Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə160/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   156   157   158   159   160   161   162   163   ...   228
MOLLANIN MAHNISI
Deyir ki, bir gün ölkəyə təzə patşah gəlir. Bu da musiqi hə­vəskarıymış. Əmr eliyir ki, kim yaxşı oxuyur, gəlsin oxusun, op­şim, ona ənam verəjəm. Molla da bir-iki dəfə hamamda zümzü­mə eliyif­di. Hamamda axı səs bir az yaxşı yayılır. Elə bilirmiş ki, oxuya bilir. Həə, nəysə, nööbə gəlif buna çatanda, deyillər ki, hə, buyur, oxu. Deyir ki, yox, mən gərəh hamamda oxuyam. Buna deyillər, sənin başın xarab olub? Şah durub gedəjəh hamama? De­yir, onda bir boç­qa gətirin, heç olmasa, yarısınnan su olsun, başımı salım orda oxu­yum da. Boçkanı gətirillər, yarısı su. Molla biraz orda çığırır, görül­lər ki, ə, bu oxuyan dəyil, elə-belə şeydi. Şah əmr eliyir ki, əllərinızı isdadın o suynan – boçkanın suyuynan, mollanın kürəyinə vurun. Mollanı soyunduruf, kürəyinə vırıllar. Vırdıxca Molla deyir: “Allah, saa şükür. Allah, saa şükür”. Şah deyir: “Ə, saxlıyın, əlinıızı saxlıyın. A kişi, nəyə şükür eliyirsən?” Deyir ki, ona şükür eliyirəm ki, qib­le­yi-aləm, yaxşı ki, siz hamama getmə­dıız, əgər hamamda oxusay­dım, hamamın suyu qutarmazdı. İndi bu yarım boçkadı, qutarajağ axı.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin