Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə141/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   137   138   139   140   141   142   143   144   ...   228
ŞAH ABBASLA KASIB
Belə eşitmişəm Şah Abbası. Elə bil kasıp bir kişi varıymış. Heş bir şeyi yoxuymuş. Bir-iki toyuğu varımış. Toyuğu satır verir yemiş-qarpız cəvirdəyinə. Qışın günü aparır, əkir. Camahat toxum əkən vaxdı bının yemiş-qarpızı hasara çatır. Kişi durur yühlüyür, üzdən irağ, əl ulağına, aparır. Şah Abbas da vəzir Allahverdi xan­nan dərviş-libas oluf gəzirmişdər. Həə. Deyir, Şah Abbas bınnan qavax gələndə deer, a kişi, yükün nədi? Bı dimmir. Bir də deer, a kişi, yükün nədi? Bı dimmir. Bir də deer, a kişi, yükün nədi, niyə dimmirsən? Deyir, sən gör nətəər biqanacağ adamsan ki, yük ulağın belindədi, maa deersən, a kişi, yükün nədi? (Söyləyici gülür – top.). Hə, deer, bəs bı nədi? Dedi ki, aparıram Şah Abbasın mənzilinə, bəlkə maa bir az dolanışıxdan, puldan-zaddan verə, dolanam. De­yir, nolar, get. Gedir. Gedir oturur məkanında. Görür ki, qışqırıllar, ay yemiş-qarpız alan, hay. Deyir, onu gedin bırya gətirın. Deyir, a kişi, satdığın nədi? Deyir, yemiş-qarpız. Deyir, a kişi, bu vaxdı yemiş-qarpız olmur, bəs belə şey olar? Deyir ki, Vallah, şah sağ olsun, əhdiyim qışın günü əmələ gəlif dayna. Kasıb adamam, heş zadım yoxdu. Deyir, bəs bını nəyə gətimisən? Deyir, elə gətmişəm ki, maa bir az puldan-paradan verəsən, dolanam. Hə... Gətirir bının yemiş-qarpızın alır, bına bir az pul verir, ta bının elə bir şeyi yo­xumuş ki, civinə-zadına qoya. Pulu qoyur, üzdən irağ, eşşəyin alığına. Buna him eliyir ki, get, gəlif bir savetdığın43 hak-hesavın, gəlir pulunu alarsan. Bı gedənnən sora vəzir Allahverdi xan deer ki, şah, o pulu ona verdın, yaxşı elədın. Bı camahatın gəlirin niyə ver­dın? Deyir ki, mən vermədim, Allah verdi. Deyir, sən öl, gedijəm o pulu onnan alam. Duruf daldan tərpənir vəzir, geyinif-keçinif. Deyir, a kişi, hey! Deer, hey! Deyir, yavaş get, o pulu sənnən ale­jem. Deyir, a kişi, mən onsuz da lütəm, kasıbam, alajexsan, alajex­san, mən nə deyim. Nəysə, çatır, deer, yox, kişi, sənnən bir-iki söz soruşajem. Əyər dedın, o pulu sənnən almejem, deməsən, alejem. Deyir, a kişi, dünyada gedijəh çoxdu, gələjəh? Deyir, gedijəh çoxdu. Deyir, niyə? Gedijeh gedip, gələjəh də onun dalınca gedir. Həə, bir də deer ki, dünyada kadın çoxdu, kişi? Deyir, kadın çoxdu. Deer, niyə? Kişi çox olar. Deer, yox, kadın kadındı, elə kişi də var, o, kadınnan betər kadındı. Bını da deyir. Həə. Bir də deyir ki, a kişi, Allahın yerin bilirsən? Deyir, hə. Deyir, harda? Deyir, ode, o yalın dalındadı. Kişi deyir e. Deyir ki, indi onun yanına gedə bilərsən? Deyir, ay vəzir, sən özün şah vəziri, gör bı abırnan, bı livasnan Allahın yanına getməh olar? Deer, bəs neyliyəh? Deer, sən livasını soyun ver, mən geyim, gedim görüm Allah nə qayırır. Livasın soyunur verir bına. Gözün oğurruyur, eşşəyin alığınnan pulu da çıxardıp qoyur bırıya (qoynunu göstərir – top.), üzəngini basır, atı minir. Deer, di sür gör Allah nə qayrır. Deer, Allah qaltax44 qayrır. Səni qaltaxdan aşırdır, məni mindirir. Get Şah Abbasa denən gərəh bı atla livası da ordan maa vereydi.

Bax Şah Abbasdan bunu bilirəm. Bir də həmməşə o deyirmiş ki, məni elə yerə aparın ki, orda mənnən böyüh adam olmasın. Böyüh, yanı uşax, körpə uşax yanına aparma məni.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin