Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə166/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   162   163   164   165   166   167   168   169   ...   228
DOQQUZU QALACAQ
Bir gün Teymurləngin məclisində söhbət düşür. Teymurləng deyir ki, mən nə qədər eliyirəm, bildirçin tuta bilmirəm. Bildirçin lazımdı. Hər kim mənə on dənə bildirçin tutsa, ona çoxlu qızıl verəjəm. Molla deyir ki, mən tutaram. Nəysə, Teymurləng deyir:

– Tuta bilməzsən.

Molla deyir:

– Tuta bilsəm, mən tuta bilərəm.

Bulların arasında mübahisə yaranıf.

Teymurləng deyir:

Deyirsən, tuta bilərəm. Eybi yoxdu, mən saa bi gün vax verirəm. On dənə bildirçin tut, gəti maa. O on dənə bildirçin ağır­rıxda mən saa qızıl verəjəm.

Həə, nəysə, Molla gedir bildirçin tutmağa. Nəkqədər bildirçin qaçır, bu qaçır, neyniyir, tuta bilmir. Axşamçağı olur. Bir nəfər kişi görür ki, Molla qaçır bildirçinin dalınca, tuta bilmir. Bu kişi Molluya baxıf deyir:

– Ay Molla, niyə qaçırsan qan-tər içində?

Deyir ki:

– Bəs, bildirçin tutmax isdiyirəm.

Bu kişi deyir:

– Neçəsin tutmusan?

Molla qayıdır deyir:

Bunu tuta bilsəm, dokquzu qalajax.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin