Qarabağ: folklor da bir tariXDİR


PİŞİYİN ARXASI NİYƏ YERƏ DƏYMİR?



Yüklə 3,83 Mb.
səhifə16/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   12   13   14   15   16   17   18   19   ...   228
PİŞİYİN ARXASI NİYƏ YERƏ DƏYMİR?
Bilmirəm, İsa peyğəmbərmi, canımız qurban olan, hansıysa bir əvə qonax gedif. Bu ev də elə kasıv əvimiş ki, tay o əvdə bir şey yoxumuş. Bılların bizim kimi qapılarında bir-iki pişihləri varımış. Bı pişiyin birin kəsiflər, gətiriv atıflar qazana, qaynadıflar. Guya pey­ğəmbərə yeməh pişirirlər. Peyğəmbər deyif, bı kəsdiyınız hey­va­nın başın-əyağını gətirin, mən baxım. Kişi gedif bının başın da, əyaxların da gətirif, quyruğun da gətirif, görüf kü, pişihdi. Deyif, qazanı da gətirin bıra. Qazanı da gətirif. Canım qurban olan Allah-taalıya nətəər nida verifsə, bının qapısına bir gejənin içində okqə­tərə mal, qoyun, tökülüf ki, belə qalıflar məhətdəl. Elə bil göydən tökülüf, gətirif yığıflar əvə. O pişiyi qazannan çıxartdırıf qoyuf­dular çiniyə – qaba. Əlin hebelə çəkif belinə, deyif kin, get, sən ki hər şeyə yarıyırsan, get, arxan yerə dəy­məsin. Pişih diriliv oluf bir pişih, çıxıf. İndi bax nəkqətərə pişih var, sən fikir ver, onun arxası yerə dəymir ha. Peyğəmbər əlini çəkiv üsdünə ki, arxan yerə dəy­məsin. Pişih yüz il qala kürəyi yerə dəyməz. Heş vax.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin