Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə110/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   106   107   108   109   110   111   112   113   ...   228
QURD AĞZI BAĞLAMA
I mətn

Qurdun ağzın bağlıyırıx. Belə deyillər ki, ay mala düşmən olan canavar, fılan əraziynən fılan ərazinin arasında, fılan malların üsdündə ağzını bağlıyıram. Allah xətrinə, imam xətrinə, ağzın açılmasın. Özü də o düzgündü. Mən də bağlamışam, heyvan çöldə qalanda. Ama cırmaxlıyıf. Mal tapılanda açılır. Quranın üsdündə də, Quranı varağına mollalar oxuyur. Mən eləməmişəm. Oxuyur, üfürür, bax belə qatdıyır (söyləyici əlindəki vərəqi qatlayaraq gös­tərir – top.), o helə heyvan qapıya gələnə qədər qalır. Onda onun sahavı, o, molluya gətirir bir şey verir. Deyir ki, o qurdun ağzın aç.



II mətn

Çələbini çağır, qurdun ağzını bağla, yeməsin. Deynən, Çələbi, bunu sana əmanət verirəm. Bismil­lah, Allah, Məhəmməd, ya Əli. Qara ipinən, sapınan bağla. Beş dəfə düy, ver, yaxşı yerə çatsın. Qorxma. Puçağı oxuyup bağlıyıllar da dayna:

Həsən, Hüsən, müxdəsər,

Yamanın yolun kəsər.

Əli çəpərin çəkər,

Məhəmmət möhrün basar.

Allahüs Səməd,

Dört yanı kəmənd.

Höhmü Süleyman,

Kilidi Məhəmmət.

Ya Hafız, Ya Salam,

Ya Mömin, Ya Allah,

Ya Əli, Ya Allah,

Ya Allah, ya Allah.

Mən də bunu qoja nənəmnən – Məhbuba nənəmnən eşitmişəm.

Yanımızda oturan digər söyləyici – Cəbrayıl rayonu, Şahvəlli kənd sakini Maqsudov Məhəmməd Əhməd oğlu təəccübləndi ki, bu, qurdağzı bağlama duasıdı ki? Nənəm bunu bizə hər gecə yatmamış­dan qabaq oxudub, üzümüzə üfürərdi – top.
III mətn

Mal-heyvan çöldə qalanda qurdun ağzını bağlıyırdıx:

Ayı gördüm ağladım,

Dəsdinə gül bağladım.

Həzrət Əlinin pıçağıynan,

Fatma ananın da qurşağıynan

Qurdun ağzını bağladım.

Bu da qurdun ağzı. Onu özün saçının ujunda bağlıyırsan ki, qurt yeməsin. Düyün düyürsən. Elə öz saçındaja oxuyuf bağlıyırsan.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin