BAYATILAR
Mən aşığam, bu daşa,
Bu qayıya, bu daşa.
Allah, Məhəmməd, Əli
Yazılıfdı bu daşa.
Əzizinəm, yana-yana,
Şöhlə ver yana-yana.
Göz gözdən kamın aldı,
Dil qaldı yana-yana.
Bişirim, aşım, səni,
Töküm, qan-yaşım, səni.
Götürüm hara qaçım,
Bəlalı başım, səni?
Qızılgül oyum-oyum,
Oyum, qoynuma qoyum.
Allah, nə kətdən doydux,
nə dolandıx,
= Allah itirdim sevdələrimi,
Mən sizdən necə doyum?
O tayın od işığı,
Oldum Zilal aşığı.
Gedifdi, gələjəhdi,
Əvmizin yaraşığı.
Mən aşiq Qarğəmişə,
Od düşüv Qarğəmişə.
Yüz min loğman yığılsa,
Neynəsin bir fələh qarğamışa.
Bu dağlar Gəncəli dağlar,
Divi yoncalı dağlar.
Bir belə itiy itirən,
Bəyəm dincəliv ağlar?
Aşığam aşıxlara,
Zilfi dolaşıxlara.
İtirdim əzizdərimi, əlimə saz
allam,
Qoşullam aşıxlara.
Dağlar ölənə qaldı,
Gülün dərənə qaldı.
Gül əkdih, gül dərmədih,
Xeyri görənə qaldı.
O tay bu taya baxar,
Arasınnan Kür çayı axar.
İtirdih qardaş-bajımızı,
Neçə analar-bajılar,
İşıxlıya kor baxar.
Qızılgüləm, qalxaram,
Tər bənööşədən qorxaram.
Eşitsəm sərdərrərim (= itirdihlərim gəlir),
Xəsdə olsam, qalxaram.
Yeri, yeri, çisginim, yeri,
Dumanım, çisginim, yeri.
Yaxşı Soltannıda keçirdiyimiz günnərimiz getdi,
İndi yeri, pis günüm, yeri.
Fələyi dindireydim,
Dindirif, güldüreydim.
Bizə yazı yazan fələyin
= Bizə qələm çalanda
Qələmin sındıreydim.
Fələh, fələh, dad, fələh,
Hurrey, fələh, şad fələh.
Bizim bu cahılları qırdın, bizə köşkünnüh, qaşqınnıx qismət
elədin, bizə pişirdiyin plovdan
Bircə sən də dad, fələh.
Aşıx, yara yemişəm,
Halım yara, yemişəm.
Elə körpə balalarımız öldü,
Onda yara yemişəm.
Arxalığın aldırmışam,
Yaxalıx saldırmışam.
Elə ellərimiz dağıldı, evlərimizdən olduğ, qaşqın düşdüh,
adımıza qaşqın dedilər,
Onda ürəyimi aldırmışam.
Göynən uçan üş qardaş,
Xançalı gümüş, qardaş.
Xeyrim-şərim olanda, ay
qardaş, saçım sənə üzəngi,
Gəl qapımnan düş, qardaş.
Qardaş demə, qan olar,
Yel əsər, füğan olar.
Qardaşdar gələn yollara
Bacılar qurban olar.
Qardaş, qardaş, can qardaş,
Canım qardaş, can qardaş.
Ay qardaş, tez ölmə, bir az
yat, uyu,
Sən denən, ay bajı,
Mən deyim, can, qardaş.
Xoşuna gəlir, yoxsa yalannan belə eliyirsan? Eyy, hələ sən
ağlaşmada durasan gennən,
üzunu tutasan mana. Görərsan, xalan nə füğan eliyir.
Mən nələr deyərəm.
Qardaşdar, ay qardaşdar,
Yağış yağar, qar başdar.
Ölsə, ölsün bajılar, analar,
Heç ölməsin qardaşdar.
= Cinazam əyri gedər,
Yapışmasa qardaşdar!
Alçalar çiçəhlədi,
Çiçəyi göyçəhlədi.
Ay ata, ay ana, yatdığın yalan oldu,
Öldüyün gerçəhlədi.
= Bənööşə çiçəhləndi,
Yarpağı ləçəhləndi.
Yatdığı yalan oldu,
Ölümü gerçəhləndi.
= Səni sevmişdim,
Aralaşmax gerçəhlədi.
Getmə, boz atdı, getmə,
Yolun uzaxdı, getmə.
Atalar, analar öləndə balalar
deyir,
Gözümüz yaşı sizə duzaxdı,
getmə.
Camahat ölü yerinnən ölü yerinə deyir. Mən elə iş görəndə də oxuyaram, il on iki ay.
= Getmə, boz atdı, getmə,
Yolun uzaxdı, getmə.
Ay Soltannıda qalan qabırrar,
Ananızın, bajınızın, bala, göz
yaşı
Sizə duzaxdı, getmə.
20 yanvar şəhiddərinnən ötəri gəlib məni evdən aparmışdılar,
şaxsey vırmağa. Kasetə yaz
mışdılar hamsın nə ki vırmışdıx. Onda yas kimi keçirmişdi
lər. Kəntdərdə nə qədər heyvan
kəsildi, üçü, yası. Elə bil kiminsə əzizi, yanı qapısında ölüf da, həylə ehsan verdilər. (Şəhidlərə də ağı deməyi xahiş etdiyimizdə bunları dedi – top.).
O tayda mal mələdi, ana.
Mal nə yaman mələdi, ana.
O tayda mal mələsə, ana,
Bil ki, o mənəm sənsiz.
Yegana62 balasına deyir ki:
Mən aşığ, illər ayrısı, bala,
Bülbül güllər ayrısı, bala.
Bir dəqiqə gözümnən səni
qoymazdım, bir dəqiqə, bala, sözümnən dayanmazdım
İndi oldum illər ayrısı.
= Aşıq, illər ayrısı,
Bülbül güllər ayrısı.
Ay Soltannıda qoyub gəldi
yimiz qavırlar, bir günüüzə
dözməzdim
İndi oldum illər ayrısı.
Bağda üzüm ağacı,
Dəydi üzüm ağacı.
Bağa baltalı girdi,
Gənə kəsdi bizim ağacı.
Mənim özüm gedirəm
qırağnan,
Gül bişdim orağnan, bala.
On səkgiz yaşında, səkgiz aylığ hamiləli gəlin itirmişəm,
Hey axtarıram sorağnan, heç tapa bilmirəm63.
Aşığ, yara yemişəm,
Xalın yara, yemişəm.
Qoy bunu onnar da eşitsin, bala, Sevildən64 ötürü, Soltannıda qalan qavırrardan ötürü,
heykallardan ötürü, mənim
balam da orda qalıf, onnan
ötürü il uzunu, on iki ay
Aşığ, yara yemişəm, bala.
Adamın dədəsi də ölsün,
nənəsi də ölsün, bayısı da
ölsün, qardaşı da ölsün, yox,
yox, bir balasına dəyməsin
Allah-taala. Bala dağı çətindi. Onçun deyir:
Mən aşıx, bala dağı,
Bürüyüf lala dağı.
Sağalsa da hər yaralar,
Sağalmaz bala dağı.
Göynən gedən sonalar,
Bir-birini yan alar.
Qoy sənə qurvan olsun
Bala itirmiş analar.
Ay laylay, belə laylay,
İlləllah belə laylay.
Heç bəndələr çalmasın
Siz çaldınız belə laylay.
Maral meşəli yerdə,
Güllü, bənööşəli yerdə.
Vuran elə vurdu ki,
= Ot bitər bənööşəli yerdə.
Məni vuran elə vurdu,
Qaldım döşəli yerdə.
Girişim budu,
Gülüm, dərişim budu.
Ağla, öldür özünü, ay bacı,
Axır gedişin budu.
Bağa su düşdü neynim?
Bağdan su içdim neynim?
Aləmə pay paylandı
Mana bu düşdü neynim?
= Bağa su düşdü, neynim?
Bağ suyun işdi, neynim?
Ellərə pay paylandı, İlahi pərvərdigara,
Mana da bu düşdü, neyniyim?
= Bağa su düşdü, neynim?
Bağman su işdi, neynim?
Payladılar kısməti,
Mana bu düşdü, neynim?
Çəkilə bax çəkilə,
Çəkil yerə tökülə.
Qiyamat o gün qopar,
Adın eldən çəkilə
= İyin evdən çəkilə.
Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz.
Bağda ahu mələsə,
Bil ki, o, mənəm sənsiz.
Bağımdı mənim,
Qəm oylağımdı mənim.
Dindirmə, qan ağlaram,
Yaman çağımdı mənim.
= Dağlar dağımdı mənim,
Qəmlər otağımdı mənim.
Dindirsən, qan ağlaram,
Yaman çağımdı mənim.
Dağlara çən düşdü,
Sümbülə dən düşdü.
Yar yada qaldı,
Ürəyimə od düşdü.
Əzizinəm, Ay doğdu,
Ay doğdu, aydın oldu.
Mübariz tək oğulu
Analar bir də doğdu.
Əziziyəm, bir də gəl,
Dolan yurdu, bir də gəl.
And verirəm Allaha,
Bizim evə bir də gəl.
Əziziyəm, Ağdamdı,
Tüsdülənən Ağdamdı.
Yollara göz dikməhdən,
Gözlərimə ağ damdı.
= O görükən Ağdamdı,
Qala deyil, Ağdamdı.
Qardaş yoluna gözmü tikməhdən
Gözdərmə ağ damdı.
Dağlara çən düşəndə,
Sünbülə dən düşəndə,
Can bu bədənnən oynar,
Yadıma sən düşəndə.
Göynən uçan quşa bax
Qanadı sınmışa bax.
Aləmə yaz gəlifdi
Bizə gələn qışa bax.
= Göynən gələn quşa bax
Qanatdarı gümüşə bax.
Ellərə yaz açıldı,
Mana gələn qışa bax.
= Göynən uçan quşa bax
Qanadı sınmışa bax.
Yaza çıxıf, yaz oluf,
Həvəzəyə65 düşən qışa bax (Söyləyici ağlayır – top.).
Qardaş mənim gülümdü,
Gülümdü, bülbülümdü.
Ölsə, bajılar ölsün,
Qardaş ölmü zülümdü.
Qardaş gəlsə, yaxşı olar,
Bajılar ölsə, yaxşı olar.
Qardaşın qavaanda
Bajı ölsə, yaxşı olar.
Üzünnan irax, qulağınnan uzax, iki qardaşım rəhmətə gedif.
= Oğul gəlsə, yaxşı olar,
Ata görsə, yaxşı olar.
Ata oğulun çiynində,
Gora getsə, yaxşı olar.
Gələn haradan gəldi?
Göydən, qaradan gəldi.
Göydə bulud yoxudu,
Bu sel haradan gəldi?
Gedirdim qırağınan,
Ot biçdim orağınan.
Bir cüt qardaş itirmişəm,
Gəzirəm sorağınan.
= Gül biçdim orağınan.
İtirmişəm qardaşdarımı,
Axtarıram sorağınan.
Bir ev tihdim dəyirmi,
Çuvuxları iyirmi.
Töküf hara gedirsən?
Bu ev sənin döyülmü?
Alma könlüm, nar könlüm.
Heyva könlüm, nar könlüm.
Ölüfdü gəlin anam, bir cüt qardaşım, şaddıxnan işim yoxdu,
Ağlamaxnan var könlüm.
Mən aşığam, al mənnən,
Sarı mənnən, al mənnən.
Mən bu cana borcluyam,
Məni nahax yerə gejikdirdin,
Gə bu canı al mənnən.
Dağları gəzdim, gəldim.
Daşdarın düzdüm, gəldim.
Gözdədim, heş kəs gəlmədi,
Əlimi üzdüm, gəldim.
Gəl gedəh dağa, qardaş,
Qar yağa-yağa, qardaş.
= Qorxuram yağa, qardaş.
Sən duman ol, mən çisgin,
Çəkiləh dağa, qardaş.
Qalanın yolu sərvan,
Torpağı gözə dərman.
Yardan bir kağız almışam,
Yarsı dərt, yarsı dərman.
Bosdan əkdim xiyarsız,
Gülünü dərdim sənsiz.
Yatdım bir vayğa gördüm,
Oyandım ixdiyarsız.
Yaylığın yeri məhlim66,
Yeləmin yeri məhlim.
Burda bir ana ölüf,
Hər yerdə yeri məhlim.
Apardılar, qoydular,
Ağladılar, doydular.
Yar, sinənin üsdünə,
Ağır daşdar qoydular.
Əzizinəm, nələr keçər?
Ahular mələr keçər.
Oğulsuz anaların
Qəlbinnən nələr keçər?
Mən aşıq, yada qaldı,
Yada, yağıya qaldı.
Allah, tikdiyim evlər,
O da yağıya qaldı.
Mən aşıq, oda yandı,
Su gəldi, o da yandı.
Zülmlə, zəhmətlə dərdini biçdiyim ellər, obalar, əzizlədiyim həyətlər, bağlar
Oda yandı.
Mən aşıq, elə çatdı,
Elə gəlib elə çatdı.
Mübarizin cəsədi
Gəlib elimizə çatdı.
Aşıq, bağda ara.
Zülfün bağda dara.
Vəfalı bir dosd üçün
Rumu gəz, Bağdad ara.
Mən aşiq, qalasız,
Şəhər olmaz qalasız.
Ta mən gedirəm,
= Çünkü mən gedər oldum,
Siz də sağlıqla qalasız.
= Əzizinəm, qalasız,
Şəhər olmaz qalasız.
Mən ki gedirəm,
Siz sağlığnan qalasız.
Bir quş gəlir Ağdaşdan,
Xəbər verər qardaşdan.
Qardaş doysa bajıdan,
Bajı doymaz qardaşdan.
Bu yoldan keçən də var,
Suyunnan içən də var.
Heş kəs qardaş deməsin,
Ürəyi keçən də var.
Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi.
Xəzəl oluf tökülləm,
Verana bağlar kimi.
Mən aşığam, oyan, gül,
Oyan, bülbül, oyan, gül.
Tez açılıf, tez solan,
Bizi mağmın qoyan, gül.
Gəlifsıız, yerıız var.
Döşəyiiz var, dörüüz var.
Məni qəbul eliyif gəlifsıız
Gözüm üsdə yerıız var.
=Xoş gəlmisən, yerin var,
Döşəyin var, yerin var.
Üç ildi yol küsüf, sən yarımçıx yolnan gedifsən,
Cənnətdə yerin var.
Ay doğdu, laxdalandı,
Doğduxcan laxdalandı.
Gözdədim, gəlmədin,
Qəbrim taxdalandı.
Ay doğdu peşman-peşman,
Gün çıxdı, oldu ona düşman.
Ürəyimdə bir dərdim var,
Nə dos bilir, nə də düşman.
Mən aşıx, sən gəlincən,
Sənət verərəm, sən gəlincən.
Azreyıl gəlsə, can vermərəm,
Gözdərəm sən gəlincən.
Azreyıl bosdançıdı.
Bosdançı, dasdançıdı.
Dəymişi qoyuf, göy kəsir,
Yaman da bosdançıdı.
Əzizim, dağda nə var?
El köşdü, dağda nə var?
Ey Məcnun xəyallı könlüm,
Leylisiz dağda nə var?
Əzizim, əkin olmaz,
Əhməsən, əkin olmaz.
Gedif Kəlbəcərə çıxmasam,
Ürəyim səkin olmaz.
Ana, alnının arasına,
Gül qoyum arasına.
Qurban olum ürəyinin,
Qaşqınnıx yarasına.
= Qaşdarının arasına,
Gül qoydum arasına.
Canımı qurban eylərəm
Ürəyinin yarasına.
Əzizim, xalı görüm,
İsdərəm xalı görüm.
Oturax bir yan-yana
Toxuyax xalı, görüm.
Əzizim, andım, ana,
Şəkərim, qəndim, ana.
Ləblərində su gəti,
Alışdım, yandım, ana.
Dilin kişmiş kimidi,
Cibə düşmüş kimidi.
Bir qız anasız olsa,
Gözdən düşmüş kimidi.
Dağlar dağı qoynunda,
Yağıf qarı qoynunda.
Məni elə dərdə qoydun getdin ki,
Qaldım əli qoynunda.
Qəlyanın nə dərdi var?
Çəhməyə nə dərdi var?
Apar bir adama verginən
Bəlkə, onun bir dərdi var.
Dağ başında yaşa mən,
Yendim, gəldim səsə mən.
Təzə yasdan çıxmışdım,
İndi batdım yasa mən.
Mən aşıx, gedər, gələr,
Dos-dosda gedər, gələr.
Demə, yollar bağlıdı,
Xəyalım gedər, gələr.
Ala kilim yühdədi,
Gözüm o gədihdədi.
Mən yarımı tanıdım,
Qabaxkı bölühdədi.
Mən gələndə yaz idi,
Çaylar dolu qaz idi.
İsdədim məhtuf yazam,
Mürəkgəbim az idi.
= Mən gələndə qış idi,
Çaylar dolu quş idi.
İsdədim məhtuf yazam,
Barmaxlarım üşüdü.
Gəlin gəlir, yaman gəlir,
Gəlin gəlir, haçax gəlir.
Bir ülgüşlə bir pıçax,
Başdarı qırxan gəlir.
Gülüşün qanatdıdı,
Ləzətdidi, daddıdı,
Şit sözü danışmayın,
Hər sözün urvatdıdı.
Cakqala bax cakqala,
Çəh belini, tokqala.
Ayam elə dönüfdü,
Qız gedir ağsakqala.
Əzizim, yarana bax
Dosluğu pozana bax.
İki mərdi aldadıb,
Bir qəbir qazana bax!
Əzizim, asda haray,
Qohuma, dosda haray.
Bir yanım köç üsdündə,
Bir yanım yasda haray.
Arxalığın qola sal,
Götür, qoldan-qola sal.
Çoxlu qonağın gəlib,
Gəl, onnarı yola sal.
Noxuda əz verdilər,
Əlimə saz verdilər.
Düşdüm sağalmaz dərdə,
Dərmanım az verdilər.
Su gələr lilləndirər,
Bağları gülləndirər.
Dərdliyə söz demiyin,
Dərd onu dilləndirər.
Maşın gəlir, yan verir,
Ağdamnan nişan verir.
Dostları ilə paylaş: |