Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə113/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   109   110   111   112   113   114   115   116   ...   228
HƏMZAD
I mətn

Bir insanın bədənində olan ağırrıx həmzatdı. Elə adam var, məsəlçün, o həmzatdı. O həmzatdı adamnarın uşağı olmur. Gedir molluya, molla deer, məsələn, sən həmzatsan, apar bını ya kiminsə üsdünə töh. Bu da gətirir kiminsə üsdünə tökür ağırrı­ğını. Birinci, o, günahdı e, insan insanın üsdünə ağırrıx tökə. Onu başa düşən adam onu aparıf it-pişiyin də üsdə töhmür. Onu aparır suyun üsdü­nə tökür. Axar suyun üsdünə tökür kü, su mını götüsün getsin. İt-pişiyin üsdünə töhsən, o pişih ölməlidi. Hə, ölür. Görsən elə irağ olsun, it-pişih varsa, üsdünə tökusən, da onnan da gedir. Deyir, ağır­rığım sənin olsun, bı bəla mənnən uzağ olsun. Ama məncə, o, heç bir cannının üsdünə tökülməməlidi. O tökülməlidi axar suya. Su da onu götürüf getməlidi. Əyər laf itin də üsdə töhsən, pişiyin də üsdə töhsən, o ölməlidi, o da cannıdı, yaşıyır. Onun üsdə töhmə­məlisən. O özü günah daşıyır. Cannı birinin şahidi oldux biz. Bivim qızının iki uşağı oldu, öldü. Məs­danın uşağı. Qalmadı. Rəhmətdih mamam onun üçünçü uşağında dedi ki, (olmamış) uşağ olan kimi mamam da orda oluf. Bı uşağı götürdü təzə köynəh geydi, köynə­yinən keçirdi. Özüçün ki, yəni o uşax mənimkidi. Uje o Məsdanın uşağı sayılmadı. Məsdanın onnan soora iki-üç qızı, iki qızı oldu, bir oğlu. Onun evladı qalmırdı. Mamam orda evladını özünə evlatdıx götüdü, köynəyinnən keçirdi, onnan soora onun evladı qaldı. Ba belə şeylər də var.


II mətn

Biri vardı, bi dənə də uşağı vardı bının. Deyirdi, mən onnan soora ikisin doğdum, qalmadı. Getdih, baxdırdıx, yoxladılar, dedi­lər ki, üsdünə həmzat töküflər. Bını ancax belə eliyə bilərsən, tökə bilərsən. Biz də gözdədih, gördüh nə irağ olsun, it doğmuyuf, pişih doğmuyuf, aparıf töhsəh, günahdı. Dedilər, balnissada uşağı əvvəl­cə ana südüynən mayalammamışdan qabax eşşəyin qanıynan, ya da südüynən, sifdə onnan mayalıyın, o qlikoza-zad verillər, onu ver­mə­mişdən onnan mayalıyın, onnan soora qalsın. Elə də qaldı. On­nan soora da ayıv olmasın, iksin, üçün doğdu. Da onnan soora qaldı.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin