Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə199/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   195   196   197   198   199   200   201   202   ...   228
AŞIQ ALININ BAYATILARI
Arxa sarı,

Gəl gedəh Arxa sarı,

Bir bəlalı qul oldum,

Mağmınam arxa sarı.


Əzizinəm, köçə bax

Dağdan aşan köçə bax.

Yaylax köçü al-əlvan

Ələm yüklü köçə bax.



AŞIQ ƏLƏSGƏR VƏ ŞƏHRƏBANU
Aşıx Ələsgər gedir Şəhrəbanunun atasının evinə. Bıllarda iş­diyir. Şəhrəbanu da çox gözəl oluf. Bıllar yekəlir. Di gəl, arala­rında məhəbbət yaranır. Şəhrəbanunun atası başa düşür ki, bılların ara­sında məhəbbət var. Şəhrəbanının da Məhərrəm adında bir əmisi varmış, onun da iki oğlu varmış. Şəhrəbanı evin təh qızıymış, qar­daş-baassı yoxuymuş. Ələsgərnən də ikisi bir-birini həddinnən artıx sevirmiş. Bayramımış, atası gedir, Ələsgərə bir dəs paltar alır, bir dəs paltar da Şəhrəbanıya alır. Bullar ikisi də geyinir, bir-birinə baxışıllar. Nəysə, bırda başa düşüllər ki, onnarın arasında bir şey var. Məhərrəm başa düşür. Şəhrəbanunun atasına deer ki, sən Ələs­gəri evinnən çıxartginən. Məhərrəmin iki oğlu var. Bu qızı indi öz oğluna almax isdiyir. Şəhrəbanının atası Ələsgərə deer ki, oğul, day indiyə qədər işdədin, sağ ol. Day indi get öz evinizə. Bunu gön­də­rillər öz evlərinə. Bılların da arasında Zöhrə addı bir qız söz aparıf, söz gətirirmiş – Şəhrəbanıynan Ələsgərin. Ələsgər xəbər tutur ki, Şəhrəbanını əmisi oğluna nişannıyıflar. Ələsgər Zöhrəni çağırır yanına, deer, saa indi bir şer yazajam, apar ver Şəhrəbanıya. Çoxdu ey, o şeyir, çoxu yadımnan çıxıf. Deer:

Söylə qasid müxdəsəri, vəssəlam,

Ərzimi canana dedin, nə dedi?

Bülbültək əsimana yetişif nalam,

Səhri-gülüsdana dedin, nə dedin?
O da deer:
Gedif ərzi-halın yara söylədim,

İnciməsin mənnən, canan dedi.

Zülm əliynən məni yada verillər,

Viran qalsın belə zamana, dedi.


Onda Ələsgər deer:
Yadına salanda boy-büsatını,

Xəsdə könlüm minir eşqin atını,

Gah axdarır göyün yeddi qatını,

Gah çıxır əsimana, dedin, nə dedi?


Şəhrəbanı deer:
Nakəs müxənnətin boynu vurulsun,

Vay düşsün evinə, şivan qurulsun.

Məhərrəmin oğlannarı qırılsın,

Qalmasın yurdunda nişanə, dedi.

Zöhrəyəm, sinəmdə dərt-qəmim çoxdu,

Üsdümə tökülən peykandı, oxdu.

Dünyada ədalət, hak, divan yoxdu,

Yetirə dərdimi dərmanə, dedi.


Ələsgər deer:
Kaş dolandırmasın xam xəyalını,

Can qovan isdəməz dünya malını.

Yazıx Ələsgərin ərzi-halını,

Sərvi-xuramana dedin, nə dedi?



Sora Ələsgər gedir Anaxanımı alır. Soora Ələsgərin ölüm vax­dı gəlir. Ölüm vaxdı gələndə çağırır oğlu Talıbı deer ki, mən ölü­rəm, Şəhrəbanunu gəti görüm, onnan gedim. Uje Şəhrəbanu da yaşdanıf. Aşıx Talıf gedir Şəhrəbanunun yanına. Deer ki, hə, bili­rəm, Aşıx Ələsgərin vəziyyəti ağırdı, ona görə gəlmisən. Deer, gö­rən oğlannarı bına icazə verəjəh, gedə Ələsgərnən görüşməyə? Oğ­lannarı heş-zad demir. Şəhrəbanı gəlir Ələsgərnən görüşür, onnan soora vəfat eliyir. Şəhrəbanı Ələsgərin ilk sevgilisi oluf.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin