılıflar bir evə, deyif-gülüllər, fala baxıllar, yeyif-içillər, çalğı-zad. Oğlannar da şey­tannarı sapa düzüf, əyinnərinə geyif gəlirdilər. Paltar şık-şık şıkqıl­dıyırdı, gəlirdilər qapını döyürdülər. Bular də nə bilim, yadımdadı. Keçi tü­kün­nən sakqal qoyurdular. Eləsi vardı ki, bax elə o qızdarın (mən uşağıydım), çığırırdılar, ağlaşırdlar, qorxurdular. Elələri də vardı ki, (gəlinnəriydi) alırdılar o oğlannarı, qoyurdular altdarına, döyürdülər.

Şeytannarı sapa yığırdılar. Özü ölmüş olurdu, cannı dəyildi. Çıxardıf atırdılar onu. İçində buynuzdu şeyləri var, cannıları çıxardıv atırdılar. Öldürürdülər, neynirdilərsə, o, içində olmurdu. O quru şeytan qabağınnan bir vedrə yığırdılar, sapa düzürdülər, bədənnərinə doluyurdular. Ayy, nə qədər şak-şak şakqıldıyırdı. Elə uşax təsəvvü­rümdə qalıf. Bunu Nooruzda eliyirdillər. Axır çərçənbə gecəsi, bir də Nooruz bayramı gecəsi səhərə qədər yatmırdılar. Çilə deyirdilər. Çilə çıxardırdılar. Aşıxlar gəlirdi. Otururdu bir evdə məclis qururdu böyühlər. Gedirdi orda aşıxlar nə bilim səhərəcən dastan deyirdi, çalırdı, oynuyurdular. Cavan gəlin, qızdar heylə yığılırdı bir evə. Or­da iynə-iynə oynuyurdular, nə bilim suya baxırdılar, fala baxırdılar. Lap görmüşəm saçın tükünnən də alıllar, üzüyə keçirillər, suya sa­lıllar. Beş dəfə silkələndi, beş uşağın olacax. Nə bilim, iki dəfə sil­kələndi. Ya bu düşüy olacax, olma­ya­cax, uşax olmaycax. Nə bilim, yalan deyirdilər, gercəy deyirdilər. Bilən qızdar, gəlinnər varıydı. Mən kənardan baxmışam. Eləməmişəm.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin