Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə168/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   164   165   166   167   168   169   170   171   ...   228
BU DÜNYA MƏNƏ DAĞ ÇƏKİB
Bı Molla Nəsrəddin qonax gedir. Bına xaşıl bişirillər. Bu Molla Nəsrəddinnən yanındakı ev sahibi – o ikisi bir qabdan yeyirmişdər. Nəsə, görür ki, elə bı yağı axıdır öz tərəfinə. Bı yeyir, Molla qalır belə. Deyir ki, bı dünya elə bir dünyadı, bax mana belə-belə dağ çəkifdi. Həylə eliyir ki, bı yağ öz tərəfinə gələ. Yağ gəlir Molla tərəfə, Molla da yeyir. (Gülür –top).
BAYAQ SƏN YEYƏN KİMİ YEYİRƏM
Bir gün mollanın evinə bir qonax gəlir. Molla gətirip məcmə­yidə tut qoyur qonağın qabağına. Qonax yaxasınnan bir sancax çıxardır, başdıyır sancaxla tutu yeməyə. Molla məətdəl qalır. Özünü ələ ala bilmiyip, soruşur:

Ay qardaş, sən niyə tutu sancaxla yeyirsən?

Qonax deyir:

– Biz mədəni yeyirih.



Molla pərt olur. Ama özünü sındırmır. Durur, yan otağa keçir. Qapının arasınnan başdıyır qonağı güdməyə. Görür ki, qonağın höv­sələsi çatmır tutu axıra kimi sancaxla yeməyə. Tək qaldığını görən kimi sancağı yerə qoyup başdıyır tutu xışmalıyıp ağzına doldurmağa.

Molla bunu görür, təzdən qonağın yanına gəlir. Qonax da mol­lanı görən kimi tez sancağı götürür əlinə, genə tutu sancaxla yeyir.

Molladan soruşur:



– Siz tutu nətəhər yeyirsiz? Siz də bizim kimi sancaxla yeyirsiz?

Molla deyir:

– Yox, bayax sən yeyən kimi yeyirih.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin