Qarabağ: folklor da bir tariXDİR


AŞIQ ƏLƏSGƏRİN NAXÇIVAN SƏFƏRİ



Yüklə 3,83 Mb.
səhifə200/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   196   197   198   199   200   201   202   203   ...   228
AŞIQ ƏLƏSGƏRİN NAXÇIVAN SƏFƏRİ
Aşıxlar deellər ki, Aşıq Ələsgərdə də hax vergisi oluf. Əsli Göyçənin Ağkilsə kəndinnəndi. Aşıq Ələsgərin on iki şəyirdi oluf. Olardan biri də Nağı oluf. Elə oluf ki, üç-dört il buna qullux eli­yən­nən soora, bunun da gözəl səsi oluf. Deeflər, ə, bu solaxay aşıxdan niyə tutuf buraxmırsan? Aşıx Ələsgəri nəzərdə tutuflar ha, əstafu­rul­la. “Sən qazanırsan, çalıf, oxuyursan, camahat səni tanıyır”, – deel­lər, day Ələsgər nədi, zad nədi. Sən özün bir aşıxsan, asudə bir aşıxsan, get, qazan. Onun beyninə düşür. Deer ki, dədə (Aşıq Ələs­gərə dədə deermiş), mən isdiirəm bir Naxçıvana səfər eliyəm. Ələs­gər deer, getmə, sən hələ yarımçıx da dəəlsən, gedəjəhsən ora, orda səni bağlıyajaxlar. Orda aşıxlar var, bilirəm, mən üzdəşmişəm on­narnan, tanıyıram. Cəfərulla var, Əsədullah var. Deer, yox, noo­lar, olar. Tay mən gedirəm. Sənnən də dərs almışam. Deer, bucax­dan Anaxanım nənə deer ki, əşi, qoy getsin də. Balam sənnən icazə is­diyir. Deer, neynəh, get, oğul, ama sən hələ yarımçıx da dəyilsən. Bax bil, bağlansan, üsdümə gəlmə. Elə olur ki, Nağı gəlir Naxçıva­nın Şərur kəndinə. Düşür burda aşıxların məclisinə. Elə olur ki, Nağını Aşıx Ələsgərin “Ay nədən oldu” şeriynən bağlıyıllar. Us­tadın şeyirini elə olur ki, bu yaddan çıxardır. Deellər ki, bax bu sa­zını da belə qoyurux bu ocaan qıraana, sənə hörmət elyirih. Deer ki, mənim ustadım da var. Deellər, gətirə bilərsən? Deer, bəli. Deellər, kimdi? Demir. Elə olur ki, suyu süzələnə-süzələnə gəlif çıxır. Aşıx Ələsgər gərmə qalağının yanında qəlyan çəkirmiş. Anaxanım nə­niyə deyir ki, Nağı gəlir, ama nəətər gəlir, onu mən billəm. Qəbul eləmiyəjəm. Deer, yox, eləmə, əstəfurulla, o səni ikinci Allah kimi tanıyır. Birdən gələr, ona dəərsən ki, belə, filan. Onda evini tərk eliyəjəm – daxmanı. Gəlir deer, salaməleykum. Əleyküməsalamnan soora, deer, oğul, keç içəri, xoş gəlmisən. Aşıx Ələsgər də hak aşı­ğıydı. Yuxuda görüfdü ki, Nağını bağlıyıllar. Deer, oğul, mən hər şeyi qabaxdan görmüşdüm, keç içəri, eybi yox, çay-çörəh ye. Qay­ğanax verillər. O vax qayğanaxnan bal ən görkəmni, ləziz ye­mə­yimiş. Ən əziz qonağa verərmişdər. Baxır ki, (Aşıq Ələsgər – top.) o qədər xəjələt təri tökür ki, iztiraf çəkir ki, nazilifdi. Xiffət­dən belə pis vəziyyətə düşüf. Sındırıflar onu. Gəlir, içəri girif yeməh yiyən­nən soora deer ki, oğul, dedihlərimə əməl eləmədin. Ama indi de­dih­lərimə bir-bir əməl elə. Deer, yaxşı. Deer, mən ba­şıma motal papax qoyajam (motal papax çoban papağına deellər), bir dənə də çəlih alajam əlimə – çomax. Sənnən soruşsalar, bu kimdi belə, dey­nən şəyirdimdi – Ələsgər deyir ha – həm də çoba­nımdı. Gəlillər, Nağının da bir qonaxçısı olur orda, Müşgünaz adın­da. Bulların evi­nə gəlillər. O vaxdar çarıx olarmış. Xalçanın üsdün­nən çarıxlı-pa­tavalı keçəndə Aşıx Ələsgərə bir ağır söz işdədir Müşgünaz xanım. Deer, ə, bı çovanı hardan gətimisən sən? Özün gəlirdin, gəlirdin, bu­nu nəyə gətirmisən? Gəldi zığlı-zaddı keşdi yuxarı başa. Deer, o mənim şəərdimdi. Xəbər tutullar ki, bəs Nağı gəlifdi, utanmıyıf. Özüynən bərabər çovan da gətirifdi. Bir ayrım gətirifdi. Xülasə, qa­sid göndərillər ki, get Nağını da gəti, onun ya­nındakı çobanı da gə­ti. Gəlif gətirillər. Müşgünaz da toydaymış. Co­raf-zad toxuyurmuş. Deef, əşi, bu çoban-zaddı, bınnan nə çıxa­jah. Görək Nağı burda neyniyir? Elə olur ki, Nağını genə həmin şeyirnən bağlıyıllar. Bir də aşığın biri oxuyanda yanında qalyan çəkirmiş. Aşıx Ələsgər çoban libasında gəlir oturur həmən o qalyan çəkənin düz çənəsinin dibində. Aşıx Ələsgər genə heylə çarıxlı-patavalı keçir, düz gedir başda oturur. Tanıyıllar, məclisdə bilillər ki, bu, Aşıx Ələsgərdi. Ağa­lara, bəylərə nizam da taxdırır ki, əvvəl­cə­dən qapıdan girəndə deməsinnər Aşıx Ələsgərdi, adımı çəhmə­sin­nər, məni tanıtdırma­sınnar. Papağın basır gözünün üsdünə, ama cannı-cəsəddi adamdı. Aşıx Ələsgər deer ki, ədə, qalyanı biraz əynə elə dana, məni boğ­dun axı. Deer, əyə, sən nə qanırsan, çoban adam­san, belə, filan. Deer, yaxşı, noolar? Öz-özünə deer. Birəz keçir, Aşıx Ələsgər baş­dıyır qalyanı çəhməyə. Puskürdür bunun üsdünə. Deer, əşi, birəz əy­nə otu. Deer, mən bir söz demirdim, indi sən deersən. Elə olur ki, Nağını burda bağlıyıllar genə. Sazın alıflar, genə qoyuflar ocaan qıraana – orta ojağın. Nağıya deer ki, sən otu, sazı ver maa. Nağı sazı götürür ojağın qırağınnan. Deer, “Məğrurruğ eliyif, ustadam demə”, deer. Baxıram ki, indiyə qədər onun, bunun şeyirini oxuyurduz. Na­ğıya da məclisdə Aşıx Ələsgərin qıfılbəddərin deermişdər. Deer, indi anasının oğlu ona dəərəm ki, özünnən desin. Şahlar, xannar, Naxçı­van bəyləri tanıyıllar onu, intaası demillər.

Məğrurlux eliyif ustadam, demə,

Bir gün olar, sən də dara düşərsən.

.......... deyilsən, çolpa balasan

Zirvədən ayrılıf, tora düşərsən.
Nağıya satmaginən bu işvə-nazı,

Zimisdana döndərərəm yazını.

Soyaram libasını, allam sazını,

Yalquyrux, qırxıq yola düşərsən –

dəəndə, deellər bu nə danışır, a kişi. Bu alimmiş ki. Müş­gü­naz bə­yaxları buna ağır söz işdədif axı. Müşgünaz elə bil yuxudan ayılır. Deer ki:

Alçaxda əylən ki, çıxasan başa,

Tülküsən, aslannan girmə savaşa.

Gəl yapışma gücün çatmıyan daşa,

Gücü çatmaz, axır zora düşərsən.

“Afərin, səd afərin, aşıx!” Yaxşı deyirsən. “De görəh, ay so­laxay aşıx!” Burda deer də:

Solaxay aşıxsan, dara düşmüsən,

Qeylü-qallu bir bazara düşüfsən.


Deer ki:
Saxla, dilin özün üçün yağıdı,

Aşıx Ələsgərin oddu çağıdı.

Alar caynağına səni dağıdar,

Göydən yerə parça-parə düşərsən.

Bu adı eşidəndə orda Müşgünaz özünnən gedir. Burda hamı qızıldan, gümüşdən töküllər Ələsgərə. Qucaxlarına götürüllər, “afə­rin, aşıx”. Əyə, bə bayaxdan bunu denən, ay Nağı. Bu ki, Ələs­gər­di. Ələsgəri dünya tanıyırmış o vax (Türkiyənin Qars şəhərində aşı­ğın bı şeyiri çıxmışdı).

Başına mən dönüm, a nazdı dilbər,

İzinin olsa, girənəm qoynuna,

Gərdana girməyə tel usdasıyam.

Səni gördüm, kimsə gəlməz eynimə.

Gəl, səni götürüm bizim ellərə,

Sən nabələd, mən də yol usdasıyam.

Belə bir şeyiriydi. Görəh Müşgünazın burda özünnən getmə­sinə nə deyir? Müşgünaz özünnən gedir. Qardaşdarı da sağ-solunda oturmuşumuş. Baxıllar ki, ayə, bu bizim bacımıza söz tulladı, ney­nədi?


Sübhün çağı mah camalın görəndə

Xəsdə könlüm sazax bağlar, Müşgünaz.

Qubada silkinif, gərdan çəkəndə,

Bənziyirsən quba qaza, Müşgünaz.


Dört bir yanın bənööşəli bağ olsun,

Həmişə yediyin bal, qaymax olsun.

Sağ-solunda qardaşdarın var olsun,

Corafları yaxşı bəzə, Müşgünaz.


Ələsgərəm, cavan vaxdım olaydı,

Kəskin sözüm, ötkün baxtım olaydı.

Deellər ki, aşıx, soyun axırıdı, sizdə də belə bizim kimi bəy­nən xannar var, aşıxa qızıl verə, belə pul verə. Deer, nə danışır­san? Bizdə Zoddu Səməd ağa var.

Sərraf yüz bəzəsə, sən gey siyahı,

Məcək mükəlladı, bal ola bilməz.
Ustad dərin, kamal dərin, söz dərin,

Qoydun sinəm üsdə eşqin közdərin.

Qabliyətsiz, mərifətsiz qızdarın

Yüzü bir dərdimənd dul ola bilməz.


Burda Müşgünazı deyir haa.
Qafil olma, dilim, düşmə həvəsdən.

Hərcayi sözünən incimə dosdan,

Muştan ........................................56

Danalar meydanda kəl ola bilməz.


Müddətdir həsrətəm camalın görəm,

Mətləbimi mürtəzadan dilərəm.

Müxənnəsdən səfa, nakəsdən kərəm,

Namərdin cibində pul ola bilməz.

Deellər, ay aşıx, sözünün axırın de görəh, sizdə də bizim kimi, hal əhli olur, yoxsa yox. Deer, gözdüün deerəm:

Ələsgərəm, cəm eyləyəm dəftəri,

Mətləbi məscidin dilim əzbəri.

Naxçıvan şahları, Şərur bəyləri

Səxada Səməndə qul ola bilməz.

Belə, Ələsgər şəyirdi Nağının sazın alıf qayıdır.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin