(at, nal, ildız nala vurulan mıx, ay da atın ayağı)
Gəlirdim kəntdən,
Səs verdi bəntdən.
Ağzı sümühdən,
Sakqalı ətdən.
(xoruz)
Çığırıram hündürdən,
Səsim gəlir kəndirdən.
(telefon)
Atdım atana,
Dəydi kotana.
Dəryada balığa,
Düzdə ceyrana.
(ildırım)
Başı kələm bağlar,
Dili vərəm bağlar.
Balaların yığıb başına
Zülüm-zülüm ağlar.
(samovar)
Yatanda yumru yatar,
Ətin dərmana satar.
Kimi istəsən tutar.
(kirpi)
Ay baba, dur, gedəh,
Karvanını sür, gedəh.
Səysən səkgiz qapıya
Bir qıfılı vur gedəh.
(qəbiristanlıq)
Ağ atımı nalladım,
İsdanbula yolladım.
(məktub)
Ağaç başında boğça,
Nə boğçadır, nə taxça.
(quş yuvası)
Ağaç başında düzülər,
Əl vursan, giləsi süzülər.
(xar tut)
Ağac başında sarı yumax,
Üsdünə səpilib ağ sumax.
(heyva)
Ağacım var, dərədən böyüh,
Meyvəsi var, sərçədən kiçih,
Qabığı var, zəhərdən acı.
(qoz)
Ağa nə himdir,
Gözləri cindir,
Yerin altında,
Xidmətçi kimdir?
(siçan)
İlim-ilim düyməsi,
İlim xatun düyməsi,
Hər kəs onu tapbasa,
Yeddi ilin xəsdəsi.
(üzərlik)
Çil toyux, çiləmə toyux,
Başını kəsdim, qanı yox.
(gəbə)
O yanı taxda, bu yanı taxda,
Şakqulu bəy otaxda.
(tısbağa)
Dört dərviş bir quyuya daş atır.
(inək sağmaq)
O yanı çəpər, bı yanı çəpər,
İçində atdı çapar.
(nehrə)
Mən gedirəm, o qalır.
(ayaq izi)
Mən gedirəm, o da gedir.
(kölgə)
Yük üsdə para fətir.
(Ay)
Biz-biz biz idih,
Yüz qız idih.
Qırqın gəldi, qırıldıx,
Şükür haqqa, haqq bizi diriltdi.
(baramaqurdu)
Bir quşum var alaca,
Gedir qonar ağaca.
Özünə bir ev tikər,
Nə qapı qoyar, nə baca.
(baramaqurdu)
Uzun qız oba gəzər.
(qarğı)
Uzun qız (= uzun-uzun) uzanar,
Özünə köynəh qazanar.
(qarğı)
Dağdan gəlir dağala,
Qolları budağala.
(sel)
Dağdan gəlir, daşdan gəlir,
Qudurmuş bir aslan gəlir.
(sel)
Dağdan gəlir, dağ kimi,
Qolları budağ kimi.
Əyilir su işməyə,
Bəyirir oğlax kimi.
(çay)
Dağdan gəlir dağ kimi,
Qolları budax kimi.
Əyilir su içməyə,
Bəyirir oğlax kimi.
(cəhrə)
Yol üstə yoğun oflax.
(koramal)
Yük üsdə yumuru yastıx.
(pişik)
Hajılar Haja gedər,
Cəhd edər, gejə gedər.
Bir yumurtanın içində,
Qırx-əlli cüjə gedər.
(nar)
Hajılar hajıdı,
Hajı dööl, Mirhajıdı.
Bir ağajım itif yarpaxsız,
Tafın görəh nə ağajıdı?
(mərəvcə100)
Dəyirmana dən gəldi,
Çıxın görəh kim gəldi?
Toxummamış çuyallarda,
Yuyulmamış un gəldi.
(iydə)
Hürü Pərini dindirər,
Pəri Hürünü dindirər.
Bir ağaşda beş yarpax,
Bir dirini dindirər.
(saz və ya tar)
Dam dambıldar,
Su gumbuldar.
Heyva çalar,
Nar oynayar.
(su dəyirmanı)
Tap tapbaca, qav altdaca.
(qatıx)
Bir dirəyim var üç haçalı,
Qabağı ikidi, dalı bir.
(sacax)
Min bir ata
Minif bir ata.
(qarğıdalı)
Bizdə bir kişi var,
Nənəminən (= anamınan) işi var.
(cəhrə)
Uzun qız oba gəzər.
(iynə)
Geydim qartanqazı,
Mindim törəməzi.
Gedirəm tərpənməzə.
(paltar, at, kənd)
Səhər tezdən duraram,
Ağ oğlanı yerə vıraram.
(burun seliyi)
Aşıx eldən yuxarı,
Şana teldən yuxarı.
Aşıx bir əcəyib gördü,
Dizi beldən yuxarı.
(çəyirtkə)
Mən aşıx, sən güneylər,
Qəm məni, sən güneylər
Həcər qaçar, ov qovar,
Dolanar sən güneylər.
(dəyirman)
Yer altdan qaz gedər,
Qakqıldar qaz gedər.
Lələ bir heyvan görüb,
Yeddi il boğaz gəzər.
(fil)
O nədir ki, göydən düşər sallanar.
O nədir ki, hər bir şeyə allanar.
(yağış, uşax)
O nədir ki, atdan düşər atdanar,
O nədir ki, hər zəhmətə qatlanar.
(insan)
Qoja kişi dağdan ilxı endirir.
(dəllək)
Aşığın qan əli,
Qan ayağı, qan əli.
Aşıq bir əcəyib gördü,
Üş başı, on əyağı.
(buzov, inək, inəyi sağan arvad)
Aşıq aşı bişirdi,
Qələm qaşı bişirdi.
Aşıx bir az zəyif gördü,
Əyax-başı bişirdi.
Aşıx Rəhmətulla gedirmiş. Görür ki, sünbülü yığıflar, əyağının küləşiynən başın bişirillər. Onda bayatı çəkir, deyir ki, aşıx bir az zəyif gördü, əyax-başı bişirdi. Bu görür kü, sünbülün əyağıynan başın bişirillər.
Bir də dənçi, dəyirmançı, dəyirmançının arvadı, dənçinin qızı, üş də fətir. Dört adam olur. Elə böl ki, hərəsinə biri düşsün.
Cavab: Onun qızı, bunun arvadı – eyni adamdı.
Bir ağaş var. Ağajın altı, bir tərəfi sudu, bir tərəfi daşdı, bir tərəfi otdu, bir tərəfi çınqıldı. Onun üsdündə ağaşda bir xoruz var. Bı yumurtdasa, yumurtası harıya düşər?
Сavab: Xoruz yumurtdamır.
Biri deyir:
– Dur, gedəh.
Biri deyir:
– Hara gedəh?
Biri də başın buluyur.
(Dur, gedəh dəən sudu, hara gedəh dəən qumdu, başını buluyan da qamışdı).
İki nəfər olur, bınnarın ikisin də öldürməlidi şah. Çox yalvar-yapışdan sora deyir ki, yaxşı, birini bağışlayaram, amma bir şərtnən. Hərəsinə bir at verəjəm. Çapsınnar. Kimin atı mənzil başına tez çatsa, onu da öldürəjəm. Hərəsinə bir at verdirir: bir ağ at, bir də qara at verir. Deyir ki, hansı adamın atı ora birinci çatsa, onu mən öldürəjəm. Bınnar da sürməy isdəmillər axı. Gözdüyüllər. Bir sahat, iki sahat... Bı da deyir ki, axşama kimi sürməsaaz, ikinizi də öldürəjəm. Günortuya kimi yatıllar. Bir ağsakqal gəlir, deyir, nə məsələdi? Deyir, belə. Ağsakqal da bıllara bir məsləhət verir, bıllar çapıllar, var-güjdərinnən çapıllar. Ora birinci çatanı şah öldürür, birin bıraxır. Bı nə məsləhət verir?
Cavab: Axı şah demişdi ki, kimin atı birinci çatsa, onu öldürəjəm. Heş birisi də atın çapbax isdəmədi. Düzdümü? Ağsakqal da məsləhət verdi ki, atınızı dəyişdirin, çapın. Axı onda hər kəs canın qutarmağ üçün o biriin atın tez çapajax ki, onun atı tez çatsın.
İki dənə atdı, üzbəüz axurda dayanıflar, arpa yeyillər. Atın biri o birsinə deyir ki, sən gəl o arpannan bir kilo mənə ver, mən sənnən birəz kökəm. Mənim arpamın çəkisi səninkinnən iki qat artığ olsun. Mən sənnən birəz cannıyam axı. O birsi deyir, niyə? Noolsun arığam, mən sənnən də yaxşı yeyirəm, sən öz arpannan bir kilo ayır, ver mana, ikimizinki də bərabər olsun, yəəh. Bılların nə qədər arpası var ki, bu, buna versə, iki qat artır buunku?
Cavab: Birinci atın yeddi kilo, ikinci atın beş kilo arpası var.
ATALAR SЦZLДRİ VД MДSДLLДR
Axsax atın kor nalbəndi olar.
Allah dərdi dağa-daşa yox, insana verər.
Allahdan kəpəyi üzülmüyənə zaval yoxdu.
Başımda turp əkip, sarmısax piçir.
Bildirçinin başı kolda olur,
Elə bilir, arxasını görən yoxdu.
Buğda çörəyin yoxdusa, buğda dilin olsun.
Büdrəy atı güdəllər.
Dada-dada heç olar,
Dama-dama göl olar.
Dama girməy üçün dəhlizə baş əyməh lazımdı.
Deyir, itin arzusu belə olur ki, yiyəmin yeddi oğlu olsun, maa çörəh atsın, hərəsinin bir loxmasın yeyim, qarnım doysun. Pişih də deyir, yiyəmin yeddi qızı olsun, hamsı da kor olsun, təpəsinə vurum, çörəyi əlinnən alım, yeyim. Gör pişih nə pis arzu eliyir, aaz. Kor olsun e, deyir.
Dədəm evində də balıx başı,
Ər evində də balıx başı?
Dəlinin başında palıd ağacı olmur ha.
Elə maa, örgən özaa.
Əlini, dilini, milini (dinc saxla).
Əslini gizdiyən haramzadadı.
Faytonçu çalır, kürd oynuyur,
Ağlı kəsən bir də oynuyur.
İtə sual verillər, a it, niyə hürürsən? Deyir, qorxduğumnan hürürəm. Deyillər, axı sən itsən, nədən qorxursan? Deyir, bə niyə qorxmuram ki? Mənnən güjdü maa ras gəldi, məni qovar, mən də bəri başdan hürürəm ki, qoy mənnən uzaxlaşsınnar. Bir də ki, it görür ki, sən qorxursan, ona gora saa cumur.
Filankəs başına buynuz alıp.
Filankəs bir əlində od, bir əlində alov gəlir.
Filankəs filankəsə ot yoldurur.
Filankəs qırx atdıynan bazara girməz.
Filankəsin bir gözü aya baxır, biri çaya.
Filankəsin ələyi ələnir, xəlbiri də göydə tavlanır.
Filankəsin əli dəhrəli, biri nəhrəlidi.
Filankəsin əlinnən lələdağlıyam.
Filankəsin hər gözündə səkgiz gəlin yatır.
Filankəsin sağ yanı ağrıyanda sola dönür, solu ağrıyanda sağa.
Filankəsin toyu küllühdə çalınır.
“Görmədim, bilmədim” min qada savar.
Gərəhsizi saxla, bir gün gərəyin olar.
Gəzdim İranı, Turanı,
Cənnət gördüm buranı.
Gur-gur eliyən qarına arpa çörəyi bəhanədi.
Haq-hesaf var, dinar-dinar,
Baxşeyiş var, tümən-tümən.
Havıya bulut gəldi, vay sarının halına,
Təhnədən çörəh qutardı, vay qaranın halına.
Hər gecəni qədri bil, hər keçəni Xiziri bil.
Xanım qıran qabın səsi çıxmaz.
Xasiyyətini bilmədiyin atın dalına keşmə.
Xaşıl da daşarmış.
Kimsə də deyir, pulum yoxdu, ya çörəyim yoxdu. Bizdə deyərdilər, Şah Abbasın nənəsi təki elə hey sızıldıyırsan. Şah Abbasın nənəsi yəqin ancax sızıldıyırmış. Ona görə.
Kor koru tapar,
Su çuxurunu.
Küsülü qardaş, küsümüz küsü olsun, gəl öküzümüzü yühlüyəh.
Qəm qəmi gətirər, bəm bəmi.
Qovağ əkirsən, qovax bitir,
Ərih əkirsən, ərih bitir,
Gilas əkirsən, gilas bitir.
Qız adamı düşman qapısına aparar.
Qızın oldu, qırmızı donunu çıxart.
Qızını beşiyə,
Cehizin eşiyə.
Quru ağaş kölgə salmaz.
Nə ətdi, nə balıx.
Nə qəərı gördüm, nə saçını hördüm, ay bala.
Oğulun beqeyrəti ətə tüşməz.
Oxumax isdiyənin yeri isdi, dalı yasdı olmalıdı.
Paydan soruşdular:
– Pay, hara gedirsən?
Dedi:
– Gedirəm, pay gətirməyə.
Pis usdanın insdurumenti çox olar.
Toyux yumurtduyur, başdıyır qakqıllamağa. Xoruz deyir, a səni qara vurğun101 vursun, yumurtdadığın bu deyil? Yəni nə hay-küy salmısan.
Yağış yağıp, çatdaxlar örtülüp.
Yarı arxa, yarı çarxa.
Yatan öküzü oturan öküz əyaxlayar.
Yağ-yağnan qaynıyar,
Yarma yavan oynar.
Yağ yeyəni yağ saxlıyar,
Yağ yemiyəni haqq saxlıyar.
Yağış yağır, yarçılar,
Qapını kəsir elçilər.
Yayın yaxantısı,
Qışın yavannığı.
Yüz gün yarax, bir gün gərəh.
Dostları ilə paylaş: |