III mətn
Bizdə adət vardı, gəlin gələn vaxdı, bir atdı gediv onun gərdəyin götürürdü. Gəlinə gərdəh qurulurdu atası evində ipəhdən, məxmərdən. Gəlin onun dalında olardı, heç kəs görməzdi. Gəlin qapıdan çıxan vaxdı, bir adam gediv əlli manatı, yüz manatı verif gərdəyi alırdı. Alırdı, çıxırdı əvindən, atı minirdi. Atdıya baxırdın, əlli atdı, atmış atdı, yetmiş atdı düşürdü arxaya, gərdəh də qabaxda. Kim qabaxca gedəjəh, nəmərin alajax. Toy qapısına girəndə buna nəmər verəjəhlər. Yaylıx verillər, papax verillər, təzə tikilmiş xrom sapox verillər. Xələti birinci gətirənə. Əyər gərdəh aparanın atı birinci gessə, gərdəyin xələti ayrıdı.
IV mətn
Bizdə toyda paltarkəsdi eliyirdih. Gəlinə iynədən tutmuş sapa kimi hər şey alınırdı. Bir nəlbəki götürülürdü, sooralar torba da götürən oldu. Nəlbəkiyə konfet, peçeniya, noğul qoyurdular. Məsələn, sən gəlmisən mənim paltarkəsdimə. O vaxları pul-zad yoxuydu. O vax stəkan-nəlbəki gətirirdilər. Bu da qıza cehizdi. Qabax kasıbçılığ olubdu. Mən sənin qızaa iki dənə stəkan-nəlbəki gətirmişəm. O stəkan-nəlbəkini qoyurdun, onu da ev yiyəsi yazırdı. O nəlbəkidəki şirniyyatı verirdilər sənə, sən də onu büküp götürürdün, aparırdın evinə. Soora yeyib-içməh olurdu. Soora həmin o paltar gösdərən çıxırdı uca bir yerə, stulun üsdünə ki, hamı onu görsün. Bir-bir gösdərir, məsələn, bu, gəlinin damaşniki. Allah qismət eləsin. Bu, bunun kofdası, qızılları... hər bir şeyin gösdərirdilər. Həm də bunu elə-belə demirdilər. Məsələn, deyirdilər ki, gəlinimizə qaynanası hamam dəsdi alıpdı. Getsin girsin hamamda çimsin, damaşnikin geysin, qaynanasının qabağında hərrənsin, qaynatanın qabağına çay qoysun. Bax belə sözdər deyirdilər. Onda qıza toy eləmirdilər. Onda toy üç gün olurdu. Məsələn, beşinci gün axşam toy başdıyırdı. Altıncı gün də qonax gəlirdi, yeyirdi, içirdi. Sahat birnən dört arası gedirdilər gəlingilə. Üş-dörd sahat orda yeyirdilər, içirdilər. Gəlini götürüb gəlirdilər. Soora altı-bazar bir də toy olurdu. Xınayaxdı toydan bir gün qabağ olurdu. Qız toyu da, oğlan toyu da elə həmin gün olurdu. On-on iki nəfər qız-gəlin, bir-iki də oğlan gəlirdilər. Xınanı götürüp gəlirdilər. Qız evi yeməh bişirmirdi. Şirniyyat stolu açırdılar. Qız da başda otururdu. Dəsmal aparırdılar əyağının altına, əlinə xına çəkirdilər. Xınanı cavan gəlin gətirip açırdı, onu açmağa qızın anası pul verirdi. Şirinnih qoyurdu. Deyirdi, xına açılmır. Xına açılannan soora birinci gəlinin ayağına qoyurdular, əllərini basırdı. Onnan soora ətrafa verirdilər. Məsələn, mən xınadan götürdümsə, öz nəmərimi qoymalıydım ora. O, pul ola bilməz. Nəsə, pay ola bilər. Sooralar pul da ola bilərdi. Ancağ lap qabaxlar pul verilmirdi. Ancağ əşyaydı. Məsələn, çay dəsmalı verirdilər, balınc üzü verirdilər. Kimin nəyi varsa. Xınadan götürürdü, payın qoyurdu, bir-iki dənə də şirinnih götürürdü.
Gəlini qaynata, ya da evin ağsakqalı sayılan bir nəfər gəlib aparırdı. O ağsakqal gəlməsəydi o qapıya, gəlini vermirdilər. Orda gəlinin belini bağlamax mərasimi də gedirdi. Qaynata gəlini gətirirdi. Evə gələn gəlin oturmurdu. Onda qaynata, ya da qaynana gəlirdi, deyirdi ki, ay qızım, saa bir dənə qızıl verirəm, ya da saa bir dənə camış verirəm. Səə bir ev tikəcəm və s.
Bizdə toyda yeməhlər bişirdi. Bir-iki yeməy olurdu. Plovuydu. Özü də biz maşdı plov bişirirdih. Sooralar dəyişdi o. Soora əti bozartma kimi eliyirdilər. Onu verirdilər. Yeməh verilən zaman pover deyirdi ki, qazan açılmır. Onda oğlanın atası gətirib qazana pul qoyurdu ki, aç. O da qazannan bir çömçə götürüb qoyurdu qaba, həmin adama verirdi. Soora yeməh paylanırdı.
Toyda xərc verməyin anlamı budur ki, sən bu qızı böyüdüpsən, əzyət çəkipsən. İndi o qızı verirsən mənim üçün işdiyəcəh, mənə nəvə dünyaya gətirəcəh. Burda da bir halallıx məsələsi varıydı.
O vaxlar qız ər evinə yorğan-döşəh – onda yatacax, stəkan- nəlbəki – onda çay içəcəh, qazan – yeməh bişirəcəh, başqa təmtərax aparmırdı. Çırax aparırdı. Birinci, çırax gedirdi. Çırax aparırdı ki, çırağın yandırsın. Qızı atnan aparırmışlar.
Qızı aparanda üzünə qırmızı örtüy örtürdülər ki, onu birinci dəfə əri görsün. Başqa heç kim görməsin. Qırmızı kəlağayı atırdılar.
Mamam deyirdi ki, anasının iki dənə qardaşı varıymış. Evlən-evlən deyirmişlər. Mamam deyir, anam deyirdi ki:
Qardaş, qardaş, qadan alım,
Qızlara daş at, qadan alım.
Qızlar səni bəyəmməsə,
Birin götür qaç, qadan alım.
V mətn
Kəntdəki toy adətdərinnən biri qıza xərc gətirməhdi. Başqa rayonlarda başlıx pulu alırdılar. Bizdə o yoxuydu. Bizdə qıza gətirirdilər, məsələn, yeddi qoyun gətirirdilər, bir tay un gətirirdilər, bir tay qənd gətrirdilər, bir tay pesok gətirirdilər, bir karopka yağ gətirirdilər. Ona xərc deyirdilər. Oğlan evi qız evinə bunnarı gətirirdi. Qızın toyun deməh olar ki, oğlan evi eliyirdi. Qoçun başına da qırmızı bağlıyırdılar. Bir gün qabağ o ərzaxlar gəlirdi qız evinə.
Əvvəllər gəlin gərdəhdə saxlanırdı. Qırmızıdan gərdəh düzəldirdilər. Gərdəyin də üsdündən belə işdəməli naxışdar sallanırdı. Gərdəyin dalında gəlin saxlanılırdı.
VI mətn
Qırım deyirdilər bizdə. Qadınlar yığışardı, o vax da şamaxı, onnan sora yaylıx, nə bilim paltar-zad olardı. Bax belə bir qadın olardı, çağırardı. Filankəs bunu gətirif, filankəs bunu. O vaxdı heyvan gətirməh modudu. Hərə bir görürdün erkəh gətidi, burasına da qırmızını sürtüf, lent bağlıyıf gətirirdilər. Yəni toy olmurdu. Toyumuz da olmurdu.
Dostları ilə paylaş: |