Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə11/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   7   8   9   10   11   12   13   14   ...   228
XII mətn

Qaynənəm danışardı kı, bizim babamız bağdan tutup birin gə­tirmişimiş. O hal deyip ki, saa qullux eliyəcəm, bu şərtnən ki, bir körpəm var, evi süpürəndə süpürgəni onun altına çəkmiyəsən. Bir gün deyir, hal suya getmişimiş. Baş­dıyıpdı bu arvad evi süpürməyə. Süpürəndə qəfil süpürgəni altına çəkir. Bu da, deyir, kəhrizdə su dol­dururmuş. Səəngi qoyup orda, hiss eliyib ki, uşağı öldü. Çığıra-çığıra gəlib əvə. Gəlip görüp uşağı ölüb. Gedip deyir (iyniyə də titi deyirmiş), titini çəh, titini çəh. İynə­ni üsdünnən çəkdirib, yox olub gedib. Bir teştdə xamır qatmışı­mış deyir. Qaynənəmin qocası Gü­lüsdan arvat varımış. Nə qədər bişirip, xamır qutarmıyıp. Kəhrizin başında göl varımış. Əri, deyir, gedif duruf gölün yanında, çağırıb, gəl görüm xamırı neynirsən. Deyip, nə mən gəlmiyəcəm, nə də sizə ayrı cür qarqamı­yacam. O evdə çörəh yemişəm. Ömür boyu yeddi arxa dönənızıın nə zibili təmiz olsun, nə də su tapasınız. Qaynənəm deyir, mən uşağıydım, huşum kəsir. Heş vaxd zibilimiz əysiy ol­maz­dı. Nə də, deyir, sənəhlərində su tapılmazmış. Get, amma xamı­rın qabağı­nnan qır at dalına. O xamır qutaracax. Bunu qaynənəm danışardı.


TƏPƏGÖZ
Bir dənə Təpəgöz olur. Şərt qoyullar ki, kim Təpəgözü öldür­sə, ona filan qədir pul verəjiyih. Bir nəfər oğlan deer, mən öldürə­rəm. Gedir, gedir şişi qızdırır da, bir uzun dəmiri qızdırır. Təpəgöz yatdığı yerdə aparır basır, bı Təpəgözün gözünü yandırır. Yandırır, ama mağarada eliyifdi, bı çölə çıxmağa imkan tapa bilmir. Qalıv içərdə. Bının da sürüynən qoyunu varmış, Təpəgözün. Bı gətirir bir qoyunu kəsir, soyur, görür kü, qapını bax belə dar qoydu, bircə-bircə qoyunu yoxladı çıxartdı dayna, bir-bir belə əliynən yoxluyuf çıxardır. Bı oğlan məətəl qalıf ki, mən bırdan çıxa bilmərəm, məni tutejehdi. Bir qoyunu kəsir, soyur, girir dərisinə. Qoyunnarnan çı­xır. Tuta bilmir onu.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin