SƏMƏD VURĞUN VƏ AŞIQ ŞƏMŞİR
Səməd Vurğun Kəlbəcərə gəlir. Deellər, burda bir aşıx yoxdu, gətirəsiz çala? O vaxlar Şəmşirin yaxşı vaxdıymış. Gedillər Şəmşiri gətirillər. Ama demillər Səməd Vurğun gəlif. Gəlir, gələndə bunu göndərillər Turşsuyun üsdə. Görür, tanımır. Sazdarı aparıf, cavan oğlan köhlədi. Verdiyev Səfər deer ki, ay aşıx, bu, Səməd Vurğundu, onnan sən görüşə biləssən? Onda deer, sazı ver mana, saznan deyim. Orda götürüf yazır ki:
Elimin, günümün böyük şayiri,
Gətirif dağlara səfa, xoş gəlif.
Gözdərdih yolunu biz intizarla
Eyləyif əhdinə vəfa, xoş gəlif.
Minnətdarıx kamil söz usdadına
Şan-şöhrət yaraşır onun adına.
Bizim Kəlbəcəri salıf yadına
Çəhmişəm bu yolda səfa, xoş gəlif.
Alqışladıx mahal ilə, el ilə,
Qarşıladıx çiçəh ilə, gül ilə.
Saz ilə, söz ilə, şirin dil ilə
Şəmşir deyər, bu səfıya xoş gəlif.
Sora Aşıx Şəmşir onu götürüf getir Dəlidağa, Ceyran bulağa. Orda da belə şeyir var:
Aşıx Şəmşir, Dəlidağdan keçəndə,
Kəhlihli daşlardan xəbər al məni.
Ceyran bulağınnan qızdar içəndə
Saz tutuf, söz qoşuf, yada sal məni.
Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaxlara.
Mənim də dərdimi de oylaxlara,
Oxladı sinəmnən bir maral məni.
Dostları ilə paylaş: |