Qarabağ: folklor da bir tariXDİR


MUSA PEYĞƏMBƏRİN ALLAHLA KƏLMƏLƏŞMƏSİ



Yüklə 3,83 Mb.
səhifə136/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   132   133   134   135   136   137   138   139   ...   228
MUSA PEYĞƏMBƏRİN ALLAHLA KƏLMƏLƏŞMƏSİ
Musa peyğəmbər Allahnan kəlmələşirmiş. Bir kişi, mənim kimi kasıbın biriymiş dana. Allah gösdərməsin. Deyir, ay ata, niyə gedif Musa peyğəmbərə demədin ki (səf deyərəm birdən, yadıma salın), Allaha deyə, biz nağayrax? Deyir ki, ay bala, utanıram. Nə deyim? Deyir ki, get, deynən bu padşahnan mən dolana bilmirəm, ajından qırılırıx. Mən nağayrım? Bir arvadımdı, bir mən, bir də oğlum. Nə qazanıram, onu da tutuf alır. Dəmirçiymiş, at nallıyır­mış, üzümüzdən irax, nə bilim, öküz nallıyırmış. Gedir, deyir, ya Musa, qurban olduğum o göydəkinə mənim xayişimi çatdır. Musa Allahnan kəlmələşəndə deyir, ya Allah, sana qurban olum, yolda bir kişi mənim qavağımı kəsdi. Dedi, qırılırıx ajınnan, bizə bi çaara. Deyif, niyə? Deyif, padşah qazandığımı alır, qalırıx elə-belə. Deyir, get deynən hələ özünə bir çaara tafsın, dolansın. Onun otuz il ömrü var. Bu kişi oturur yolun qırağında, qurban olduğum qayıdıf gələn­də elə heylə deyir. Gedir əvə. Arvad bir yannan, oğlu bir yannan, ay ata, nə deyir? Deyir, bala, belə-belə dedi. Arvad da sıdqı ürəynən, təmiz ürəynən deyir, Allaha pənah. Kişi də deyir, Allaha pənah. Gədə də deyir, Allaha pənah. Bu da çoxlu mıx kəsmişimiş ki, səhər öküz nallıya, ala bir az ayınnan-oyunnan. Gejənin bir şəri çağırıllar ki, ay mıx kəsən, dur ayağa. Ay köpəyoğlu, bu vaxd nə vaxdı, yatırıx. Niyə qoymursan? Deyir ki, dur, padşah ölüf. Ə, deyir, get, yeri öz işına. Padşahın otuz il ömrü var. Çox dirəşillər. Deyir, ay kişi, Vallah, ölüf, məni yolluyuflar ki, kəsdiyi mıxı mismar eləsin, gətirsin buraya. Tabut bağlıyajıyıx ona. Bu, inan­mıya-inanmıya du­ruf gedir. Görürlər, elə gərçəhdi, söyünüşül­lər ürəhlərində. Bu hin­də Musa peyğəmbər bir belə qızıl tökür kişinin əlinə, mismara görə. Mismarı aparıf verir dayna. Bəs bu niyə öldü? Bunun otuz il ömrü vardı. Deyir, ay köpəyoğlu, dinmə, səni öldürəjəm. Padşahı aparıl­lar, basdırıllar. Qayıdanda deyillər ki, bu nə işdi? Musa peyğəmbər deyir ki, üçüüz də bir sidqi ürəhnən Allaha pənah dediz, üçüüzün də ürəyi bir oldu. Allah da otuzun onun ona bağışdadı, onun ona, onun da ona. Apardığı mıxın əvə­zinə bir dürriyə40 kişiyə qızıl ve­rillər. O mıxı mismara döndərən, o Yusufu quyudan çıxardan Allah, o Allahdı. Ürəhdən onu çağı­ranın dadına yetər.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin