Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə19/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   15   16   17   18   19   20   21   22   ...   228
AYIN ÜZÜNDƏKİ LƏKƏLƏR
I mətn

Ayın üzündəki ləkələr Fatma nənə canım qurban olmuşun əl izidi. Mən belə eşitmişəm. Deyirdim, nənə. Deyirdi, nədi, bala? Soruşurdum, niyə Ayın üzü ləkəlidi? Deyirdi, onun nənəsi saj küllüyürmüş, indi, bala, saj yoxdu ha. Onçun da insannar hər yola gedir. Hər fitnəlihdən çıxır. Nənəsi saj küllüyürmüş. Nənəsinnən nəsə isdiyif, isdiyəndə qayıdıf belə vuruf üzünə. İndi deyillər, ay ora adam əkin əkir, traxtır işdiyir, boş söybətdi. Fatma ana sajı küllədi, vurdu oğlunun üzünə.

Ay oğlandı, Günəş qız. Aynan Günəş sevgilidi. Mən heylə eşit­mişəm.
II mətn

Ayın üzündəki ləkəni, Vallah, bizdən yekələr deyirdi ki, Ayın anası saj küllüyürmüş. Dəəsən, qızı gəlif nə isdiyifsə, belə əli küllü-küllü belə eliyif qızın vuruf. Elə bil, ona görə bir tərəfi belə qəşəh gül kimidi, bir tərəfi qarayanızdı. Əli küllü-küllü eliyif.


ARININ SİRRİ
Arı da möcüzədi, qızım. Kim desə ki, arının dilin bilirəm, ona inamma. Hər arıçı bir yerə yozur. O arının dilini, eşitdiyimizə görə, Məhəmmət peyğəmbər bilmiyif. Hətda deyir, onu şüşüyə tutuf ku, bırdan baxım görüm o nədən başdıyır bı şanı? Axı o mühəndis kimi kvadrat-kvadrat gətirir. O elə gətirir ki, axırda bəndi başdan birin qoyur, bir daş qoyur, axırda birin qoyur, qutarır. Bını nədən baş­dıyır, nədən qutarır? Nə qədir çalışıflar, bilə bilmiyif. Şüşüyə salıf arını. Görüf kü, arı əvvəlcə şüşənin üzün qaraldıf, bərəmumnuyuf, onnan soora işdiyir. Onda Məhəmmət peyğəmbər deyir ki, arı sirri-xudadı. Hə, əgər haram əli dəysə, gəlib oğurrux bir şan çıxardasan, o arıxanada bir arı qalmır. Ya gənə qır­malıdı, ya ajdıx qırmalıdı, ya təbiyət qırmalıdı. Arı haram götümür. Ona görə deyillər ki, arı müqəddəsdi. Həə. Heş kəs də sirrin bilmir.
ƏKİZLƏR
Deyir ki, bir gəlin varmış. Bunun uşağı olmurmuş. Elə hey töhmət eliyimişdər evdə. Nəysə, üzün tutur Allaha, iki daşı bölüyür, alır qucağına. Səhər durur görür kü, bu daşdara nəfəs gəlib. Bular uşaxdı bunun qucağındakı. Həə. Nəysə, vaxd olur bu uşaxlar böyüyür. Deməh, biri getmişimiş mal dalıncan, heyvan dalıncan. Arazı keçmişimiş o taya. Biri də bəri tayda. O taydakı nətəər olur­sa, xəsdələnir, nə bilim neyniyir. Axı o ekiz uşaxlarda bir xususiyət var ki, biri nəysə bir ağrı keçirəndə o birisi də hiss eliyir onu. Deyir, Arazı keçən orda vəfat eliyir. Onun ölümünü bu da bəri üzdə hiss eliyir. Bu da burda ölür. O bayatı ordan yaranır ki:

Əzizim, daşdan mən,

Yemərəm hər aşdan mən.

Nə atam var, nə anam,

Yarandım daşdan mən.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin