Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə201/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   197   198   199   200   201   202   203   204   ...   228
AŞIQ ƏLƏSGƏR VƏ ANAXANIM
I mətn

Bir gün Aşıx Ələsgərə arvadı deer ki, bu qədər tərif yazırsan, söz yazırsan qıza-gəlinə, heş maa demirsən. Bu deer ki, arvad, bir gün gələr, dəərəm. Onda alıf, deer:

Ala gözdü, nazdı dilbər,

Evinnan xəbərin varmı?

Dört yanımız baxça, söyüd,

Gülünnən xəbərin varmı?


O vədə ki, gəldim sizə,

Mail oldum ala gözə.

Zibilin çıxmışdı dizə,

Külünnən xəbərin varmı?

Arvat gedir, iki qarpız götürür, qarpızın biri düşür, qırılır. Xo­ruzdanır də, qoltuğu qarpızdanır. Deer, ay kişi, əvvəlin yaxşı gəti­mişdin. Bu bənd maa yaman dəydi.

O vədə ki, gəlin oldun,

Qavırqadan qalın oldun.
Sən anama zalım oldun,

Dilinnən xəbərin varmı? –

dəəndə, bu isdiir ki, çıxsın. Deer, yox, hələ darıxma.

Daha düşmüsən hənəhdən,

Suyun qurtarıf sənəhdən,

Məmən çıxıbdı köynəhdən,

Pulunnan xəbərin varmı?
Ələsgərnən çəkmə dava,

Ariflər gəlsin hesaba.

Cehizindi qırıx tava,

Malınnan xəbərin varmı?



Aşığ Ələsgərin arvadı Kəlbəcər qızıydı. Çıxır gəlir dədəsi əvinə. Yaxşı kişinin də qızıymış. Ajıx eliyif gəlif. Dört-beş oğlu da varmış Ələsgərin. Həə. Bı şeyirə görə arvat ajıx eliyif çıxıf gedif. Deellər, gəlmir, gəlmir də, boşa. Nə qədər deyillər, deer, boşasam, qor­xuram oğlannarımnan, boşuya bilmirəm, qana düşərəm. Onun bir oğlu oluf Bəşir adında, gülləçi oluf. Əmisi oğluna bir dəfə güllə atıf, qoluna dəyif. Nəysə, sooradan olları barışdırıllar. Ovda oluf, ova gedif, açılıf dəyif əmisi oğluna. Özünnən asılı olmuyuf. Elə oluf ki, Anaxanım əyağın diriyif, qarrı gədiyi aşmax isdəmiyif. Deef:

Ala gözlü, nazdı dilbər,

Gözəllər sultanı, mələhlər şahı,

Alagöz cananım, getmə, amandı.

Dərdinnən xəsdəyəm, çəkirəm ahı,

Ölürəm, loğmanım, getmə, amandı.



Oğlu Bəşirdən qorxurmuş. Qorxurmuş ki, Bəşir gəlif gülləynən vurajax. Heş bının da sən deyən gözəlliyi olmuyuf. Yekə burnu var­mış. Elə gözəllyi olmuyuf. Həm də dul alıf arvadı. Deer ki:

Camalın gözəldi bayram Ayınnan,

Görən doymaz qamətindən, boyunnan.

Layix deyil qurban kəsəm qoyunnan,

Saa qurban canım, getmə, amandı!
Mən sənə nə dedim, ay mina gərdan,

Kəsmə məhəbbətin qul Ələsgərdən.

Günahkar qulunam, salma nəzərdən,

Kərəmim, sultanım, getmə, amandı.


II mətn

Aşıx Ələsgərin yoldaşı Anaxanım Kəlbəcər rayonunnan oluf. Bunun həyat yoldaşı bulağ üsdə gedəndə kadınnar buna söz atıllar. Deyillər ki, əşi, Ələsgərin neçə ildi dakumentalnı həyat yoldaşısan, sana bir kəlmə söz deyif, ya demiyif? Bu da bunun başına tez batır. Gəlir, axşam Ələsgər toydan yornux-arnıx evə gələn kimi baxır ki, arvat həmənki arvat döyül, o küncə cumur, bu küncə cumur. Deyir, a bala, çaydan-çörəhdən. Deyir, yox, bu qədər sarı köynək qoyma­mısan, gözəl qoymamısan, şeyir yazmısan. Ama mən neçə ildi sən­nən həyat sürürəm, hələ sən mənə bir kəlmə söz, bir şeyir yaz­ma­mısan. Deyir, a bala, yornuğam, qoy qalsın səhərə. Səhər də evdə qonax-qara var. Səhər elə olur ki, bu arvat yola gəlmir. Aşıx Ələs­gər onda deyir ki (O vaxdı ballı qayğanax deyilən oluf, yeməh oluf. Yumurtaynan balı bir yerdə qarışdırıf bişirifdilər.), dur, bir ballı qayğanax bişir, mən səni tərif eliyəcəm. Yanı bu uzun bir dasdandı, bir qısasını deyəcəm. Bir az gülməlisi də var. Yoldaşdarı hamısı yı­ğışır. Aşıx Ələsgər uzax səfərrərdən gələndə kəndin ağsakqalları, ağ­birçəhləri yığışır ki, aşıx, görək hansı mahaldan, hansı ölkədən gəlif, nə görüf, nə yazıf, nə gətirif? Aşıx Ələsgər yeyir, durur aya­ğa, deyir:

Ala gözdü, nazdı canan,

Elınnan xəbərin varmı?

Dört tərəfin bağça, söyüt,

Gülünnən xəbərin varmı?

Deyəndə deyir, Ələsgər, yaxşı deyirsən, ama o söyütnən gül bir-birini tutmur.

O vədə ki gəldim sizə,

Mayil odum qaşa, gözə.

Zivilin çıxıfdı dizə,

Külünnən xəbərin varmı?

Deyəndə deyir, yox, Ələsgər, sən deyəsən, məni elə bil ki, bir söznən arıya qoymusan.

O vədə ki gəlin oldun,

Qaynanana zalım oldun.

Qavırğası qalın oldun,

Dilınnan xəbərin varmı?

Deyəndə deyir, bəs gərək onu bu camahatın içində başıma qaxaydın (Bir az mən aşıx dili danışıram). Noolsun, bir dəfə qaynanamı çimizdirəndə isdi su töküf yandırmışam.

Ələsgərnən eylər dava,

Ariflər gəlsin hesava.

Cehizindi qırıx tava,

Malınnan xəbərin varmı?

Deyəndə deyir ki, bəs mənim atam mana heç olmasa bir qırıx cam vermişdi. Ama heç sənin atan ölmüş heç sana bir palaz qırığı da veməmişdi. Yanı bu uzun bir dasdandı. Anaxanım ordan acıx eli­yir, gedir. Uzun müddət Ələsgər düşür arxasınca, çox yalvarır-yapışır. Yanı bir şeyiri də orda yazır ki, bəyaxdan bunu pisdiyən adam, gedir dağda çatır Anaxanıma ki, a bala, uşax beşihdə ağlıyır, gəl qayıdax gedəh, bir səfdi eləmişəm. Gəlir, orda Ələsgər baba da bir şeyir yazır ki:

Gözəllər sultanı, mələklər xanı,

Alagözlü cananım, getmə, amandı.
Bəyaxdan pisdiyir, indi yalvarır:
Dərdinnən xəsdəyəm, ölürəm axı,

Ollam loğmanın, getmə, amandı.


Sən mələkzadasan, ay minə gərdən,

Kəsmə məhəbbəti gəl Ələsgərdən.

Günahkar qulunam, salma nəzərdən.

Kərəmim, sultanım, getmə, amandı.

Anaxanım yola gəlmir. Yanı bu uzun bir dasdandı. Ələsgər qayıdır öz evinə. Anaxanım da acığ eliyir, gedir atası evinə. Soora gedir el ağsakqallarıynan Anaxanımı qaytarır gətirir, ömür sürüllər. Allah usdada rəhmət eləsin.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin