Qarabağ: folklor da bir tariXDİR


ARVADA ETİBAR ETMƏ, DOSTA BEL BAĞLAMA



Yüklə 3,83 Mb.
səhifə172/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   168   169   170   171   172   173   174   175   ...   228
ARVADA ETİBAR ETMƏ, DOSTA BEL BAĞLAMA
Bəhlul da ağıllı bir adam oluf. Bəhlulu Cunun deyəndə dəli ca­vaf verirmiş, Bəhlulu Dananda deyəndə xeyirri cavaf verirmiş. O da heylə bir savatdı adam oluf. Quvvəli adam oluf. Dəli adını özü gö­türüf. Dəli döyülmüş. Deyir, yolun içində oturmuşumuş, küldən üş belə təpə qayırmışımış. Qardaşıynan bir vəzir gəlir. Deyir, ə, bı qar­da­şın bırda nəyə oturuf? Ə, deyir, nəvilim, dəlidi, gə keçax, gedax. Deyir, yox, salam verəjəm bına. Salam verir ədəb-ərkannan, salamın alır. Deyir ki, Bəhlul Danəndə, nə oturmusan burda? Deyir, vəzir, sağ olsun, bı kül təpələrin satıram. Müşdəri axdarıram. De­yəndə at­dan düşür. Bı Bəhlul qardaşına deyir ki, sən atdan düş, mən də atdan düşüm. Görüm bı külü neçiyə verir? Deyir, bax bı bir abbası bıdı, iki abbası o, üç abbası da bı. İndi hansın alırsan, al. Deyir, birinci ab­basını de, nə məksətnən maa satırsan? Onu de. De­yir, abbasını ver, deyim. Abbasını alır, külü dağıdır. Deyir, bax bını sana satıram on­nan ötəri ki, heş kəsə ürəyinı vermə. Heş kəsə, qar­daşın ola, bel bağ­lama. Deyir, başqası yoxudu, deyir, yox. Deyir, bə bı, nejə? Deyir, pulu ver, deyim. Bını da dağıdır. Deyir ki, arvada etivar eləmə, nə qə­dər gözəl olsa da, etivarrı olsa da, etivar eləmə. Bını da dağıdır. Üçüncüsünü də alır. Deyir ki, dosda bel bağlama. Qardaşdan başqa heş kəsə bel bağlama. Ancağ qardaşını isdə. Bı vəzir də bütün qo­hum-əğrəbəni atmışımış, şahı özünə qardaş tut­mu­şumuş. Bı da alır, gəlir. Gəlir, şah deyir ki, vəzir, mana bir qoş veriflər, bir gözəl qoş­du. Apar onu saxla, fılan bayram gələndə, gə­tir, onu kəsax. Vəzir gə­tirir, deyir, yaxşı. Qoçu gətirir. Qoçu gətirir, aradan bir az keçəndə xəvər göndərir ki, şah sağ olsun, qoç itif, qoç yoxdu. Çağırır, deyir, qardaşım­san, qardaş demişəm, qoç itifdi nədi? Səni dara çəkərəm. Qo­çu tap, gətir. Deyir, əşi, iki qoş gəti­rim, on qoş gətirim. Deyir, sa­na deyirəm, o qoş gəlməlidi, yoxsa dilinnan dara çəkəjəm. Axı dünən bına qardaş demişdi. Qardaş de­dığı bir qoşdan ötürü bını dara çəkir. Deyir, yaxşı, gediv axdarım taparam. Deyir, həə, mənim qar­da­şım olsaydı, qoçu keçərdi. İndi bı, yad oğludu. Qardaşımı atmı­şam, bını tutmu­şam. Bir qoşdan ötürü dilimnən dara çəkir. Bını sını­yır, bı belə çıxır. Arvat da, bir gözəl nökərrəri varımış. Görür, bı arvat bı nökə­rinən elə marax­lıdı. Sınıyır arvat da yaxşı olmur. Üçüncüsü də belə olur. Onda gəlir, şaha deyir ki, Bəhlulu Dənəndə mana üş kül topası satmışdı. Üçünü də gözümnən gör­düm. Onun birincisi sənsən. Qo­çun odu durur, bı da sənin qoçun. Bəs sən maa qardaş deyirsən, qardaş, qardaş. On qoş veri­rəm, bir sürü qoyun verirəm, bir qoçu keşmirsən. Məni dilimnən dara çəkirsən. Ta sana vəzirrih eliyəm­mərəm. Hə, belə-belə. Bəhlul Danəndənin də belə tutarrı sözdəri var.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin