Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə195/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   191   192   193   194   195   196   197   198   ...   228
ƏL ÇƏK, YOXSA ...
Bir çoban olur, çoxlu malı-heyvanı olur. Hər gün aparır örüşə qatır, otduyur. Bının da bir namaz qılan qonşusu olur. Deer, ay çoban, gə namaz qıl, Allahın yoluna gəl, urzun çoxalsın. Çox deer, axırda çoban ona qulax verir. Başdıyır səhərrər namaz qılmağa, bir daşı qoyur qabaana, şükür eliyir, namaz qılır. İki gün keçir, ildırım çaxır, yağış yağır. İldırım düşüf sürünün yarsın qırır. Çoban peş­man olur. Qonşusuna deer ki, bəs sən dedin ki, hər şey yaxşı olajeh, namaz qıl. İki rikət, üç rikət gündə qıllam, odu ey ildırım vuruf sürünü qırdı. Qonşu deer, ədə, naşükür olma, işdi, savax Allah genə urzunu artırar. Bı sınaxdı. Çoban gəlir genə, başdıyır namaz qıl­mağa. Bir günnəri də tavla alışır, yanır. Heyvannar qırılır. Çovan kor-peşman qalxır bir təpənin üsdə, tavlıya baxır da yuxarıdan. Tavla var? Kor-kos, tüsdü-müsdüdü. Bir keçi qaçmı­şımış, gəlif dal­dan buynuzuynan çobanın ayaxların buynuzduyur. Çoban hirsdənir, üzün çevirif qışqırır: “Ay Allahın heyvanı, əl çəh, yoxsa iki rikət namaz qılaram, yernən-yehsan olarsan”.
ÇOBANIN QİSASI
Qohumun biri qoyunun qoşufdu çobana. Çoban da onun qızı­nı isdiyifdi. Qızı biyalogiyanı qurtarmışdi, məlimliyi APİ-nin. Bu, deyifdi ki, çobana qızı vermərəm, vermiyifdi. Diyifdi, ay bala, məəm qoyunumu da apar. Götürüf aparıfdı. İndi qoyun dağdan gəlir, gətirif paylıyırdılar yiyələrinə. Camahat çıxmışdı kəndin kə­na­­rına. Orda deyirdilər ki, əmanətçilər gəlsin, qoyunnarın alsın, aparsın. Biz də oralardeydıx. Mənim heyvanım-zadım yoxuydu. Gör­düy orada qoyun-zad ayırıllar, duruf tamaşa eliyirdih. İndi kişi gəldi qoyunu ayırdılar, verdilər. Dedi ki, (daa adın demirəm) ə filankəs, bəs qoyunun qalanı hanı? Deyir, yoxdu. Deyir, yox e, mən sənə qoşmuşam on səkgiz heyvan. Bə qalan hanı? Dedi ki, əşşi, iki­si qayadan uşdu, ikisin canavar apardı, ikisin hellən apardı (Hellən dağdan üzüaşağı sürətnən gələn qaya parçalarıdı. Bəzən o qədər sürətnən gələrdi ki, evi belə yarıf keçərdi. İçində də kimsə olarsa, öldürəjəhdi dayna). Ə, filankəs, bu oldu altı. Bə yenə əsgihdi axı. Qalan hanı? Deyir, qalan da oların dalıynan getdi. Güldüh ki, ə, sən bəs qızı vermiyəndə bilmirdin, bu, qoyunu yarıdan keçirəjəh? (söy­ləyici gülür – top.). Həylə çobannarımız da vardı.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin