Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə153/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   149   150   151   152   153   154   155   156   ...   228
ALLAH VERDİYİ QİSMƏT
Bir kasıf varmış. Bir də bir varrı adam varmış. Varrı kişiynən arvadı buna nə qədər eliyillər, o qızıldan sana da verəh, apar, xərş­də, dolan. Deyir ki, yox, mən isdəmirəm. Deyillər ki, nyiə? Bu nətəər adamdı ki, qızılı isdəmir. Gətirin çörəyi salanda arasına qoyax qalınçanın48. Aparsın, əvdə kəsəndə görsün qızıl arasındadı. Mını indi güdüllər. Görür ki, gedir yolda bir ac çıxır, bu qalınçanı verir buna. Gəlir oğlan, nağıl eliyir ki, nənə, bu nətəər adamdısa, o çörəyi, qalınçanı yoldakına verdi. Gətir bir torvıya yığax, aparax qoyax körpüdə, bu keçəndə götüsün. Mını da bırda güdür. İndi gör Allahın işinə bax ki, gör munun ürəyi nətəər düzdü, nə təər şeydi ki, körpüyə yaxınnaşanda gözün yumur deyir ki, görüm bu korrar körpüdən nətəər keçir. Qızıl torbasın qoyur, keçir. Bu qızıla ya­xınnaşanda gözünü yumur e. Gədə qızılı götürür gəlir. Deyir, nənə, Vallah, bu nətəər adamdısa, qızıla yaxınnaşanda gözünü yumdu ki, görüm korrar körpüdən nətəər keçir. Bala, qızılı gərəy Allah qismət eliyə. Heç qızılı olanın çoxu qızılı yemir.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin