Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə218/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   214   215   216   217   218   219   220   221   ...   228
ANDLAR102


  1. Alməmməd dayının urfu hakqı.

  2. Atamın üz qoyduğu torpax hakqı.

  3. Bacımın itgin gözdəri hakqı.

  4. Bu Əli yolu hakqı.

  5. Dədəmin yaralı qəvri hakqı.

  6. Göy hakqı.

  7. İmamnarın axan qanı hakqı.

  8. İmamzadalar hakqı.

  9. Qardaşımın qəriflihdə qalan qəvri hakqı.

  10. Qardaşımın uzax yolları hakqı.

  11. Mirəli ağanın ojağı hakqı.

  12. Ojaxlar hakqı.

  13. Seyit Lazım ağanın cəddi hakqı.

  14. Seyit Pərinin cəddi hakqı.

  15. Seyit Usuf ağanın (Yusuf ağa) cəddi hakqı.

  16. Yer hakqı.



ALQIŞLAR VД QARĞIŞLAR


  1. Axar sular həmməşə axsın.

  2. Allah baxdını aşsın.

  3. Allah canıı sağ eləsin!

  4. Allah hamıya xoş gün qismət eləsin, bizə də oon içində.

  5. Allah heş bəndəni zülüm günə salmasın.

  6. Allah xoşbaxd eləsin.

  7. Allah köməyində dursun!

  8. Allah ömrunu uzun eləsin.

  9. Allah sana da yaxşı günnər qismət eləsin, talehını, yolunu açıx eləsin.

  10. Allah sana xeyir baxd aşsın.

  11. Allah sana, Çələviyə ürəhdən ixlas bağlamısansa, Allah sana xeyir baxd aşsın.

  12. Allah səni arzularına çatdırsın.

  13. Allah səni belə görkəmli eləsin.

  14. Allah səni xoşbaxt eləsin!

  15. Allah səni min budağ eləsin!

  16. Allah sənin günuu qəşəh doğuzdusun.

  17. Allah sənin hara getsən, işıı uand eləsin!

  18. Allah sizə yaman gün gösdərməsin.

  19. Allah sizi saxlasın.

  20. Allah sizin də günunuzu ağ eləsin, bala!

  21. Allahdan üzülməsin,

Şıxdan da əyilməsin.

  1. Allahdan ürəhdən isdiyən, Çələbini, Şıxı ürəhdən isdiyəni özün, balaların saxlasın, qanadın gərsin üsdlərinə, onnara pis gün görsətməsin. Mənimkilər də içində.

  2. Atan-anan durursa, Allah ollara ömür versin!

  3. Atanı-ananı da həmişə var eləsin.

  4. Ay Allah, yazığıx, səni ürəhdən çağıranı pis dərdə salma.

  5. Biliyıı itirmə, yaxşı ol.

  6. Əli kürəyində dursun.

  7. Həmişə Allah yaxşı gündə eləsin.

  8. Həmişə xoş gündə olasan.

  9. Həmişə urzulu olasan.

  10. Həmişə yolun açıx olsun.

  11. Xoş gələcəh gəlsin üzunuza!

  12. Xoşbaxt olun!

  13. Xudavəndi-kərim Allah qardaşdarını da salamat eləsin, bajıla­rını da xoşbaxt eləsin.

  14. İmam baxsın hamıya, yazığıx.

  15. İmam tərəfdəsınızsa, Allah sizə, balalarınıza, nəvə-nəticələ­rınıza dəyməsin. İmam tərəfdə deyilsınızsa, özü bilər.

  16. Qismətim belə gəlmişdi, təki balalarım sağ olsun, sizinki­lər­nən belə. O qara qaşdaraa nənan qurban, o qəşəh gözdəra, aşığ oldum mən sana. Şükür İlahi pərvərdigara, birdi, bir xərtinə, mindi, minin xətrinə, 124 min peyqumbərin üzünün hürmətinə, 12 imamın üzünün hürmətinə, beş kimsələr üzünün hürmətinə, 72 şuhadanın üzünün hürmətinə, getdiyimiz, süründüyümüz Hacı Qaramanın üzü­nün hürmətinə, Ya Rəbbim, ya Rəsuallah, məni yada salıf bu­ralara gələnnərə köməy olsun. Mənim balalarıma da köməy olsun Hakk Allah özü. Beş kimsələr – Əli, Allah, Məhəm­məd, Fatma, Həsən, Hüseyin. 72 şuhada – Məkkədə, Mədinədə imamnar şəhid olanda o da olarnan şəhid olub.

  17. Qız versin (Allah), talehini tez versin, talehsiz olullar.

  18. Qoyun olanda deyirlər, dırnağı bərk olsun. Mal olanda deyirlər, höörü qalın olsun.

  19. Mehriban olun.

  20. Nənəm deyərdi ki, bizə, Allah səən çiynində ağ tüh pi­tirsin.

  21. Nənəm maa deyirdi, ay bala, hara getsən, çörəyin bişmiş olsun, suyun gəlmiş olsun! Deyirdi, səni heç görüm neyniyim, necə eliyim demiyəsən.

  22. Səni görüm ağbaxd ol.

  23. Səni görüm suyun soyuğ olsun, bişmişin də hazır gəlsin.

  24. Səni üç oğullu, bir qızdı olasan.

  25. Sinanda ağ tüh bitsin.

  26. Urzunuz bol olsun.

  27. Üzün ağ olsun,

Yediyin yağ olsun,

Mindiyin bir köhlən daylağ olsun,

Gəzdiyin yaylağ olsun!


  1. Yaxşı adamnarın həmməşə canı sağ olsun.

  2. Ziyalı olun!


* * *

  1. Aaz, səni yanasan.

  2. Atının dalınca qulun səhməsin.

  3. Ermənin tifağı dağılsın. Dağıtdı bizim tifağımızı.

  4. Əzizdərinnən qalsınnar (erməniləri nəzərdə tutur – top.).

  5. Qabırrarından qalsınlar.

  6. Olların da elə əvləri bizim əvlərimiz kimi dağılsın!

  7. Onnarı (erməniləri nəzərdə tutur – top.) görüm didərgin düşsün bizim kimi.

  8. Səni əv olma.

  9. Yükün binə tutmasın.

  10. Yükün kölgə salmasın.

  11. Yükün yığılmasın.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin