SÜDDƏN NƏZƏRİN QAYTARILMASI İnəyə göz dəyəndə südünnən nəfəs iyi gəlir. Onnan mamam bilirdi ki, inəh kiminsə nəfəsinə düşüp. Onda mamam inəyin südünü dağlıyırdı. İnəyi sağırdı. Qazana töküb ocağa qoyurdu. Soora şişi közdə o ki var qızdırırdı. Qıpqırmızı olana kimi. Onu gətirip südün içində o yana, bu yana çəkirdi. Onun sözdərini də deyirdi, ama yadımda döyül. Şişi südə vuran kimi süd ora-bura çırtdıyırdı. Onda bilirdi ki, mala göz dəyip. Soora həmən südü təmiz yerə, nə bilim, gülün dibinə, agacın dibinə tökürdü. Hərdən də təmiz suya, axara axıdırdı. Bunan soora inəyi sağanda taa onun südünnən nəfəs iyi gəlmirdi. Bilirdih ki, inəyin südünün nəfəsi dağlanıp. Yəni kimin heyvanda gözü, nəfəsi varıymışsa, dağlanıb onun gözü, nəfəsi.
NƏZƏRÇİ Mənim özüm kimə əl çəkirəmsə, o nəzər gedir. Nənəmin oluf. Qoja nənəm nəzərçi oluf. Anamın anası səndə nəzər varsa, bəridən səni görəndə başdıyırdı ağlamağa.
Söhbətimiz bitdikdən sonra mənim də nəzərimi götürdü. Çiyin damarlarımı tutduqdan, kürəyimi masaj etdikdən sonra dedi ki, gərək üç gün kimsə səni, sən də kimisə öpməyəsən. Nəziri isə xırda pul, konfet, şirniyyat, bir sözlə, kimin imkanı nəyə çatırsa, o ola bilər – top. GÖZÜN ATMASI Sağ göz atanda, bir qırmızı sap tapıb döyən gözün üsdünə qoyup deyəllər: