Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə213/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   209   210   211   212   213   214   215   216   ...   228
DEYİŞMƏ-BAYATILAR


  1. Çilovlar, ay çilovlar,

Çil kəhlih çilovlar.

Burdan bir tərlan keçdi,

Əldə qaldı çilovlar.
Çilovlar, ay çilovlar,

Çil kəhlih çilovlar.

Tərlan özgə malıdı,

Yel qalmasın çilovlar.




  1. Əli bellilər, haray,

Şana tellilər, haray!

Balam ölüf, dəhnədən arxım üçüf,

Əli bellilər, haray!


Əli belli neynəsin,

Şana telli neynəsin?



Bir adamın ki, baxdı Allah-taaladan hebelə ola,

Ona əli belli neynəsin?




  1. Ceyran, çölə bir də gəl!

Ördəh, gölə bir də gəl!

Nənən, dədən ağlamaxdan ölür, bala, səni ant verrəm Allaha,

Bizim elə bir də gəl!


Sizin elə gəlmərəm,

Ceyran, çölə gəlmərəm,

Ördəh, gölə gəlmərəm!

Gəlmişəm qoşa dayılarımın ya­nına, gəlmişəm

xalamın ya­nı­na,

Ay nənə, tay sizin elə gəlmə­rəm!


  1. Çirkin oluf yoldaşı, gəlin də gözəl oluf. Bir atdı o yan­nan gəlir. Bıın da yaanda bi çə­lim­siz kişi xeylağı. Gələn deer:

Ay bu yaldan aşan gəlin,

Ayağına vaz dolaşan gəlin,

Yarın çirkin, özün gözəl,

Gəl, bu yardan boşan, gəlin.
Gəlin də cavavında deer ki:
Bax bı dağdan aşan mənəm,

Ayağına vaz dolaşan mənəm.

Yarım çirkin, özüm gözəl,

Talehimdi, boşanmaram.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin