Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə15/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   11   12   13   14   15   16   17   18   ...   228
BƏNÖVŞƏYLƏ QIZILGÜL
I mətn

Bənövşəynən qızılgül iki bajıdı dayna. Qızılgül böyüh bajıdı, bənövşə kiçih bajıdı. Onnar bir-biriynən küsülüdü. Onnar gərəy ayrı-ayrı səpilə. Elə bil ki, bənövşəni qızılgülün dibində səp­miyə­sən. Ömür boyu bir-birinə qarğış eliyir. Ağlıyır, qarğış eliyir, o əvə də ölü düşür.


II mətn

Başına döndüyüm, qurvan olduğumun (Məhəmməd peyğəm­bər – top.) təri, deyir, düşüf yerə. Qızılgül də, bənöşə də onnan əmələ gəlif.
III mətn

O günü uşaxlar qızılgül yığıf gətirir. Deyirəm, bala, bu Mə­həm­məd peyqəmbərin tərinnən əmələ gəlif. Peyqəmbər tərrə­dihcə onun təri töküldühcən o qızılgül yaranıf. Onunçün o, elə şafaxlıdı. İndi o gün deyirəm, bala, qızılgülü iyliyində gərəh salavat çəkəsən. O peyqəmbərin tərinnən əmələ gəlif. Deyir:

Sədrin nurunnan qarannıx gecələr,

Yolda yüyürərdi igidlər, xocalar.

Tərləsə, o tərdən olurdu gülləri,

Xoş dərərdilər tərinnən gülləri.


Ya Məhəmmət, deyibən çağırdılar,

Mustafıya izzəti-ikram qıldılar.

Saçına toxunacaq badi-səba,

Miski-ənbərnən dolurdu hava.



O peyqəmbərin saçına yel vurur, saçı tərpənəndə gül iyi gə­lirdi saçınnan.


ÜLKƏR ULDUZU
Ülkər ulduzu harda ölü ölsə, yenir aşağı. Yenir aşağı, bir də qalxır dubarə. Ulduz uşdu, bilginən ki, kimsə öldü. Hamının o göy­də ulduzu var. Bir dəfən elə bil adam öldü, o ulduz düşür, uçur. Uçannan soora elə bil, ölü də ölür.
AND GÖLÜ
Üzür isdiyirəm, birinin arvadı pis yola düşmüşümüş dana. Nəsə bunun da qəlbinə xal düşür, deyir ki, səni aparacam anda dana. O vax da And bi gölümüş. Gediv o gölün qırağında and içir­mişdər. Nəysə, bu kişi deyir ki, da canım boğazıma yığılıf, səni apar­cam Anda. Bu (arvad – top.), yanına gələnə deyir ki, nətəəri eli­yəh? Kişi məni Anda aparır. Deyir, Vallah, mən heş-zad bilmi­rəm. Deyir, ged onda göldən bəri, canını batdağınan, zığınan elə su­va ki, bircə göz­dərın görühsün. Gəl məni süpürrə, qaç. Kişi nə bi­ləjeh. Qaç. Mən and içip qurtaracam. Gəlillər, bu yolun qırağında bi şey, arvadı sü­pürrədi, qaşdı. Deyir, bu nədi ə, bu arvadı süpür­rədi? Gedir gölün qırağına. Deyir, bax bu Quran hakqı, məni o sü­pür­rədi qaşdı eyy, onnan savayı mana əli dəyən olmuyuf. O göl qu­ruyur. Sonra gəlif görüllər göl quruyuf, yerinə bir zincir asılıf. Sonra biri də həylə olur, gedir o zincirdən asılır, o zincir qırılır. On­nan sonra, canım sana qur­van, göydən bir dəsmal düşür, o das­malı arvad artıx tamahlığın­nan götürür. Yuxuynan uşağın yanın silir. Siləndə gurhagur Allah çıxır, gedir, durur orda. Göydən bir buğda salır, bir arpa. İtdər uluyur, deyir, bunu sizə verdim, yaratdığım mil­lətə yox. Bunnar da buğdey­nan arpanı götürüv əkillər. Bax belə. Çörəy olur, biz yeyif dolanırıx. Bu indi bu itin çörəyidi biz yeyirih. Hə bax həylə oluf.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin