Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə203/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   199   200   201   202   203   204   205   206   ...   228
AŞIQ ƏLƏSGƏR VƏ NARIN
Bir gün Aşıx Ələsgər Musa şəyirdiynən gəlir Qarabağa. Er­mə­nisdan tərəfdən gəlir. Gəlir, Qarabağda çalır, oxuyur, pulun alır, gedir. Qayıdır gedirmişdər, Gədih deyirih, Ermənisdan tərəfdə ax­şa­ma düşüllər. Baxıllar ki, bir işıx gəlir. Görüllər ki, kətdi. Deellər, kətdə qalax bu gejə. Savax günümüzü keçirəh, gedərih. Bunnar gö­rüllər ki, bir danaçı, adı Nağıdı, dananı aparır. Bəyin də adı Qa­yım ağadı. Görüllər, dananı axşam buraxdı suya, danalar su işdi. Qayı­danda bu Aşıx Ələsgər dedi:

– Ay qardaşoğlu, adın nədi?

Dedi:

– Nağıdı.



Dedi:

– Bu gejə bizi qonax eliyərsən? O dağdan Göyçəyə aşajayıx, boran öldürməsin. Bizə hörmət eliyif beyjə saxlarsan?

Dedi:

– Saxlaram.

Deer:

– Məəm heş kəsim yoxdu, ata, anam, qardaş, bajım – heş kə­sim yoxdu. Bir bu Qayım ağa var, Narın adda da həyat yoldaşı var. Elə bu malı-heyvanı da saxlıyıf, onun sayasına dolanırıx. Heş kə­sim yoxdu. Sizə eyvanda, aynabənddə yer verərəm.

Deməli, bu Aşıx Ələsgərə, Musuya aynabənddə yer görsətdi, altlarına da bir keçə atdı (muxru deyərdilər). Dağlarda gəlif çadır qurardılar, ona alaçıx, çadır, muxru deerdilər. Ələsgər burda şəyir­diynən oturdu, Nağını gözdədi. Bu dəfə şəyirdi Musuya dedi ki, heş mənim adıma layıx deyil, bir saz çalajam.

Dedi ki, ay Ələsgər əmi, bizi bu gejə burdan qovdurmaginən, dağda borana düşərih. Zornan pənahlanmışıx.

Deer:

– Yox.


Aşıx Ələsgər sazın çıxardıf dınqıldadanda Qayım ağa taxdın­nan sıçradı, qəlyanına od qoydu. Dedi:

– Ə, sən öl, burda aşıx var.

Deer, dedi:

– Ay Nağı, burda aşıx var?

Dedi:

– Bəy sağ olsun, əənən Göyçiyə gedirdilər, iki aşıxdı. Yazı­ğım gəldi, eyvanda yer verdim.



Deer:

– Onnarı bura çaar.

Aşıx Ələsgəri çağırdı. Başdadı Aşıx Ələsgərnən şəyirdi Musa Nağının yanında söhbət eləməyə. Qonşular da bu sazın səsinə gəldi. Bu dəfə o bəy də Narına dedi ki, getginən aş bişir, pilov bişir. Getdi, aş bişirdi. Soora da aşığa dedi ki, bir söhbət eliyərsən. Onda da deer. Onu da deem ki, Nağıynan söhbətdə deer ki, bəy qoja kişidi, arvadnan-zadnan da yaşaya bilmir. Elə yalannan yoldaşını özünə ad eliyir burda. Yalannan. Danaçı Nağı deyir bunnarı ey. Bəy arvadını buyuranda Ələsgər sazı çıxardır, belə oxuyur:

Şəriyət oxuyuf, təriqət bilən,

Haxlıx eyləyirsən, hax dinə bax bax.

Qalmadı dünyada “mənəm” deyənlər,

Gəl Süleymanın taxdına bax-bax.
O oxuduğun Quran hardandı, hanı?

Hansı yola dəvət edir insanı?

Salıbsan zindana gözəl bir canı,

Sahibinə bax-bax, baxdına bax-bax!


Ələsgərin qəlbi gedib qaralar,

Şəfa bilmir qəlbindəki yaralar,

Qoca səfa sürər, gözəl saralar,

Yamanına bax-bax, bəxdinə bax-bax.


Bu dəfə Ələsgər sazda bir təcnis havası çalır. Onda deer ki:
Könül, sən ki düşdün eşqin bəhrinə,

Narın çalxan, narın silkin, narın üz.

Dos səni bağına mehman eyləsə,

Almasın dər, gülün iylə, narın üz.


Tihdirmişdin qəsr, eyvan, oda sən,

O nökərin, o sevdiyin, o da sən.

Qıya baxdın, məni saldın oda sən,

İnsaf eylə, gəl könlümün narın üz.


Aşıx olan sözün deməz tərsinə,

Tər yalan dünyada gedər tər sinə.

Tər siniyə qiymət olsun, tər sinə,

Qoy söykənsin narın üzə narın üz.


Aşıx olan sözün deyər qaymağa,

Yuyar qəssal59 qəddim, bükər Qayım ağa.

Ləzzət verər bal qatanda qaymağa,

Ollardan da şirin olar narın üz.


Tərlansan, ovlatma sarı, dur gedəh!

Bu sınıx könlümü sarı, dur gedəh!

Ələsgərəm, bizə sarı dur gedəh!

Bir dərdimi eyləmisən, Narın, yüz.


Aş gəlir ortalığa, deer:

Ay Musa, gəl tanı, qoca babanı,

Kəm ağlın nə kəsir bu toydan indi,

Razı olmayırdın sazı çalmağa

Döşə bozartmadan, piloydan indi.

Onda bu şeirrəri dəəndə Narın ağlıyır, özünü biruzə vermir, gülür. Yaş gözünnən bura düşür. Gülür ki, heş nə başa düşməsin­nər. Onda üzün qıza tutuf deer ki:


O qəmli könlünü, müşgül halını,

Düşünən də yazıx, bilən də yazıx!

Ağlasan, ağlaram mən sənnən betər,

Dağladın sinəmi güləndə, yazıx.


Bir mərdi sevəydin, sirdaş olaydın,

Könlüm isdəyəndə peşkəş olaydın.

Kaş ki, quruyaydın, bir daş olaydın,

Bəzənif bu evə gələndə yazıx!


Ələsgər durarmı mətah salmasa,

İyid sarsılarmı bəxdi yatmasa.

İki könül bir-birini tutmasa,

Alan da yazıxdı, gələn də yazıx!




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin