Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə135/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   131   132   133   134   135   136   137   138   ...   228
PADŞAH VƏ ÜÇ GƏNC
Üş yetim olur, deer, gəlin gedəh dilənəh. Tay yoxdu də bir şey, qalıflar dilənməyə. Gəlif bir kalafada qalıllar yetimlər, danışıl­lar, söhbət eliyillər. Deer ki, Allah paççaha insaf verə, mana bir az qızıl verə, at verə, bayısını da maa verə, deyə, get dolan, çəkin­mə. Bul­lar da incavara qəşəh uşaxmışdar, çirkin dəyilmişdər. Qara vəzir­nən də Şah oğlu Şah Abbas cənnətməkan gəzir həmişə. Gəzirmiş ki, həmişə görəh, oğru kimdi, əyri kimdi, yetim kimdi? Deer, vəzir, bax. Deer, baxıram. Biri deer, Allah şaha insaf verə, maa birəz qızıl, bir də at verə, dəə, dilənmə, get dolan. Deer, vəzir, yadında saxla. Deer, di sən dillən, sən dillən. Deer, ə, şahın anasın belə-belə eliyim, maa Allah versin. Deer, vəzir, yadında saxla. Deer, saxladım. Deer, sabax obaşdan bunnarı yanıma gəti. Deer, yaxşı. Bunnar qalır burda.

Səhər vəzir gəlir deer ki, sizi şah çaarır. Deer, bəs diləyimiz hasil olur. Deellər, durun gedəh. Bullar ikisi sevinə-sevinə gedir, at, qızıl alajaxlar. Bu birsi də – gədə elə-belə gedir. Bilmir ki, axı eşidiflər. Gedillər, sıraynan hamısı düzülür. Paççah deer ki, kim nə əhd eliyifsə, alsın boynuna. Qaldılar belə. Biri dedi ki, şah sağ olsun, öldüsən də deyəjəm, öldüməsən də. Atam, anam yaxşı olufdu, indi ollar ölüfdü, dilənçi olmuşux. Dedim ki, şah mana at verərdi, qızıl verərdi, bayısın da verərdi, deyərdi, get dolan. Deer, keç bu tərəfimə. Mənim kimi bir qalıx bayısı varmış. O birsinə deyir, sən nə dedin? Deer, mən də dedim, maa da birəz qızıl verərdi, at verərdi, gedif dolanardıx. Deer, keş bı tərəfə. Üçüncüyə deer, bəs, sən nə isdi­yir­sən? Deyif, eşitdiyini. Buna bir şapalax vurdu, dedi, get, sana Allah versin. Uşağıdı da, ürəəndə deer, kaş mən də bir şey deyəydim.

Gəlillər, gejə genə o kalafıya. Gəldilər bu kalafıya. Bu birisi qızıl alıf yatıf, o birsi də qız alıfdı, kefdədi. Allahdan isdiyən qarnın tutuf, ajqarnına yatıf. Bunnar yuxuya keçəndə bu qızıl verilən oğlan bu qıza əl uzatdı. Qudurdu də. Oğlan sıçradı, gördü ki, bu qıza əl uzadır. Bu pıçağı soxdu onun qarnına, o da pıçağı soxdu munun qarnına. İksi də burda öldülər. Qızıllar da qaldı, at da qaldı, qız da qaldı bu anasını neyniyənə. Oğlan durdu munnara bir qəbir qazdı, bulları atdı qəbrə. Qızı da götdü, atı da götdü, qızılları da götdü, “Yallah” gəldilər. Gəldilər bulların evinə. Bir daxaldı evi. Oğlan qo­çaxdı. Tələsih qəşəh evlər tihdirdi, o tərəfinə, bu tərəfinə qızıl qoy­durdu. Paççahın bayısı da qalır burda. Paççahın anası deer ki, ay bala, bu qalıx qızı verdin getdi, mən neyniyim? Bilmirəm, kimə verdin? Dilə-dişə verdin? Deyif, gedif gəzərih. Bu vəziri çağırır, deyir, gəl. Bu bajımı bir axdarax. Gəlillər kəndə, deellər, şahın ba­yısın alan oğlan hardadı? Deellər, şahın bayısın alan filan oğlandı. Deellər, dilənçiyə ki, görəndə tanıyessan? Deer, hə, tanıyejam. Gəldilər bulların qapısına. Deer, şahın bajısın alan oğlan ordadı. Gəlillər bura. Vəzir baxır, deer, hə, şahın bayısına söyən bıydı.

Deer ki, tez atı bağlatdıdı, isdol qoydu, çay gətirtdi, yeməh gətirtdi. Qız içəridə irahlıyır, oğlan gətirir buruya. Deer, oğlan, gəl bırda otu görüm. Oturur. Deer, məəm bajımı kim aldı? Nejoldu o oğlan? Deer ki, şah sağ olsun, qızıl verdiyin oğlan o gejə bajına əl uzatdı, o biri oğlan durdu pıçağı soxdu onun qarnına, o da soxdu munun qarnına. İkisi də bir-birrərin öldürdülər. Mən də olları dəfn elədim, basırdım. Həmən bajını götürüb gətimişəm. Bu sahatda da hələ mənim bajımdı. İndi şah sağ olsun, mən də belə elədim. Şah deer, nə eləmisən, halal olsun. Adama işi Allah versin, bəndə kimdi? Ordan dedi, öz dəsdi-xətdinnən yaz ki, kəbini kəs, bu qızı ona ver. Qızı kəbin elədi, kəsdi, verdi mına, özün də gətdi qoydu vəzir. Dedi, kişiyə elə Allah versin, bəndənin verməyi başa qaxışdı. Hə, orda evləndi. Allah dilənçinin payın gətdi verdi.





Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin