Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə13/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   9   10   11   12   13   14   15   16   ...   228
CANAVARA DÖNMƏ
Bir dəfəm nənəm deyirdi ki, bəylih olan devirrərdə, bir dənə atımızı canavar yemişdi. Həə, bir dənə də qoca kişi gedir bı atı gəz­məyə. Bı atı gəzən mamentində elə olur ku, bı gedir canavar­rarın içində leşi görəndə orda bı canavar şəklinə düşüf. Nəsə qor­xudan olupmu, nətəər olupsa, o canavar şəklinə düşüp. O bir müd­dət cana­varrarnan gəzib. Elə olup ku, bir neçə ildən sora genə də bılar, bir leş üsdünə düşüf də, belə deyəh. Bı leşin nətəər deyim ən pis yeri də, xəstəliy olan yeri bu adama düşüf də. Bı, bınnan diysi­nif, elə orda qalıf, həmən leşin üsdündə. Səhər-səhər heyvan yəəsi gedəndə görüf kü, leşin üsdündə bir dənə eybəcər şəkildə, tühlü, sakqallı bir kişi xeylağı var. Həə. Bu başdıyır insan kimi sööbət eli­yir ki, burda nə gəzirsiz, nətəər, necə? Deyir, mənim başıma belə bir qazıya gə­lif. Ama deyir, tarixi mən düz-əməlli deyə bilmirəm, mən bı hey­vannarı görəndə qorxudan bınnarın donuna girdim. Bından xəbər alıflar ki, canavarrar nə iş görür, nətəər hərəkət eliyir, necə hərəkət eliyir? O deyir ki, biz həmişə yeddi abadannığnan yeddi xarabalığı bir gecədə bir-birinə vırırdıx. Hara da getsəydih, ən yüksəh bi yerdə yatışardıx, özü də arxı-arxıya. Elə bil ki, ağız-ağıza yatışallar.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin